"Rusiya NATO-nun şərq istiqamətində mövqelərinin gücləndirilməsi ilə əlaqədar artıq tədbirlər görür. Bu tədbirlər alyansın hərəkətlərindən asılı olaraq davam etdiriləcək”. APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko deyib.
O qeyd edib ki, NATO alyansın dirçəlməsi üçün Ukraynadakı böhrandan istifadə edir.
"Bu ərazilərdə əlavə qüvvələr yerləşdirmək, hərbi təlimlərin miqyasını böyütmək üçün gerçək səbəblər yoxdur. NATO-nun məntiqi milli təhlükəsizlik maraqlarına deyil, daha çox alyansın öz maraqlarına əsaslanır”, - deyə o vurğulayıb.
A. Qruşko həmçinin qeyd edib ki, NATO-nun ən böyük səhvlərindən biri Rusiya ilə hərbi sahədə təmaslara son qoymaq idi. Onun sözlərinə görə, Rusiya-NATO əməkdaşlığı prosesini idarə edən bütün işçi qrupların fəaliyyəti dayandırılıb.