Misir məhkəməsi sabiq prezident Hüsnü Mübarək barəsində çıxarılmış hökmü ləğv edib. APA-nın "Frans Press”ə istinadən verdiyi məlumata görə, müvafiq məhkəmə işi ilə əlaqədar təkrar baxış təyin olunub.
Yeni məhkəmə prosesinin nə vaxt başlayacağı bəlli deyil.
Qeyd edək ki, 2014-cü ilin may ayında məhkəmənin qərarı ilə H. Mübarək dövlət büdcəsindən 14 mln. dolların mənimsənilməsi ilə əlaqədar 3 il həbs müddətinə məhkum edilib.