çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Azərbaycanın multikultural ənənələrinin xaricdə təqdimatları gərəkli layihələrdən birinə çevrilir – növbə İsveçrəyə çatdı...

Image


Aydın Xan Əbilov: “Dünyanın digər qitələrində multikultural dəyərlərin, tolerant baxışların iflasa uğradığı, yaxud uğradıldığı bir vaxtda Azərbaycanın multikultural dəyərlərinin təbliğinə və dünyada yayılmasına böyük ehtiyac var”

 

Bəşəriyyətdə sülhə nail olmaq üçün multikulturalizm və tolerantlıq kimi dəyərlər bərqərar edilməlidir. Bu gün dünyada multikulturalizm ənənələrinin ən geniş yayıldığı və intişar tapdığı məkan Azərbaycandır. Məlumdur ki, qədim dövrlərdən multikulturalizmin Azərbaycanda geniş yayılması, onun xalqımızın həyat tərzinə çevrilməsi və müasir dövrdə dövlət siyasətinin əsas istiqamətlərindən biri olması ölkəmizin multikultural təhlükəsizliyinin yüksək səviyyədə olmasını təmin edib.

Azərbaycanda mövcud olan multikulturalizm ənənələri artıq bir nümunə kimi dünya dövlətlərinə təlqin edilir. Azərbaycan multikulturalizminin dünyanın müxtəlif ölkələrində təqdimatları keçirilir.

Ölkəmizdə müxtəlif xalqların sülh və əminamanlıq şəraitində yaşaması, əlbəttə, başqa ölkələr üçün də örnəkdir.

Azərbaycanın İsveçrədəki Səfirliyinin təşkilatçılığı ilə bu ölkənin yeganə ikidilli ali təhsil müəssisəsi olan Friburq Universitetinin Sosial Elmlər fakültəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun “Azərbaycanda dövlət-din münasibətləri və dini siyasət” mövzusunda mühazirəsi keçirilib. Qeyd edilənə görə, təqdimatda Azərbaycanın multikulturalizm ənənələri və bu fenomenin səbəbləri barədə tədbir iştirakçıları məlumatlandırılıb, ölkəmizdə mövcud olan müxtəlif dini icmalar, dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazası və bu sahədə dövlət siyasəti barədə ətraflı danışılıb.

Bundan əvvəl də digər ölkələrdə Azərbaycandakı multikulturalizm ənənəsinin təqdimatları baş tutub və bu təqdimatlar xarici ölkələrin ictimaiyyəti tərəfindən müsbət qarşılanıb.

“Yeni Yazarlar və Sənətçilər” ictimai qurumunun rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan multikulturalizmi bütün dünyada bizim kulturoloji, tarixi, ideoloji bir silahımız olaraq təbliğ edilməyə layiqdir. “Çox sevinirəm ki, ölkəmizdə həm də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyət göstərir. Bu mərkəz beyin mərkəzi olaraq bütün dünyada Qafqazın ən qədim xalqları yaşayan Azərbaycanda 70-ə yaxın xalqın nümayəndəsinin birgəyaşayış modelini təbliğ edir. Belə bir sivilizasiya məkanı olan ölkəmizi və burada mövcud olan dəyərləri beynəlxalq dəyərə çevirmək üçün mütləq onu öyrənmək, tədqiq etmək, yaymaq lazımdır. Bilirik ki, ölkəmizdə ənənəvi olaraq humanitar forumlar, dinlərarası və mədəniyyətlərarası, sivilizasiyalararası dialoqa çevrilən bir sıra beynəlxalq tədbirlər keçirilir. Bu tədbirlərin iştirakçıları da xüsusi olaraq vurğulayırlar ki, sözün həqiqi mənasında, Azərbaycan multikulturalizm mərkəzinə çevrilib. Avropada, eləcə də dünyanın digər qitələrində multikultural dəyərlərin, tolerant baxışların iflasa uğradığı, yaxud iflasa uğradıldığı bir vaxtda Azərbaycanın multikultural dəyərlərinin təbliğinə və dünyada yayılmasına böyük ehtiyac var. Burada müxtəlif dinlilik, müxtəlif millətlilik, müxtəlif mədəniyyətlilik var. Eyni zamanda da ölkəmizdə ayrı-ayrı sivilizasiyaların sərhədi qovuşur. Azərbaycanda müxtəlif dinlərin, konfessiyaların nümayəndələrinin birgəyaşayışa könül verməsi, eləcə də onların birgə dualar etməsi çox təqdirəlayiqdir”. A.X.Əbilov qeyd etdi ki, bu gün Azərbaycanda məscidlə yanaşı, kilsə və sinaqoqlar da fəaliyyət göstərir, burada heç bir dini ayrıseçkiliyə yol verilmir. Bütün millətlərin nümayəndələrinə eyni gözlə baxıldığını deyən A.X.Əbilov hesab edir ki, bu, bütün dövlətlər üçün örnəkdir. “Azərbaycandakı multikulturalizm və tolerantlıq ənənəsi, mühiti humanitar bir sivilizasiya dəyəri kimi təbliğ edilməlidir. Ona görə də Avropanın mərkəzində Azərbaycanın multikulturalizm dəyərlərinin təbliği və onun yayılması, eyni zamanda, dünyada bu ənənələrdən istifadə edilməsi çox vacib bir məsələdir” - deyə ekspert bildirdi.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