şənbə günü, 14 noyabr 2026
     

“Azercell” “Əşyaların İnterneti” ilə rabitənin yeni sərhədlərini açır - FOTO

Image


“Əşyaların İnterneti” (İOT) texnologiyaları müxtəlif cihazlar arasında məlumat paylaşımının yeni səviyyəsi kimi şəbəkələr vasitəsilə kommunikasiya üçün geniş imkanlar açaraq daha sıx əlaqəli dünya qurmağa kömək edir.

İOT unikal identifikatorlarla təchiz olunmuş və insan-insan və ya insan-kompyuter əlaqəsi tələb olunmadan məlumatı şəbəkə vasitəsilə ötürmək qabiliyyətinə malik bir-birilə qaşılıqlı əlaqəli hesablama cihazları, mexaniki və rəqəmsal maşınlar sistemidir. Azərbaycanın ən müasir mobil kommunikasiya xidmətləri təchizatçısı olan “Azercell Telekom” özünün insanları yüksək texnologiyalar vasitəsilə birləşdirmək məqsədinə sadiq qalaraq 24-cü “BakuTel” sərgisində müxtəlif yüksək texnoloji həllər nümayiş etdirəcək. Bu dəfə də “Azercell” 4-7 dekabr 2018-ci il tarixlərində keçiriləcək sərginin əsas iştirakçılarından biri olmaqla bərabər, bu əhəmiyyətli texnoloji tədbirin əsas sponsoru kimi çıxış edir. 

Lider mobil operator öz stendində biznes, pərakəndə müştərilər və texnoloji innovasiyaların izləyiciləri üçün geniş çeşiddə məhsul və həllər təqdim edəcək:

Avtomatlaşdırılmış həllər

YuMi (You and Me, “Sən və Mən”) – universal robot-həmkar bu il “Azercell” stendində qonaqları salamlayacaq. Müştərək fəaliyyətə hazır, ikiqollu, kiçik hissələrdən ibarət və hərəkətli əllər, kamera ilə hissənin yerini müəyyən etmə və ən müasir nəzarət funksiyası ilə təchiz olunmuş robot insanlarla çiyin-çiyinə eyni iş üzərində çalışa bilir. İnnovativ, insan üçün rahat və inqilabi funksionallıqla fərqlənən robot sənayedə geniş qlobal avtomatika potensialını üzə çıxarmaq məqsədilə hazırlanıb. 

MyKi Touch, MyKi Pet və MyKi Auto kimi müxtəlif kiçik təhlükəsizlik cihazları vahid bir tətbiq (app) vasitəsilə müxtəlif məlumatları izləməyə imkan verir: 

Smart aqrar xidməti

Smart aqrar xidmətləri, SIM-kartı olan xüsusi IoT (Əşyaların İnterneti) cihazından istifadə etməklə hava və torpağın xüsusiyyətlərini ölçmək üçün sahə sensorlarının quraşdırılması yolu ilə məhsuldarlığı artırmaq üçün nəzərdə tutulub. Fermerlər bu texnologiyanın köməyi ilə havanın temperaturu və havadakı rütubətlilik barədə real vaxt rejimində məlumatlar, eləcə də torpağın parametrlərini və suvarma ilə bağlı tövsiyələr əldə edə bilərlər.

MyKi Touch uşaqlara nəzarət üzrə yeni nəsil izləmə funksiyasıdır və valideynlərə övladları ilə əlaqə qurmaq və onların yeri barədə real vaxt rejimində məlumat əldə etmək imkanı verir. Uşağın yerini dəqiq müəyyən edən GPS modulu, SOS düyməsi, öncədən təyin olunmuş təhlükəsiz zonalar və digər funksiyalarla MyKi Touch sizin övladlarınızın təhlükəsizliyini təmin etmək üçün ən yaxşı vasitədir. İnteqrasiya edilmiş "taçsensorun" sayəsində valideynlər həmin anda uşaqların saatı taxıb-taxmadığından xəbərdar olurlar. 

