Ukrayna qoşunlarının mətbuat xidmətinin yaydığı xəbərə əsasən, Rusiyapərəst separatçılar Donetsk aeroportuna hücumları yenidən bərpa edib. Ukrayna tərəfinin məlumatına görə ötən gün ərzində Donetsk aeroportu ərazisində sakitlik müşahidə edilsədə, atəşkəsin yerinə yetirilməsinə nəzarət edən müfəttişlər ərazini tərk etdikdən sonra rusiyapərəst separatçılar yenidən hücuma keçiblər.
Bundan əvvəl separatçılar Donetsk aeroportu ərazisində atəşkəsin elan edilməsi barədə razılığın əldə olunmasını xəbər vermişdilər.
Ukrayna tərəfinin bildirdiyinə görə, Donetsk aeroportu uğrunda döyüşlərdə separatçılara Rusiya xüsusi təyinatlılari kömək edir.