şənbə günü, 14 noyabr 2026
     

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Image


Əvvəllər də, yəni yüz il əvvəl də zorakılıq olub, yüz il bundan sonra da olacaq və bu gün də aktual məsələlər sırasındadır. Bu gün dilimizdə ən çox işlənən sözlər siyahısına "zorakılıq" sözü də aiddir. Bu anlayış barədə indi hətta körpə uşaqlarımız da xəbərdardırlar. Bəlkə də səbəb bu dövrümüzdə zorakılığın çox baş verməsidir?!

Zorakılıq sözünün mənası "hücum etmək" deməkdir. Zorakılıq qarşı tərəfi və ya tərəfləri öz istəyinə uyğun, öz mənafeyinə uyğun davranmağa məcbur etmək, ona zor tətbiqi deməkdir. Zorakılıq deyəndə əksəriyyətimizin beynində "döymək", "cinsi zorlama" və s. fiziki zorakılıqlar canlanır. Amma zorakılıq təkcə bunlarla məhdudlaşmır.

Ümumilikdə, zorakılıq termini başqalarına münasibətdə müxtəlif məcburetmə formalarının tətbiq edilməsi kimi başa düşülür. Bu mövzünün araşdırılması ilə məşğul olan ekspertlərin fikrincə, “məişət zorakılığı” dedikdə beynəlxalq termin kimi ailədaxili zorakılıq başa düşülür. Yəni bu bir ailə üzvünün digər ailə üzvünü öz nəzarəti altında saxlamaq istəyidir. Bu xüsusən keçmiş patriarxal adət-ənənələrin qaldığı, üstünlük təşkil etdiyi regionlarda daha qabarıq şəkildə müşahidə olunur.

Kriminal xəbərlərin “şah əsərləri" ailə-məişət zorakılığıdır

Zorakılıq hadisələrinin baş verməsi ilə bağlı mütəmadi olaraq KİV-də xəbərlər eşidirik və ya oxuyuruq. Demək olar ki, kriminal xəbərlərin “şah əsərləri" ailə-məişət zorakılığı mövzusundadır. Elə gün yoxdur ki, ən azı 10 bu tip xəbər oxumayaq. Bəs niyə cəzalananların aqibəti əsasən də kişi cinsli məişət zorakılığı "kralları"na görə olur? Kifayət qədər cavab var. Bu cavabları küçədə, ailədə, efirdə, qəzet səhifələrində, QHT-lərin layihələrində sadaladıqca sadalayırıq. Arada müqayisəli təhlillər də aparırıq. Müqayisələrdə utandırmaq məqsədi də olur. Deyilir ki, hansı normal alman kişisi həyat yoldaşına əl qaldırar? Yaxud fransalı  bacısına, həyat yoldaşına çölə çıxmağı qadağan edə bilər? Təbii ki, yox.

Azərbaycanda isə vəziyyət Avropoya nisbətdə fərqlidir. Belə ki, ali məktəb bitirən xanımların bir qismi ailə qurandan sonra işləməmək qadağası ilə üzləşir. Özü də itirir, cəmiyyət də. Axı o, savadı ilə cəmiyyətin inkişafına dəstək ola bilər və ailəsinin maddi durumunu yaxşılaşdırar. Əri razı deyil. "Özüm qazanıram, sənin puluna ehtiyacım yoxdur!" kimi qəti mövqe səslənir. Qadın razılaşmaq istəmir. Etiraz bir dəfə sözlə, bir dəfə silləylə və sonda isə bıçaqla "yatırdılır". Bu vəziyyətlə üzləşən qadınların sayı az deyil. Əksər hallarda o qadınlar “düzələr” deyə düşünüb həyatlarına davam edirlər. Ancaq onların həyatı yaxşılığa doğru dəyişmir, əksinə, daha da çətinləşir.

Qadının zorakılığa məruz qalmasının səbəbi mentalitetdir? 