MyKi Pet adlı ağıllı cihaz ilə sahibləri artıq ev heyvanlarının harada olduqlarından dolayı narahatlıq keçirməyəcəklər. Bu cihaz onlara heyvanların yeri barədə məlumat verir, xüsusi təhlükəsizlik zonalarını təyin etməyə və hətta heyvanlara məsafədən göstəriş verməyə imkan yaradır. 

MyKi Auto heç bir naqil olmadan, sadəcə istənilən nəqliyyat vasitəsinə bir maqnitin yerləşdirilməsilə avtomobil və karqo üçün tam təhlükəsizlik təmin edir: avtomobilin yeri barədə məlumat verir, enerjiyə qənaət rejimi olan batareyası, ani məlumatlandırma ilə oğurluq hallarının qarşısının alınması funksiyası, səyahət barədə məlumat və digər xüsusiyyətlərlə təchiz olunub. Qeyd etmək yerinə düşər ki, MyKiAuto enerji təchizatı tələb etmir və tam avtonom rejimdə çalışır. 

“Azercell” Smart Home (Ağıllı Ev) adlı yeni innovativ xidmət sizin evinizi daha funksional, daha rahat və təhlükəsiz edəcək. Bu xidmət sizə istənilən yerdən bir tətbiqetmə vasitəsilə işıqlandırma, cərəyana qoşulma, temperatur və otaqdakı hərəkətlərə tam nəzarət imkanı verir.

Gündəlik həyatınızı asanlaşdırın

Sizin eviniz sizin şəxsi, daha çox zövq almaq və özünüzü rahat hiss etmək istədiyiniz məkandır. Artıq evinizi sizin istəklərinizi anlayan bir məkana çevirə bilərsiniz. “Azercell” Smart Home ilə siz asanlıqla və cəld şəkildə işığın intensivliyini, otağın temperaturunu və evinizdəki kiçik cihazların funksiyalarını öz istəklərinizə uyğun idarə edə və beləliklə, rahatlıqdan zövq ala bilərsiniz. 

Təhlükəsiz evdə yaşayın

Sizin eviniz elə bir məkandır ki, orada siz özünüzü dünyanın istənilən yerindən daha təhlükəsiz hiss etmək istəyirsiniz. Evə kameralar, sensorlar və digər xırda aksessuarlar yerləşdirin və evinizdəki hərəkətlər barədə anında məlumat alın. Artıq siz öz evinizi davamlı şəkildə izləyə, tam nəzarət edə və xoşagəlməz hallardan uzaq ola bilərsiniz. Bunun sayəsində özünüz və sevdikləriniz üçün daha təhlükəsiz şərait yarada bilərsiniz.

Evinizdə ideal şəraitdən zövq alın

Sizin eviniz tam nəzarətinizdə olan bir məkan olmalıdır. Artıq ağıllı cihazların köməyilə siz evinizdə sərf olunan enerjiyə məsafədən nəzarət edə və onu düzgün şəkildə idarə edə bilərsiniz. Siz real ehtiyaclarınıza uyğun enerji sərf edəcək və beləliklə də ona qənaət edəcəksiniz. 

“Azercell” Ağıllı Ev həlli birbaşa mobil telefondan ev cihazlarına nəzarət etmək, hərəkət və tüstü detektorları vasitəsilə öz evinizdə baş verənlər barədə anında məlumat almaq, evdə olmadan məsafədən evin temperaturunu idarə etmək istəyən hər kəs üçün ideal seçimdir. 

Beləliklə də siz evə gələrkən və yaxud evi tərk edərkən orada hansı proseslərin avtomatik baş verməsi barədə qaydalar və ssenariləri özünüz müəyyən edə bilərsiniz. 

