Moldovanın avropapərəst partiyaları seçkidən sonra koalisiya danışıqlarına başlayıblar. Səslərin 98 faizi hesablanıb. Avropayönlü Liberal demokratik Partiya, Demokratik Partiya və Liberal Partiya birlikdə 45.5 faiz səs toplayıb. Rusiyayönlü Sosialist Partiyası səslərin 20.7 faizini toplayıb. Daha mötədil Kommunistlərlə birlikdə onlar 38.5 faiz yığa bilib.
Noyabrın 30-da keçirilən seçkilərdə seçicilərin 56 faizi iştirak edib. ATƏT seçkinin "ümumilikdə yaxşı keçdiyini”, moldovalıların "azad və şərəfli yolla səs verdiyini” bildirib.
Moldovanın hakimiyyətdən gedən avropapərəst hökuməti Avropa Birliyi ilə Assosiasiya Sazişi imzalayıb və birliklə vizasız rejim əldə edib.