"Rusiyanın böhrandan çıxması üçün əsas yollar mərkəzləşdirməsinin azaldılması, real federalizm, iqtisadiyyatın tezliklə müxtəlifləşdirilməsi və xammala meyllilikdən imtina olmalıdır. Federasiya subyektlərinə daha çox azadlıq verilməlidir”. APA-nın "Kommersant”a istinadən yaydığı xəbərə görə, bu sözləri Rusiyanın sabiq baş naziri, Rusiya Elmlər Akademiyasının akademiki Yevgeni Primakov "Merkuru-klub”un iclasında deyib.
Y. Primakov bildirib ki, Rusiya iqtisadiyyatın real diversifikasiyasını həyata keçirmək üçün həddən artıq - əsrin dörddə biri qədər vaxt itirib. O, prezident Putinin böhranın aradan qaldırılması üçün 2 il vaxt ayırdığını xatırladaraq qeyd edib ki, bu müddət ərzində icra hakimiyyəti xammal iqtisadiyyatından emal sahələrinin və yüngül sənayenin inkişafına real keçid haqqında layihələr elan etmək məcburiyyətindədir.
Təcrübəli dövlət xadimi hesab edir ki, Rusiyada "rəngli inqilab” təhlükəsi yoxdur, əsas problemlər məhz həyatın bütün sahələrinin, o cümlədən iqtisadiyyatın ifrat mərkəzləşdirilməsindən yarana bilər.