İtaliya Baş naziri Matteo Renzi Paris hücumları üzərinə ortaq bir Avropa Birliyi kəşfiyyat xidməti qurulmasını təklif edib.
Baki-xeber.com xəbər verir ki, Renzi "Ortaq bir pul vahidimiz var, ortaq bir kəşfiyyat xidmətinə də ehtiyac var. Avropa terrorizmə qarşı birlikdə olmalıdır" - deyə bildirib.
Romada təhlükəsizlik tədbirləri sentyabr ayında Vatikana qarşı hücum olacağı ilə bağlı telefonla alınmış hədələrdən sonra artırılıb. Renzi bu mövzuda hələ müəyyən bir hədəfə işarə edən konkret dəlillər olmadığını bildirib.