Digər problem məişət zorakılığına məruz qalan qadının şiddət gördüyü həyat yoldaşı haqqında hüquq-mühafizə orqanlarına şikayət etməməsidir. Qadının şikayət etməməsinin səbəbi mentalitetdən irəli gəlir. Mentalitetə görə, "arvad ərini polisə verməz", "arvad ölər, ər evindən çıxmaz", "qadın ərinin bütün zülmlərinə dözər", "gəlinliklə getdiyin evdən ancaq kəfənlə çıxa bilərsən!" kimi tələblər qarşıya qoyulur.

Hazırda bütün dünyada hər 3 qadından 1-i öz həyatı boyu fiziki və ya cinsi zorakılığa məruz qalır. Hər il dünyada öz partnyorları və qohumları tərəfindən zorakılıq səbəbindən 1200-ə yaxın qadın ölür, 2 milyon qadın yaralanır, 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün müxtəlif təzyiqlərlə üzləşir. 750 milyon qız 18 yaşına çatmamış erkən nikaha girir. Qadın və qızların yetmiş bir faizi insan alverinin qurbanına çevrilir.

Açıqlanan statistik rəqəmlərə əsasən, 2018-ci ilin 9 ayı ərzində məişət zorakılığı ilə bağlı 678 cinayət faktı qeydə alınıb. Qadınlara qarşı zorakılıqla bağlı törədilmiş cinayətlərdə özünü öldürmə, həmçinin, öldürmə həddinə çatdırma ilə bağlı 135 fakt qeydə alınıb. Ölən qadınların sayı 112 olub ki, onlardan 11-i azyaşlıdır.

Məlumat üçün bildirək ki, ilk dəfə 1993-cü ildə ailədə zorakılıq problemi sosial status aldı. Bir çox ölkənin qadın təşkilatlarının məsələyə müdaxiləsi və beynəlxalq səviyyədə aparılan ictimai müzakirələr, nəhayət, problemin aktuallaşmasına təkan verdi.

Məlum oldu ki, cinayətlərin 30-40 faizi məhz ailədaxili zorakılığın payına düşür. O cümlədən bu cinayətin qurbanlarının 70 faizini qadınlar və uşaqlar təşkil edir. Ailədaxili zorakılığın müstəqil sosial problem kimi tanınması ilk addım oldu. Lakin bu yolda bir sıra maneələr meydana çıxdı. Ailədaxili zorakılıqla bağlı dəqiq anlayış mövcud deyildi, problemin əhatə dairəsi və zorakılığın tətbiqinə təsir edən səbəblərə aid geniş məlumat yox idi. Həmçinin, zorakılıqdan zərər çəkmiş şəxslərin effektiv müdafiə mexanizmi tapılmamışdı.

Kütləvi şəkildə zorakılıq əməllərinin qurbanı olan qadınlar...

Danılmaz faktdır ki, xaos, qeyri-sabitlik, silahlı münaqişələr baş verən ölkələrdə qadınlar daha çox və kütləvi şəkildə zorakılıq əməllərinin qurbanı olurlar. Azərbaycan xalqı öz təcrübəsində bunun acı nəticələrini görüb. Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində minlərlə azərbaycanlı qadın həlak olub, yaralanıb, ağlasığmaz işgəncələrə və təhqirlərə məruz qalıb. Bu gün də rəsmi qeydə alınan 288 itkin, 98 əsir və girov qadın Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində dözülməz şəraitdə saxlanır, məcburi əməyə cəlb edilir və digər zorakılıq əməllərinə məruz qoyulur.

Zorakılıqla mübarizə aparılması üçün bütün dünyada olduğu kimi, Azərbaycanda da ciddi proseslərə start verildi. Bizdə vəziyyət daha ağır idi, ona görə ki, ailə ənənəsindəki patriarxallıq özünə möhkəm yer tutmuşdu. Başqa çıxış yolu yox idi. Sağlam cəmiyyət sağlam ailədən keçir. Dövlət institutları, QHT-lər, jurnalistlər, ziyalılar məişət zorakılığı həyəcanı ilə tez-tez gündəmi zəbt etməyə başladılar. Aparılan işlər sayəsində bu sahədə vəziyyət ötən illərə nisbətən yaxşılaşmağa doğru başladı.

