Əl-Qaidənin Yəməndə mənzillənən yerli qrupu adından yayımlanan videoda təşkilat Fransadakı satirik jurnalına hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Məhəmməd Peyğəmbərin təhqirinə görə hücum barədə əmri Əl-Qaidənin ali rəhbəri Ayman Zəvahiri verib, "Əl-Qaidə Ərəbistan yarımadasında" təşkilatının nümayəndəsi bildirir.
Bundan əvvəl peyda olan daha bir videoda Charlie Hebdo jurnalına hücum edən qardaşlardan biri - Cherif Kouachi "Əl-Qaidə Ərəbistan yarımadasında" təşkilatı adından hərəkət etdiyini deyib.
Hərçənd ki, təşkilatın özü belə bir təsdiqlə ilk dəfə çıxış edib.
Yanvarın 7-də Said və Cherif Kouachi qardaşlarının Parisdəki Charlie Hebdo satirik jurnalının redaksiyasına basqını nəticəsində 11 adam qətlə yetirilib. Daha bir nəfər - polis əməkdaşı - küçədə güllələnərək öldürülüb.
Hadisə yerini tərk edən basqınçılar polis tərəfindən öldürülüb.