Avropa və ABŞ DİN rəhbərləri internetdə radikallaşmaya qarşı birgə mübarizə aparmağa razılaşıblar, Fransanın daxili işlər naziri deyib.
Bernard Cazeneuveun sözlərinə görə virtual məkanda terrorçu aktlarını şöhrətləndirən və onlara bəraət qazandıran materialların yığışdırılması üçün internet resurslarla yaxından əməkdaşlıq tələb olunur.
Fransa rəsmisi həmçinin ədliyyə sistemi daxilində daha sıx əməkdaşlığa ehtiyac olduğunu deyib.
Paris toplantısından sonra səslənən bəyanata əsasən tərəflər Avropaya gələn sərnişinlər barədə məlumat mübadiləsinə razılaşıblar.