şənbə günü, 14 noyabr 2026
     

Folklor magiya işığında

Image


Magiya dini düşüncənin ilkin-ibtidai mərhələsi olsa da, onun təzahür formaları birbaşa folklorla bağlıdır. Başqa sözlə, magiya insanlara, heyvanlara, təbiət hadisələrinə və bir çox hallarda qeyri-adi varlıqlara təsir etmək gücü kimi meydana çıxır, bu hadisə birbaşa folklorun (inancların, ovsunların, alqış, qarğış və müəyyən ritualların) köməyilə həyata keçir. Bu da magiya və folklor arasındakı münasibətlərin aydınlaşdırılması problemini aktuallaşdırır.

Məlum olduğu kimi, yetmiş ildən artıq sovet siyasi rejimində yaşayan digər respublikalarda olduğu kimi, Azərbaycanda da xalq yaradıcılığı ilə bağlı bir sıra mövzuların araşdırılmasına, üzə çıxarılmasına bəzən rəsmi, bəzən də qeyri-rəsmi qadağalar qoyulmuşdu. Belə ki, ömrünü mühacirətdə keçirmək məcburiyyətində qalan görkəmli folklorşünas-alim Əhməd Cəfəroğlu (1899-1975) 1939-cu ildə nəşr etdirdiyi “Azəri xalq həyatında batil etiqadlar” əsərində yazırdı: “Azəri türklərinin həyatında mühüm rollar oynayan və oynamış olan batil etiqadlar haqqında kiçicik bir məqaləyə belə rast gəlmək imkanı yoxdur desəm, mübaliğə etməmiş olaram. İllərdən bəri məşğul olduğum azəri türk batil etiqadlarına dair ağızdan ağıza dolaşan rəvayətlərlə müxtəlif yerlərdə bu gün belə hələ də tətbiq edilən bir yığın mərasim, şübhəsiz, azəri-türk həyatını təsvir etdiyi qədər, onun düşüncə və xarakterini də aydınladacaq dəyərdə bir qiymətə layiqdir. Xüsusən azəri klassik ədəbiyyatının da etiqadlardan təsirlənməsi və hətta bəzi etiqadların səmimi bir ədəbiyyat mövzusu olması bu unudulmuş sahənin qiymətini bir qat daha artırmaqdadır (Mühacirətdə folklor araşdırmaları, I kitab, Bakı, “Elm və təhsil”, 2015, s.53-54). Beləliklə, Ə.Cəfəroğlu xalqın mənəvi dünyasını ifadə edən bu mövzunun öyrənilməsinin vacibliyini nəzərə alaraq, özü iştirakçısı olduğu və ya eşitdiyi inancları araşdırmağa ehtiyac duymuşdur. Qırx dörd il sonra –1983-cü ildə işıq üzü görən “Azərbaycan folklorunun janrları” adlı tədqiqatında professor Azad Nəbiyev haqlı olaraq bu problemlə bağlı öz narahatlığını ifadə etmişdir: “...şifahi yaradıcılığımızın məsəl, nağıl, dastan və s. janrları nəşr edilib tədqiq olunduğu halda, xalqımızın daha qədim keçmişi ilə bağlı yaranan janrlar, demək olar ki, hələ yazıya alınmamışdır. Onların toplanmasına təşəbbüslər də təsadüfdən-təsadüfə olmuşdur. Bu səbəbdən də folklorşünaslığımızda həmin nümunələrin tamamilə məhv olub sıradan çıxması, xalq içərisində unudulub getməsi, hətta bəzən milli əsatirimizin yoxluğu barədə yanlış tezislərə gətirib çıxarmış, əfsun (ovsun), fal, inanc, and, alqış, qarğış, türkəçarə və s. kimi ibtidai dövr folklor yaradıcılığı janrları üzərindən sükutla keçilmişdir” (Azad Nəbiyev. Azərbaycan folklorunun janrları, Bakı, 1983, s.5).

Bəllidir ki, xalq yaradıcılığı məhsulu olduğu üçün folklor örnəkləri xalqın inanclarından, mənəvi dünyasından ayrı yaşaya bilməz. Hətta bu gün də hər hansı bir toplumun əski dünyagörüşünü öyrənmək üçün, fikrimizcə, ən əsas vasitələrdən biri folklor olaraq qalmaqdadır.

Magiya ilkin insanın qarşısında aciz qaldığı bir sıra sirlərdən müdafiə, qorunma, hər hansı bir istəyi reallaşdırmaq üçün təsir vasitəsi kimi meydana çıxır. Bu cəhətdən həm dinlə, həm psixologiya, ən əsası folklorla sıx əlaqədə yaşama haqqı qazanır.

