"Charlie Hebdo” jurnalının redaksiyasına hücumda şübhəli bilinən Səid və Şərif Kuaşi qardaşları şəhid kimi ölmək istədiklərini bəyan ediblər. APA-nın məlumatına görə, bunu "iTele” telekanalının efirində Paris regionunun Sena və Marna departamentindən Fransa Milli Assambleyasına deputat seçilən İv Albarello deyib.
O bildirib ki, Kuaşi qardaşları bunu hüquq-mühafizə orqanlarının əməkdaşları ilə danışıqlar zamanı bəyan ediblər.