şənbə günü, 14 noyabr 2026
     

Xızır kimi…

Image


Həyətimizin qarşısında, yolun kənarında iri gövdəli, hündür, “ağ” və “qara” tut ağacları var. Hər səhər, hər axşam onları salamlayıram. Biz illərin dostuyuq. Həm meyvələrini yemişəm, həm də yağışdan, küləkdən daldalanmışam. İndi qabıqları atamın əlləri kimi qabar bağlayıb. Ağac olanda nə olar, bir az diqqət etsək, bütün yaradılmışların bir-birinə bənzərliyini görərik...

Mənim bu ağaclarla tanışlığımın 30 yaşı var. 30 ildir simsarıq. Kim əkib, bilmirəm. Onu bilirəm ki, özündən sonra böyük bir xatirə qoyub gedib.

Gövdəsinə sevdiyi qızın adının baş hərfini  çizənlərə gücüm çatmasa da, uzaqdan daş atardım. Sonra da ağacın “yaraları”nın üstünü palçıqlayardım.

Hərdən tut ağaclarının gövdəsinə “imza atan” o “uşaqları” görürəm. Qocalıblar. Bilirəm ki, bu ağacları görəndə xəcalətlərini gizlətməkdə çətinlik çəkirlər. Ağacları “bıçaqladıqlarına” peşmandırlar...

Bakının küləyinə daha güc gələ bilmirlər. Eləsi olur ki, ya kökündən qopub böyrü üstə qalır, ya da ki, çürüyən yerindən qırılıb düşür. Bu ağacları can üstə görmək çox ağır gəlir mənə. Elə bilirəm ki, doğulduğu torpağı arzulayıb can verə bilməyən nənəmi, babamı görürəm.

Torpaqdan yaradılanların ölümü çox ağır və dəhşətli olur. Ayrıla bilmir bu dünyadan - yenidən yarandığı torpağa qayıdacağını bilsə də. Həyat torpaqdan şirindi...

Yazqabağı yonulmuş heykəllərə bənzəyirlər. Onları görəndə elə bilirəm ki, mənim də yaddaşımı budayıblar. Canlarına günəş dəyəndə, ağrıları tumurcur-tumurcuq göyərəndə necə sevindiklərini hiss edirəm.

Tənha bir ağac var yol kənarında.
Üzündə, gözündə bıçaq izləri.
Qanına bulanan yarpaqlarında,
Donub deyəcəyi ürək sözləri.

Yaralı gözünü zilləyib göyə,
Kəsilmiş qoluna baxıb, ağlayır.
İçində nə çəkir görsünlər deyə,
Elə bil kökündən çıxıb, ağlayır.

Burnunun ucunda açardı çiçək,
Onda canı sulu, ruhu diriydi.
Kiçik bir budağı sığınacaqtək,
Kiminsə xəlvəti görüş yeriydi.

Ulduzlar qoynunda gecələyərdi,
İlişib qalardı ay yarpağına.
Küləklər növbəylə layla deyərdi,
Nəğmə göndərərdi pay, yarpağına.

Nə vaxtsa əyninə geyinib qara,
Ölən yarpaqlara yas saxlayacaq.
Kim bilir, bəlkə də gələn bahara,
Köhnə yaraları qaysaqlayacaq.

Gəl, ay tənha ağac, dayanma naçar.
Bir gün göyərəcək içində ağrı.
Nə gözəl deyiblər “kötük babalar”!
Kiminin əvvəli, kimin axırı...

Heç yadımdan çıxmaz. Həmin ağacların başında kartonlardan özümüzə “yuva” düzəltmişdik. Səsimiz-küyümüz aləmi götürərdi. Yazıq quşları da perik salmışdıq budaqlarından. İndi o quşlar da azalıb, o ağaclar da. Quşları ağaclardan perik salmağımı hələ də özümə bağışlaya bilmirəm...

“Aşıq Qərib” dastanında belə bir epizod var: Aşıq Qərib Hələb səfərindən qayıdanda heç kim onu tanımır. Görür ki, anasının ağlamaqdan gözləri tutulub, bacısı da dərd içində saralıb-solub. Qərib gördüyü mənzərədən sarsılır, ürəyi tab gətirmir. Onda sazın zilini-zil, bəmini-bəm edib deyir:

Getdim Hələbdə oturdum,
Hökümlər yerinə yetirdim.
Ana, gözlərinə dərman gətirdim,
Ana, mən Qəribəm, Qərib...

Yəqin bilirsiniz, Xızır çatmışdı Qəribin dadına. Bizim xilaskarımızı, bizim “Xızır”ımızı, ulu öndərimizi 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu və baş katib Mixail Qorbaçov gözümçıxdıya salmışdılar, təkləmişdilər. Onun nüfuzu, siyasi təcrübəsi, liderliyi qorxutmuşdu düşmənlərini. Və beləcə, bir millətin faciəsi başlamışdı o gündən, və beləcə, qəriblərin sayı çoxalmışdı günbəgün.

Qəribin qəribliyini, sızıltısını bilmədən, hiss etmədən, amma atam kimi yanıqlı oxumuşdum bu parçanı ağacın başında. Onda hiss etdim ki, aşağıdan kimsə mənə baxır və gözlərini silir. Bir qadınıydı, için-için ağlayırdı. Məni çağırdı. Ağacdan düşüb yanına gəldim. Məni qucaqlayıb bağrına basdı. “Sənin, “qəribəm” deyən dilinə qurban, ay bala”,-deyib hönkürdü. Düz, 30 ildir o hönkürtü, o göz yaşları gözlərimin önündən getmir.

O qadını məktəbdə görəndə yenə məni bağrına basmışdı. Sonradan öyrəndim ki, Sevil müəllimə də ata-baba yurdundan qaçqın düşüb, o da 30 ildir ki, qərib ürəyi, qəribliyi ilə yaşayır.

Sevil müəllimə hər məni görəndə o günü xatırlayıb  deyirdi ki, ağacların başında düzəltdiyim o yuvadan, o qərib havasından, o ayaqyalın, başaçıq günlərdən yazım, yazım ki, yaddan çıxmasın, unudulmasın o qəriblərin mahnısı da...

Yaza bilmirdim. O yurda dönmək arzusu möhkəm bir əl kimi biləyimdən yapışıb məni bu kədəri yazmağa qoymurdu. İndi bildim bu sirri - 40-a çatanda. Sarsılmayım, sınmayım deyə o “Gözəgörünməz” qələmə “Yazma” əmrini vermişdi. Elə indi də 30 il əvvəki tut ağaclarının dərdini yazıram, özümü ha yazmıram...

30 il keçib, Vətən, düz 30 il. Vətəndə Vətən həsrəti çəkən bir oğlunun, bir polisinin, bir əsgərinin, sənə qovuşmaq istəyən 10 minlərin, 100 minlərin gözü yolda, qulağı səsdə, könlü intizardadır...

Gəl Qələbəm, sən də Xızır kimi yetiş bu Qəriblərin dadına...

Hafiz TƏMİROV
polis mayoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