Rusiya "Mistral” gəmiləri üzrə razılaşmanın icra olunmamasının səbəbləri ilə əlaqədar Fransa Müdafiə Nazirliyinə sorğu göndərib. APA-nın məlumatına görə, bu barədə Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin rəsmisi "RİA Novosti”yə açıqlamasında deyib.
O bildirib ki, Rusiya Fransanın ayrı-ayrı siyasətçilərinin, o cümlədən ölkə prezidentinin şifahi bəyanatları ilə kifayətlənə bilməz.