Ermənistanda bir ailənin altı üzvünü güllələyən şəxsin hərbçi olduğu məlum olub. APA-nın "Armtoday”ə istinadən xəbərinə görə, bu barədə Ermənistan İstintaq Komitəsi rəhbərinin müşaviri Sonna Truzyan açıqlama verib.
Onun sözlərinə görə, Myasnikyan küçəsindəki evlərin birində qatil bir ailənin altı üzvünü güllələyib, altı aylıq körpə isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib: "Bizə hərbi qulluqçunun hərbi hissədən qaçması barədə məlumat daxil olub. Hadisə yerindən tapılan əsgər çəkmələri üzərində onun adı və soyadı yazılıb”.
Gümrüdəki Avstriya xəstəxanasının baş həkimi direktoru Aşot Kurqinyan bildirib ki, körpənin bədənində kəsilmiş-deşilmiş yaralar var. Uşaq anasının meyitinin yanında olub. Ehtimal ki, qatil onun da öldüyünü güman edib.
Hazırda silahlı cinayətkarın axtarışları davam etdirilir. Qətldə Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının hərbi qulluqçusu şübhəli bilinir.