“Azercell” Eksklüziv

“Azercell” stendinin pərakəndə satış bölməsi ən son innovasiyaları sınaqdan keçirmək üçün ən uyğun yerdir. Bu guşədə, həmçinin, “Azercell Plus” xidmətləri çərçivəsində Zvooq, Bookmate, Bookmate Audio tətbiqetmələri də nümayiş olunacaq. 

Mysim.az məlumat bazasına birləşmiş xüsusi monitor abunəçilərə arzu etdikləri nömrə kombinasiyasını yığaraq dərhal “BakuTel” sərgisində arzuladıqları nömrəni tapmaq və onu istənilən “Azercell” Eksklüziv mağazasında əldə etmək üçün qeydiyyatdan keçmək imkanı verir. Bu axtarış sistemi bir saniyədə istənilən “Azercell” nömrəsini müəyyən etmək və satış nöqtəsinə uyğun olaraq onun yerini göstərmək imkanına malikdir.  

Korporativ seqment

“Azercell”in korporativ müştəriləri də yeni təkliflərdən məmnun qalacaqlar. Məsələn, “Şirkətim” paketi yeni qoşulmuş korporativ seqment müştərilərinə aylıq 1000 ölkədaxili danışıq dəqiqələri və 3GB mobil internet təqdim edir. 
Korporativ bölmədə, həmçinin, şirkətlər üçün internetdən geniş istifadə imkanı verən rominq təklifi təqdim ediləcək. Yeni rominq internet paketi korporativ müştərilərə cəmi 16 AZN ödəməklə 1GB internetdən yararlanmaq imkanı verir.
“Azercell” tədbir boyu zamanı, həmçinin, Virtual ATS innovativ biznes həllini təqdim edəcək. Bu həll ilə şirkətlər smartfonlar üçün ATS-in təşkili, müştəri xidmətləri mərkəzinin yaradılması və reklam kampaniyaları keçirilən zaman çoxkanallı "qaynar xətt"in qurulmasına nail ola biləcəklər. Bundan başqa, Virtual ATS həlli fərdi telesekretar, konfrans zəng, zənglərin idarə edilməsi və digər 10-a yaxın funksiyalarla bizneslərə eksklüziv imkanlar verir. 
Sahibkarlığa dəstək 

“Azercell” innovativ layihələrin inkubasiyasının əsas yaradıcısı kimi Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi üçün sərgi zamanı xüsusi bölmə ayıracaq. Barama tərəfindən dəstəklənən startaplar burada informasiya texnologiyalarına əsaslanan müxtəlif biznes həllər nümayiş etdirəcəklər. 

Vebsaytların hazırlanması üzrə “Owbike” layihəsi html səhifələrinin yaradılması üçün sizdən heç bir texniki bilik tələb etmir. Xüsusi proqram sizə mürəkkəb veb səhifələri qısa zamanda yaratmaq imkanı verəcək.  
“Green Baku” kiçik startapı ölkədə ilk dəfə təkrar istifadə olunan materiallardan ekoloji cəhətdən təmiz dəftərxana məhsulları hazırlamağa nail olub.  
Daha çox startap layihələri, o cümlədən təhsil mərkəzlərində test yoxlaması aparmaq üçün “Appoll” platforması, “Happy Moments” portalı, “Dataforest” axtarış sistemi, “Wexplain” onlayn biznes platforması builki “BakuTel” sərgisində texnoloji trend izləyicilərinin diqqətinə çatdırılacaq. 

Texnologiya ilə əyləncə

Yüksək texnologiyalar “Azercell”in bütün stendində, o cümlədən şirkətin ənənəvi əyləncə guşəsində özünü göstərəcək. “Azercell” bir neçə gün ərzində bütün qonaqları texnologiyaya əsaslanan müsabiqələrdə iştirak etməyə və mobil operatordan xüsusi hədiyyə qazanmağa dəvət edir. Builki telekommunikasiya sərgisi çox hərarətli olacaq, ən yüksək dərəcə isə “Azercell”in guşəsində müşahidə ediləcək!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