Bolqarıstan, Ukrayna və Türkiyənin sabiq prezidentləri regionda təhlükəsizlik və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) İdarə Heyətinin üzvü, Serbiyanın sabiq Prezidenti Boris Tadiç Mərkəzin regionda təhlükəsizlik və beynəlxalq əməkdaşlığın təmin edilməsi layihəsi çərçivəsində Ukrayna və Türkiyədə səfərdə olub.
Ukrayna səfəri çərçivəsində B.Tadiç NGBM-in üzvləri – Ukraynanın eks-prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko ilə görüşərək müzakirələr aparıb. B.Tadiç, həmçinin ölkənin xarici işlər naziri Pavlo Klimkin, Kiyev meri Vitali Kliçko ilə də görüşlər keçirib, Ukraynanın Diplomatiya Akademiyasında mühazirə oxuyub.
B.Tadiç Türkiyə səfəri zamanı isə sabiq həmkarı Türkiyə Cümhuriyyətinin 11-ci Prezidenti Abdullah Güllə görüşüb. Görüş zamanı Mərkəzin beynəlxalq fəaliyyəti, o cümlədən bu ilin aprelində Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumu ilə bağlı məsələlər müzakirə olunub.