İndoneziya hərbi dəniz qüvvələri iki həftə öncə qəzaya uğramış AirAsia təyyarəsinin quyruğunu dənizdən çıxarıblar. Dalğıclar həmçinin təyyarənin "qara qutularını", yəni təyyarənin səs və uçuş məlumatları yazıçılarını axtarırlar. Rəsmilərdə olan məlumata görə, bu qutular təyyarənin quyruğundan ayrılıblar.
QZ8501 reysli təyyarə dekabrın 28-də pis hava şəraitinə görə radardan itib. İndoneziyanın Surabaya şəhərindən Sinqapura uçan təyyarədə 162 adam var idi.
İndiyədək 48 cəsəd tapılıb, lakin axtarış komandaları sərnişinlərin əksəriyyətinin təyyarənin füzelyajında olduğunu düşünür, təyyarənin bu hissəsi isə hələ ki, tapılmayıb.