17 nəfərin ölümü ilə nəticələnən hücumlardan sonra bу gün Parisdə kecəcək yürüşə 40-dək dünya liderinin qatılacağı gözlənilir. Bazar günü Paris aksiyasına qatılacağını Almaniya, Britaniya, İordaniya, İsrail və Fələstin liderləri bildiriblər.
Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək. Ukraynanı prezident Petro Poroşenko təmsil edir.
Şənbə günü Fransanın müxtəlif şəhərlərində keçən yürüşlərdə 700 min adamın iştirak etdiyi xəbər verilir.
Bazar günü keçəcək aksiya iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün 2,000 polis və 1,350 əsgərin cəlb olunduğu xəbər verilir. Məlumatda Parisdə yerləşdirilmiş polislərin ümümi sayının 5500-dən artıq olduğu bildirilir.
Fransanın daxil işlər naziri aksiyanın qorunması üçün fövqəladə addımların atıldığını deyib.
Şənbə günü Fransa böyunca yürüşlər təxminən 700 min adamı cəlb edib. Ən izdihamlı aksiya Tuluz şəhərində keçib.
Parisdəki yürüşə qatılanlar Respublika Meydanında Charlie Hebdo satirik jurnalına hücumda öldürülmüş jurnalistlərlə həmrəyliyi simvolizə edən qələmlər qoyublar.