Dünya dinlərilə bağlı çox maraqlı tədqiqatların müəllifi Mircea Eliade “Dinsəl inanclar və düşüncələr tarixi” əsərində yazır: “Kültürün ən arxaik dövründə insan olaraq yaşamaq özlüyündə bir dinsəl əyləmdir; çünki bəslənmənin, cinsəl hayatın və çalışmanın ayin qədər bir dəyəri vardır. Başqa bir deyişlə, insan olmaq – ya da insan halına gəlmək – “dinlə əlaqədə” olmaq deməkdir” (Eliade

Mircea. Şamanizm (Le Chamanizme), Fransızcadan çeviren: İsmet Birkan,

Ankara: İmge kitapevi, s.11).

Sovet siyasi rejimi bütün dini inanc sisteminə düşmən mövqedə dayandığına və ateist mahiyyətinə görə bu və ya başqa dərəcədə həmin mövzu ilə bağlı problemlərə laqeyd münasibət bəsləmişdir.

Azərbaycanın öz müstəqilliyni yenidən bərpa etməsi diqqətdən kənarda qalan mövzuların araşdırılması üçün lazımi şərait yaratdı. Adı elmi ictimaiyyətə 2013-cü ildə nəşr etdirdiyi “Azərbaycan xalq inancları və kiçik janrlar” (Bakı, “Nurlan”, 2008) adlı tədqiqat əsərindən məlum olan filologiya üzrə fəlsəfə doktoru Sevda İmanovanın “Folklor və magiya” (Bakı, “Elm və təhsil”, 2017) kitabı da uzun illər araşdırılmasına qadağa qoyulmuş çox vacib bir problemin aydınlaşdırılması istiqamətində atılmış mühüm addımlardan biri kimi dəyərləndirilə bilər.

Monoqrafiyada folklor, din, psixologiya və magiya problemi ciddi, elmi ictimaiyyətin rəğbətini qazanmış dünya alimlərinin – Edvard Taylor, Ceyms Frezer, Klod Levi-Stros, Mirçea Eliade, Aleksandr Veselovski, Vladimir Propp, Viktor Jirmunski, Olqa Freydenberq, Yeleazar Meletinski, Sergey Neklyudov, Boris Putilov, Əbdülqadir İnan, Bahəddin Ögəl, Zəki Vəlidi Toğan və başqalarının tədqiqatlarına istinad edilərək təhlilə cəlb edilmişdir.

Sevda İmanova magiyanın tarixən insan psixi tarazlığına təsiri problemini analitik psixologiyanın görkəmli nümayəndəsi olan Karl Qustav Yunqun (1875- 1961) mülahizələrinə istinad edərək belə şərh edir: “Yunqa görə, magiya həm də insanın psixi tarazlığının təminolunma mexanizmidir. Yəni insan magiya vasitəsilə gücü-qüvvəsi qarşısında aciz qaldığı təbiət stixiyaları qarşısında duruş gətirir. Öz elmi bilikləri vasitəsilə təbiətin dilini öyrənmiş, onun stixial enerjisini öz məqsədlərinə tabe etmiş müasir insandan fərqli olaraq, qədim insan təbiəti fiziki stixiya kimi anlamır, onu da qeyri-adi gücə sahib canlı varlıq hesab edirdi” (Sevda İmanova. Folklor və magiya, Bakı, “Elm və təhsil”, 2017,s.13-14). Təbii ki, elmin inkişafı ilə ilkin – ibtidai insanlara sehirli görünən bir sıra

sirlər aydınlığa qovuşur. Bu magiyanın gücünün zəifləməsinə gətirsə də, onun tam şəkildə sıradan çıxmasına səbəb olmur. “Folklor şifahi yaradıcılıq hadisəsi kimi həm magik, həm də dini təsəvvürləri özündə əks etdirir. Folklorun düşüncə sistemi kimi obyektiv şəkildə anlaşılması magiya və dini təsəvvürlərin bir-birindən fərqlənməsini tələb edir. Bu cəhətdən magiyanın insanın təbiət üzərində hakimliyini, dinin isə ona tabeçiliyini əks etdirməsi folklor və magiya probleminin öyrənilməsinə daha bir həlledici baxış bucağı vermiş olur” (Sevda İmanova.Folklor və magiya, s.190-191).

Monoqrafiyada həm mövsüm, həm məişət mərasimlərində rituallar, oxunan nəğmələrin magiya ilə bağlılığı konkret örnəklər üzərində diqqətlə araşdırılmışdır. Bundan əlavə, kitabda həm lirik, həm epik folklor və magiya əlaqələri geniş şərhini tapmışdır.

