şənbə günü, 14 noyabr 2026
     

Əlilliyi olan şəxslər: fiziki məhdudiyyətdən sosial inteqrasiyaya

Image


Tanrı öz bəndələrini eyni yaratmır, səs, görkəm, fikir və düşüncələrinə görə bir-birindən seçilən insanlar talelərinə görə də fərqlənirlər. Kimisi həyatın bütün gözəlliklərindən zövq alaraq sağlam bir həyat sürür, kimisi də əksinə, hansısa bir səbəb üzündən sağlamlığını itirir. Nə yazıqlar ki, bəzən onların bir qisminin taleyi daha acı olur. Təəssüf ki, əlil dediyimiz bu insanlara cəmiyyətin özündə də münasibət fərqlidir: kimisi kinayə edir, kimisi isə şəfqət və mərhəmət göstərir, dərdinə şərik olub könlünü ovudur, bir anlığa hər şeyi unutdurmağa çalışır. Əslində, bizim gözümüzdə fərqli görünür onlar. Lakin yaratdığı bütün bəndələr Tanrı qarşısında eynidir. 

İnkişaf etmiş ölkələrdə sosial müdafiəyə ehtiyacı olan insanlara xüsusi qayğı və diqqətlə yanaşılır. Belə bir fikir var ki, güclü dövlər sosial qayğıya ehtiyacı olan insana hörmətlə yanaşır, onlara daha çox diqqət və qayğı göstərir.

Sevindirici haldır ki, bu gün Azərbaycan dövləti dünyanın bir çox inkişaf etmiş dövlətləri ilə müqayisə olunur. Bəllidir ki, dövlətimiz sosial qayğıya ehtiyacı olan insanlara daim dəstək göstərir. Eynilə əlilliyi olan insanlara həm maddi, həm də mənəvi köməklik göstərilir. Onların işlə təmin olunması, əlilliyi olan bütün insanların hüquqlarının qorunması, sosial həyatı, təhsili ilə bağlı məsələlər dövlət tərəfindən həll olunur.

Məlumdur ki, qarşıdan Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü gəlir. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 dekabr - Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlayıb.

Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan vətəndaşların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşdırılır. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş "Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilib. Ölkə qanunvericiliyində əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi öz əksini tapıb. Bakıda və regionlarda əlillər üçün reabilitasiya mərkəzləri, protez-ortopedik müəssisələr yaradılıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşılıb, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görülüb. Əlillər mənzillə və fərdi evlə təmin olunublar. Yüzlərlə əlilə minik avtomobili verilib.

Onu da bildirək ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "2017-ci ildən əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” icra olunur. Bu proqramda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına şərait yaradılması, respublika daxilində bərpa-müalicə olunmalarına köməkliyin göstərilməsi, onların cəmiyyətə inteqrasiyası məqsədilə təbliğat kampaniyasının təşkil olunması nəzərdə tutulur.

Əlillərə qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Müstəqillik yolunda qətiyyətlə irəliləyən Azərbaycan Höküməti ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edərək əlil olan insanların sosial-məişət qayğılarının həllini xüsusilə diqqət mərkəzində saxlayır. Məhz Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, verdiyi tapşırıqlara əsasən, bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Bunun nəticəsidir ki, əlillərə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. İcra olunan layihələr nəticəsində həmin qəbildən olan minlərlə insanın sosial vəziyyəti gündən-günə daha da yaxşılaşır, mənzil-məişət şəraiti məsələləri öz həllini tapır. Dövlətin bu sahədə gördüyü işlərə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir.

Ümumilikdə, bu ilin 6 ayı ərzində isə əlilliyi olan 645 nəfər özünüməşğulluq proqramına cəlb olunub. Əlillərin minik avtomobilləri ilə təmin olunması istiqamətində də mühüm işlər görülür. Təkcə 1998-2018  illər ərzində 6019 ədəd avtomobil paylanıb. Həmçinin, Qarabağ müharibəsi və 20 Yanvar hadisələri ilə əlaqədar əlil olan şəxslərə isə əlillik qrupundan asılı olaraq 121-182 manat məbləğində təqaüd və müavinətlər verilir. Bütün bunlar bir daha onu göstərir ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranları, əlillər, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həll olunması təşkil edir.

Əlil vətəndaşlar arasında elələri var ki, onlar yüksək potensiala malikdirlər. Bəziləri  kitab yazır, bəzisi yaradıcılıqla məşğuldur, hətta onlar arasında idmanla məşğul olanlar da var.

