Bakı şəhəri və onun rayonlarının abadlaşdırılması planına uyğun olaraq paytaxtın Nəsimi rayonunda yaşayış sahələrinin, məhəllə və həyətlərin, küçələrin, park və istirahət yerlərinin abadlaşdırılması, ekoloji tarazlığın təmin edilməsi, yaşıllıqların qorunması, yeni yaşıllıq sahələrinin salınması, əhalinin rufahının daha da yüksəldilməsi istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilməkdədir.
Nəsimi RİH-dən “Bakı Xəbər”ə verilən məlumata görə, görülən tədbirlər çərçivəsində dekabr 1-də rayon ərazisində növbəti iməcilik keçirilib. İməcilik zamanı Cavadxan küçəsi boyunca müxtəlif növ, o cümlədən 500-dən artıq zeytun və badam ağacı əkilib, H.B.Əliyev küçəsindən H.Seyidzadə küçəsinə qədər sahədə 2000-dən artıq ağaca qulluq göstərilib.
Rayonda davamlı olaraq həyata keçirilən yaşıllaşdırma işlərində sakinlər, idarə və təşkilatların nümayəndələri də yüksək fəallıq nümayiş etdirir. Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələrinin iştirak etdiyi iməcilik zamanı ətrafda yaşayan sakinlər rayon ərazisində aparılan abadlıq-quruculuq işlərindən razılıq edərək, ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Baki-xeber.com