Beləliklə, monoqrafiyada magiyanın sözlü təzahür formaları – onunla bağlı olan folklor janrları örnəklər əsasında təhlilə cəlb edilir. Müəllif haqlı olaraq yazır: “Folklor və magiya əlaqələrinin semantik strukturu və tipologiyasının ifadə olunduğu ən bariz sahə magik janrlar adlandırdığımız sahədir. Bu janrlar birbaşa magiya ilə bağlıdır: burada magiya poetik strukturun bütün səviyyələrində hakimdir. Bunlar kiçik həcmli nümunələr olsa da, onların semantik strukturu çox zəngindir. Ovsun – arzu olunan nəticəyə çatmaq üçün istifadə olunan magik xarakterli formul mətnlərdir. Ovsunlar təsvir olunan və axtarılan hadisələr arasındakı paralelizm üzərində qurulur: ovsunların müəyyənləşdirici əlaməti Allaha, təbiət hadisələrinə, təbii və digər obyektlərə xahiş və ya əmrlə müraciətdir.

Ovsunlar uzun bir formalaşma, təkmilləşmə yolu keçmiş və bu yolda bu janra yaxın mövsüm-mərasim ayinləri, mərasim nəğmələri ilə semantik əlaqədə olmuş, bəzən hətta onlarla qovuşmuş, birləşmişdir. Elə buna görə də bir sıra hallarda ovsunlar tilsim, fal, sehrlə eyniləşdirilmişdir. "Ovsun" da, "tilsim" də eyni məna, funksiya daşıyan məfhum kimi izah olunur” (Sevda İmanova. Folklor və magiya, s.191).

Xatırladaq ki, ovsunlar arxaik janrlardan biridir. Ümumiyyətlə, qədim insanlar ayrı-ayrı güclərə – təbiətdə baş verən hadisələrə, xəstəliklərə qalib gəlmək üçün müxtəlif vasitələrlə təsir etmək istəmişlər. Ayrı-ayrı əşyaların magik gücünə inan-mış, onlardan bəd ruhları uzaqlaşdırmaq məqsədilə istifadə etmişlər. Beləliklə, bu gün də geniş yayılmış olan gözmuncuqları, amuletlər, bəzi ağacların (məsələn, dağdağan) meyvələri, müxtəlif heyvanların sümükləri (məsələn, canavarın və ya

itin dişləri) və sairənin onları qoruyacaqlarına inanmışlar.

Xaosa aid olan qeyri-adi varlıqların (cin, şeytan, iblis və s.), eyni zamanda bir sıra heyvanların ram edilməsi, bədnəzərdən qorunma və s. üçün ən sehrli vasitə isəsöz olmuşdur, deyə bilərik. Qədim insanlar magik sözlərdən istifadə etməklə bu güclərdən qoruna biləcəklərinə inanmışlar və bu günkü yaşantılarımızda hələ də belə mətnlər söylənməkdədir.

Ovsunlardan bəzi heyvanların ovlanmasında (məsələn, ilanın) bu gün də istifadə olunur. Ovsunlar bəzən mərasim zamanı, bəzən isə ayrılıqda istifadə oluna bilər. Monoqrafiyada bu gün də həyatmızda yaşamaqda olan bədnəzərdən qorunma – üzərliklə bağlı, “qurd ağzı bağlama”, həmçinin müxtəlif mərasimlər zamanı istifadə olunan ovsunlar haqqında geniş təhlillər aparılmışdır.

Monoqrafiyanın “Epik folklor və magiya” fəslində müəllifin təhlilləri diqqəti cəlb etməkdədir. Tədqiqatçı haqlı olaraq, epik mətnlərindəki magik obrazları iki qrupa ayırmışdır:

1 Bilavasitə magik görüşləri təcəssüm etdirən obrazlar;

2 Magik cizgilərlə əlaqədar qəhrəman obrazlar.

Müəllifin “Kitabi-Dədə Qorqud” eposundakı Qamğan oğlu Bayındır xan, Qazan xan, Dədə Qorqud və s. , “Koroğlu” dastanının baş qəhrəmanı, “Əsli və Kərəm”də Kərəm və Qara Keşiş obrazları, nağıllardakı magik vasitələr və dərviş surətlərilə bağlı apardığı təhlillər, gəldiyi qənaətlər maraq doğurur. Sevda İmanovanın tədqiqatı həm də gələcək araşdırmalar üçün bir zəmin hazırlayır. Fikrimizcə, nağıllardakı magik əşyalar (sehirli üzük, papaq, xalça, alma və s.), ifadələr, məkanlar, magik gücə malik obrazlar, qeyri-adi varlıqlar ayrıca bir tədqiqatın mövzusudur. Bundan əlavə, magiya işığında Azərbaycan və digər xalqların folklor mətnlərinin müqayisəsi məsələsi də gündəmə gəlmiş olur.

Ümumiyyətlə, Sevda İmanovanın “Folklor və magiya” monoqrafiyasının yal-nız folklorşünaslar deyil, həm də dinşünaslar, psixoloqlar və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacağına inanır, müəllifə bu istiqamətdəki fəaliyyətində suğurlar arzulayırıq.

Almaz HƏSƏNQIZI
filologiya elmləri doktoru, professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