şənbə günü, 14 noyabr 2026
     

İctimai Televiziyanın uğurlu layihəsi...

Image


Bu gün milyonlarla  azərbaycanlı dünyanın  müxtəlif  yerlərində yaşayır. Onların bir çoxu həmin ölkələrdə dünyaya gəliblər və ana dilində danışa bilmirlər.

Bu günlərdə İctimai Televiziyada "Vətən uzaqda deyil" adlı proqramda diaspor nümayəndələri üçün Azərbaycan dili dərslərinin açıldığı bildirildi. Dərsləri Diasporla İş üzrə Dövlət Komitəsi təşkil edib. Həmin həssas mövzuya millət vəkilləri və ziyalılar münasibət bildirib.

Yunus Oğuz -yazıçı-publisist, "Olaylar" İnformasiya Agentliyinin baş redaktoru

Ana dilini bilmək və bu dildə danışmaq kimliyindən asılı olmayaraq hər kəsin borcudur. Azərbaycanda orta məktəblərdə bir fənn olaraq Azərbaycan dili dərsləri var. O ki qaldı xaricdə yaşayan vətəndaşlarımıza, ola bilər onların övladları ana dilini bilməsin. Amma bilməmək eyib deyil. Onu öyrənməyə çalışmamaq eyibdir. Burda valideynin böyük günahı var. Necə olur hər bir işə vaxt ayıra bilirik, amma dili öyrənməyə yox? Zənnimcə, insan öz dilində danışa bilmirsə, o şikəstdir. Bunun başqa adı yoxdur. Bu yaxınlarda ölkə prezidenti İlham Əliyev "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərman verdi. Bu fərman mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malik Azərbaycan dilinin tətbiqi sahəsində hüquqi tənzimləmənin və daimi nəzarətin təmin edilməsi, mövcud nöqsan və pozuntuların aradan qaldırılması məqsədi daşıyır. İctimai TV-nin "Vətən uzaqda deyil" proqramı da ana dili dərsi təqdim etməklə böyük məqsədlərə xidmət edir.

Fazil Mustafa - millət vəkili

Xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan dili dərslərinin açılması olduqca vacib layihələrdən biridir. Bəlkə də kontingeni genişləndirmək üçün burada "xaricdə yaşayan azərbaycanlılar və azərbaycansevərlər üçün"nəzərdə tutulması daha məqsədəuyğun olardı. Çünki bu tədris prosesində ölkəmizə maraq duyan digər millətlərdən olan insanları da təşviq etmək faydalı olar. İTV-nin Diasporla iş üzrə Dövlət Komitəsi ilə birlikdə fəaliyyətinin özü olduqca təqdirəlayiqdir. Bu diaspor işinə soydaşlarımızın daha səviyyəli formada cəlb olunmasına böyük imkanlar yaradacaq. Dilimizin öyrənilməsi və təbliği isə ən prioritet məsələ olaraq anlaşılmalıdır. Bu missiyanın gerçəkləşdirilməsi istiqamətində çalışan bütün insanları vətəndaş cəmiyyəti institutları və aydınlarımız hərtərəfli dəstəkləməlidirlər.

Cavid İsmayıl- tarix üzrə fəlsəfə doktoru, jurnalist

İTV-nin  "Vətən uzaqda deyil" TV proqramında xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan dili dərsləri açılması xəbərinə çox sevindim. Çünki etiraf edək ki, bir toplum olaraq əcnəbi toplumlara o qədər "sürətlə" inteqrasiya edirik ki, ana dilimizi unuduruq. Xüsusən müstəqillik illərində müxtəlif ölkələrə köç edən soydaşlarımızın övladları çox zaman ana dilini ya bilmir, ya da çox zəif bilirlər. Ona görə də bu cür addımları təqdir edir, İTV və Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə bu istiqamətdəki fəaliyyətində uğurlar arzulayıram.

