Çeçenistan Prezidenti Ramzan Kadırov YUKOS neft şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovskini müsəlmanların və özünün şəxsi düşməni elan edib. Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb M.Xodorkovskinin "Charlie Hebdo" nəşrinə dəstək olaraq jurnalistləri qalamaqallı karikaturları dərc etməyə çağırması olub.