Bu il Rusiya ordusu tərkibində Kosmik Hava Qüvvələri yaradılacaq, baş qərargah rəisi Valeri Gerasimov bildirib. Onun sözlərinə görə, silahlı qüvvələrin yeni növü Hərbi-Hava Qüvvələri və Kosmik-Hava Müdafiəsi qoşunlarının birləşməsi yolu ilə formalaşadırılcaq.
Rusiyada Kosmik Hava Qüvvələrinin yaradılması xəbərini ilk dəfə ötən ilin yayında Hərbi Hava Qüvvələrinin baş komandanı Viktor Bondarev təsdiqləmişdi, lakin hadisənin konkret tarixi göstərilməmişdi.