Zorakılıq probleminin dərindən öyrənilməsi üçün hansı işlər görülür?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova media nümayəndələrinə açıqlamasında bildirib ki, qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı hallarının cəmiyyət tərəfindən həmişə mənfi qarşılanmasına, cəmiyyətin bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, son illərdə Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi təsirli tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, qadınlara qarşı zorakılıq hələ də mövcuddur.

O hesab edir ki, hər bir zorakılıq əməli, o cümlədən məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusu hesab edilməli və təsirli məsuliyyətə səbəb olmalıdır.

Komitə sədrinin sözlərinə görə, zorakılıq ailələri və cəmiyyətləri bir araya gətirən ictimai əlaqələri zəiflədir, bütövlükdə, ölkələrin sosial sabitliyə və iqtisadi inkişafa nail olmasına mane olur: “Hər bir zorakılıq əməli, o cümlədən, məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusudur. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə, cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Buna görə də məsələyə adekvat münasibətin göstərilməsi son dərəcə zəruridir. Problemin dərindən öyrənilməsini, dərk olunmasını və onunla mübarizəni təmin etmək üçün bütün rayonların icra hakimiyyətləri yanında monitorinq qrupları yaradılıb. Qrup üzvləri zorakılığa məruz qalan insanlara daha operativ şəkildə yardım edir, zorakılığı törədən insana qarşı müvafiq tədbirlər görürlər”.

Məişət zorakılığı olub və olacaq

“Vəfa” Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli qeyd etdi ki, son illər məişət zorakılığının müxtəlif cinayət əməllərinin törədilməsi ilə nəticələndiyinə şahid oluruq. Məişət zorakılığı özünü öldürmə, özünü öldürmə həddinə çatdırma, zorlama və cinsi zəmində törədilən digər cinayətlərin, habelə qadını nikaha daxil olmağa məcbur etmə kimi cinayətlərin baş verməsi ilə nəticələnir: “Məişət zorakılığı halları əsasən inkişaf etmiş cəmiyyətlərdə belə baş verir. Məişət zorakılığının qarşısını almaq mümkün olmasa da, fəsadlarının aradan qaldırılması üçün müəyyən sənədlər nəzərdə tutulub”.

Psixoloq Könül Vaqifqızı bizimlə söhbətində qeyd etdi ki, məişət zorakılığı problemi hər zaman olub və olacaq. Onun sözlərinə görə, zorakılığın müxtəlif növləri var. Fiziki, cinsi, iqtisadi və psixoloji zorakılıq. Bunların arasında insana ən acı və daha təsirli olanı psixoloji zorakılıqdır. İstər fiziki zorakılıq, istərsə də sosial zorakılıq az müddətdə keçir. Psixoloji zorakılıq isə, digərlərindən fərqli olaraq, qalıcı və uzunmüddətli təsirə malikdir: “Psixoloji zorakılıq və ya mənəvi zorakılığa hədələmə, verbal təhqir, gözlə və jestlə təzyiq, şantaj, cinsi zorakılıq və s. aiddir. Biz zorakılıq deyəndə təkcə fiziki mənada başa düşsək də, insana ən böyük travma verən və uzunmüddətli təsir, iz qoyan məhz psixoloji zorakılıqdır. Söz var, kəsdirər başı, söz var, kəsər savaşı. Doğrudan da sözün gücü böyükdür”.

K.Vaqifqızı qeyd etdi ki, məişət zorakılığı qurbanları mütləq psixoterapevt qəbulunda olmalıdırlar: “Zorakılığa məruz qalmaları nəticəsində onlarda xüsusi aqressiya, cəmiyyətə qarşı kin-nifrət olur. Bu hal onları intihara və ya cinayətkarlığa sövq edə bilər. Çünki psixologiyası pozulmuş şəxslər mənfi hadisələrdə özlərini və ya ətrafını günahlandırır. Məişət zorakılığı hadisəsinin uşaqlara da çox böyük təsiri var. Bu, gələcəkdə şəxsiyyətin formalaşmasına təsir edən arzuolunmaz haldır”.

Günel CƏLİLOVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