Ukrayna prezidenti Petro Poroşenko ölkədə yeni səfərbərlik elan ediləcəyini bəyan edib. O belə bir bəyanatla yanvarın 13-də Donetskdən gələn sərnişin avtobusunun vurulmasından sonra çıxış edib. Nəticədə 11 sərnişin həlak olub.
Kiyev avtobusun rusiyapərəst yaraqlılar tərəfindən vurulduğunu deyir, yaraqlılar isə bunu rədd edirlər.
Poroşenko bildirib ki, o səfərbərliklə bağlı fərman imzalayacaq və ümid edir ki, Ukrayna xalqı bu addımı dəstəkləyəcək. Amma Poroşenko qeyd edib ki, o Donbasda vəziyyətin dinc yolla həllinin tərəfdarıdır.