BBC-nin əldə etdiyi məlumata əsasən, Əfqanıstan prezidenti Əşrəf Qəni taliblərə yeni əfqan hökumətində bir sıra vəzifələr təklif edibmiş. Beləki, taliblərə kənd icmaları problemləri və gömrük məsələlərilə məşğul olan idarələrdə vəzifələr təklif edilib.
Taliban rəhbərliyindəki mənbənin sözlərinə görə, ölkədə beynəlxalq qüvvələr hələ də qalmaqda davam etdiyinə görə, Əfqanıstan rəsmilərinin təklifi rədd edilib.
Prezident vəzifəsində artıq 3 aydan çoxdur kı çalışan Əşrəf Qəni hökumətin tərkibinin formalaşdırılması prosesini hələlik başa çatdırmayıb.