Müsavat Partiyasının Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə əməkdaşlığının hər zaman ziddinə olmuş Arif Hacılı heç vaxt AXCP ilə hər hansı bir şəkildə münasibət qura bilməz. Bu barədə Trend-ə Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy Müsavat Partiyasının bəzi siyasi partiyalara, o cümlədən AXCP-yə əməkdaşlıq təklifləri verəcəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
S.Əlisoy qeyd edib ki, bu gün Müsavat Partiyasının təkcə AXCP ilə yox, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların əksəriyyəti ilə münasibətləri yoxdur: "Son qurultaydan sonra Müsavat Partiyasının özünün bölünmə təhlükəsi, özü də bir neçə yerə bölünmə təhlükəsi ortada ola-ola, içəridə böyük bir bölünmə qazanı qaynaya-qaynaya Müsavat Partiyası əməkdaşlıq məsələsində qeyri-ciddi görünür və Arif Hacılının özünün populist siyasətinə görə də ciddi siyasi partiyalar onunla əməkdaşlığa getməyəcək”.