"Tarix yazdıq! Tarixə yazıldıq!” şüarı altında keçirilən parad Əl Oyunları Sarayından başlayaraq Dənizkənarı Milli Parkda "Saat qülləsi”nin yanında yekunlaşıb.
Tədbirin təşəbbüskarları Gənclər və İdman Nazirliyi və "Bakı 2015”Avropa Oyunlarının Əməliyyat Komitəsidir (BEGOC).
Parad xüsusi konsert proqramı ilə davam edib. Konsert proqramı "Saat qülləsi”nin yanında estrada ulduzlarının iştirakı ilə davam edib.