Fiziki məhdudiyyət ona arzularını həyata keçirməyə mane olmayıb

O gənclərdən biri də Vüsalə Kərimovadır. Vüsalə Kərimova gənc, idman rəqsi üzrə paralimpiyaçı, enerjili bir xanımdır. 15 yaşında olarkən onurğa sütunundan aldığı zədə nəticəsində əlil arabası istifadəçisi olub. V.Kərimova mediaya özü haqqında verdiyi açıqlamada qeyd edib ki, fiziki məhdudiyyət onun arzu və istəklərini yerinə yetirməyə mane olmayıb: “İndi əlillərin cəmiyyətə inteqrasiyasını görürük, müşahidə edirik. Düzdür, Avropadakı qədər deyil, amma aktivləşmə var. Əlil insanların cəmiyyətə inteqrasiyası üçün onlar ətrafla daha çox ünsiyyətdə olmalıdırlar. Biz cəmiyyətə çıxdıqca, şəhərdə, obyektlərdə əlil arabaları ilə hərəkət edən şəxslər üçün infrastruktur da düzəlir. Çünki biz getdiyimiz yerlərdə - idarələrdə, inzibati binalarda əlillər üçün şərait olmadığını görən müəssisə rəhbərləri artıq şərait yaratmağa çalışırlar. Cəmiyyətdə olmağımızın müsbət tərəfləri çoxdur. Həm də gözləri öyrəşdikcə, bizi özləri kimi qəbul edirlər”.

Birinci qrup gözdən əlil Mehriban Əmirova bizimlə söhbətində bildirib ki, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası sürətləndirilməlidir. Bu məqsədlə bu təbəqədən olan şəxslərin sosial müdafiəsi gücləndirilməli, cəmiyyətin digər üzvləri ilə bərabər imkanlara malik olmaları üçün işlər davam etdirilməlidir: “Əlilliyi olan insanların sosial həyata inteqrasiya olunmasına dövlət tərəfindən dəstək göstərilir. O cümlədən, məndə dövlətin bu dəstəyini hiss edirəm. Əlillərə ödənilən pensiya və müavinətlərin məbləği də mütəmadi olaraq artırılır. Bütün bunlar isə ölkə əhalisinin, xüsusilə köməyə daha çox ehtiyacı olan insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Bu yaxşı haldır”.

M.Əmirova onu da vurğuladı ki, xüsusi istedada malik əlil şəxslərə dövlət tərəfindən dəstək və qayğı göstərilir: “Azərbaycanda yaşayan bütün əlilliyi olan şəxslərin cəmiyyətdə fəal olması üçün lazımi şərait yaradılıb. Əlilliyi olan şəxslərin istedadları, bacarıq və qabiliyyətləri aşkara çıxarılaraq dəstəklənir və cəmiyyətə tanıdılır. Mütəmadi olaraq onların əl işlərindən ibarət sərgilər təşkil olunur”

Əlilliyi olan vətəndaşların cəmiyyətə inteqrasiyası

Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli bizimlə söhbətində bildirib ki, əlillər cəmiyyətin bərabərhüquqlu üzvüdürlər və onların ölkədə gedən bütün poseslərdə fəal iştirakı təmin olunub: "Əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrindən biri olduğuna görə onlara diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Əlilliyi olan şəxslərin sosial təminatı, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində dövlət siyasəti ildən-ilə güclənir. Dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reabilitasiya, pulsuz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Amma hələ də əlilliyi olan şəxslərin təhsil və məşğuliyyət problemi mövcuddur. Yaxşı olardı ki, bu təbəqədən olan vətəndaşların təhsil və məşğuliyyət probleminin həlli üçün işlər sürətləndirilsin. Belə olan halda, onlar problemlərinin bir hissəsini özləri həll etmiş olarlar. Nəticədə sosial müavinətdən asılı vəziyyətə qalmazlar”.

“Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin rəhbəri Mayis Əliyev bizimlə söhbətində bildirdi ki, əlillərin cəmiyyətə inteqrasiyası üçün ilk növbədə həmin kateqoriyadan olan insanlara cəmiyyətdə sosial baxış təmin olunmalıdır: “Son illər cəmiyyətdə əlillərə sosial baxışın təmin olunması istiqamətində fəaliyyət hiss olunur. Əlillərə dövlət tərəfindən həm maddi, həm də mənəvi dəstək göstərilir. Fiziki məhdudiyyətli insanların müalicəsi üçün hər bir şərait yaradılıb. Ölkə daxilində və xarici ölkələrdə əlillərin müalicəsinə şərait yaradılıb. Həmçinin, onların məşğuliyyəti üçün də şərait yaradılır”.

Günel CƏLİLOVA

Yazı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