Fransada «Charlie Hebdo» nəşrinin redaksiyasına törədilən hücumu ilə bağlı cinayət işini araşdıran polis komissarı Elrik Fredu intihar edib. APA-nın "Gazeta.Ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə "France 3” telekanalı məlumat yayıb.
Polis rəsmisinin açıqlamasına əsasən, Fredu iş otağında xidməti silahından özünə atəş açaraq intihar edib.
Məlumata görə, intihar etməzdən əvvəl o hücum zamanı redaksiyada həlak olan jurnalistlərdən birinin ailəsi ilə görüşüb.
Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, onun ölümündə müəmmalı məqamlar var. Komissarın yaxın ətrafının dediyinə görə onun intihar etməsinə heç bir səbəb yox idi və onun ölümünün şübhəli olduğunu deyiblər. Buna görə də bu fakt ciddi şəkildə araşdırılmalıdır.