Parisdəki yəhudi marketində girov götürdüyü dörd nəfərlə birlikdə ölən Amedi Kulibaliyə (Amedy Coulibaly) aid bir video ortaya çıxıb.
Video Dailymotion saytına yüklənən videoda Kulibali İraq Şam İslam Dövlətinə (İŞİD) bağlılığını açıqlayır. Videoda «Charlie Hebdo»ya hücum edən qardaşlarla əlaqəniz varmı?" sualına cavab verərkən, bəzən birlikdə, bəzən də ayrılıqda iş gördüklərini və Kuaşi qardaşlarına maddi yardım göstərdiyini deyib. Kulibali «Charlie Hebdo»ya edilən hücumu dəstəklədiyini deyib.
Videonun qadın polis öldürüldükdən sonra çəkildiyi bildirilir. Ancaq bu gün ortaya çıxan video Kulibalinin öldürülməsindən sonra hazırlanıb və yayılıb. Çünki video market olayının da videolarını özündə ehtiva edir.
Amedi Kulibali yanvarın 8-də bir qadın polisi öldürmüş, ertəsi gün də Parisdə yəhudi marketindəki 20 nəfəri girov götürmüşdü. Əməliyyat keçirən polis, Kulibali ilə birlikdə 4 girovün cəsədini tapmışdı.