Bolqarıstanda terrorçu Kuaşi qardaşları ilə əlaqəsi olmaqda şübhəli bilinən fransız saxlanılıb. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, Fransa vətəndaşı Friz-Joli Joaşi yanvarın 1-də həbs olunub. O, Suriyaya gedərək hökumət əleyhinə vuruşan qüvvələrə qoşulmaq niyyətində olub.