Türkiyədə qadağan edilən Marksist qrup deyir ki, çərşənbə axşamı İstanbulda törədilən intiharçı bombanın partlamasını o törədib. Baki-xeber.com xəbər verir ki, hücum nəticəsində intiharçı bombaçı qadın və bir polis nəfəri ölüb.
"Bizim qurban döyüşçümüz ... Sultanahmetdə turistlərin polis şöbəsinə qurbanlıq hücumunu həyata keçirib", DHKP-C (Devrimci Halk Kurtuluş Partisi-Cephesi) saytında deyilir.
DHKP-C deyir ki, korrupsiyaya qarşı mübarizə aparır. Solçu qrup dövləti Prezident Rəcəb Tayyib Ərdoğana sadiq, "korrupsiyaya uğramış" nazirləri qorumaqda ittiham edib. Cənab Ərdoğanın AK Partiyası Türkiyə siyasətində aparıcı qüvvədir.
Türkiyədə polis bölməsində partlayış törədən şəxsin adı da məlum olub, bu Elif Sultan Kalsendir. Elif Sultan Kalsen cinayət törətdiyi yerə gələrkən taksidə özünü rus kimi qələmə verib. Trend xəbər verir ki, bu barədə "Haber7" telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, Kalsen taksi sürücüsü ilə söhbətində qarnını göstərərək hamilə olduğunu deyib.
Hücum nəticəsində daha bir polis işçisi xəsarət alıb.