Sevda Tahirli-M.Ə.Sabir Fondunun rəhbəri, BDU-nun müəllimi

Müasir qloballaşma dövründə dil mütəxəssislərimiz , tədqiqatçılar, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri - bir sözlə, bizlər dilimizin saflığının qorunması yönündəki səylərlə yanaşı, onun təbliği, sevilməsi və ona yiyələnmənin vaciblik səbəblərinin çatdırılması istiqamətində də usanmadan fəaliyyət göstərməliyik. Bu fəaliyyətin xüsusulə ikinci istiqamətinə - ölkəmizin sərhədlərindən kənarda yaşayan soydaşlarımızın da fəal şəkildə cəlb olunması çox mühümdür. Çünki bu, danılmaz bir həqqiqətdir ki, dil, yaşadığı yerdən və zamandan asılı olmadan onun daşıyıcılarının milli kimliyinin təsdqini verən ən vacib dəyərlərdəndir. Çünki dil məhz bir xalqın digərindən fərqlənmə meyarıdır. Dilə bağlılığın yaradılması, ona daha yaxın, daha doğma münasibətin formalaşdırılması vətəndən kənarda yaşayan soydaşlarımızın, xüsusilə də gənclərin milli-mənəvi dəyərlərə münasibətinin, vətənpərvərlik hissini daha da dərinləşdirilməsi yönündə atılması mühüm olan vacib addımlardan biridir. Bu baxımdan İTV-nin və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi olan, Vəsilə Vahidqızının təqdimatında yayımlanan "Vətən uzaqda deyil" TV proqramında ölkə xaricində yaşayan azərbaycanlılar üçün "Azərbaycan dili dərsləri"nin açılması bu məsələyə böyük ümidlər bəsləməyə imkan verir. Atılan bu addım - təşəbbüsü irəli sürənlər də, onu həyata keçirənlər də alqışa layiqdir. Alqışlanan insanlarla yanaşı, mən, həmçinin, bu dilə marağı olsa da bu zamana qədər öyrənmək üçün imkanı olmayan soydaşlarımızın fəallığını da diqqətdə tutmaq istəyirəm. Bu gun dilini hər hansı səbəbdən bilməyən soydaşımıza "Vətən uzaqda deyil, səninlədir" ismarıcını vermək ən gözəl nəticələrə aparacaq yolun kövrək, amma doğru olan ilk addımları kimi dəyərləndirilməlidir. Bu yolda onlara uğurlar arzulayıram.

Hikmət Şikarov- Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri

Xarici ölkələrdə daimi məskunlaşan həmyerlilərimiz bir sıra problemlərlə üzləşirlər. Bu ilk növbədə hər hansı xarici dövlətdə ictimai yerlərdə dövlət dilində danışılması ilə bağlıdır. Xaricdə yaşayan azərbaycanlıların digər əsas problemlərindən biri də Azərbaycan dilində məktəblərin az olmasıdı.  Bu səbəbdən də azərbaycanlı ailələrin övladları məskunlaşdıqları dövlətlərin dilində fəaliyyət göstərən məktəblərdə təhsil alırlar. Belə bir deyim var ki, dilə sevgi Vətənə olan sevgidir. Buna görə də indiki şəraitdə belə bir layihənin reallaşdırılması olduqca vacib əhəmiyyət kəsb edir. Xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün ana dilinin tədrisi hər birimizin ürəyincədi. Çünki dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimiz bu tədris prosesində təkcə Azərbaycan ədəbiyyatı, tarixi, mədəniyyəti və coğrafiyasını yaxından öyrənməklə kifayətlənməyəcək, eyni zamanda yaşadıqları ölkənin nümayəndələrini də Azərbaycan dilini öyrənməyə sövq edəcəklər. Mən belə düşünürəm ki, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı uşağa öz dilini, öz xalqının tarixini, ana dilini, mədəniyyətini öyrənmək imkanı yaratmaq çox təqdirəlayiq bir addımdır.

Adil Əliyev-millət vəkili

Xaricdə yaşayan azərbaycanlılar üçün ana dili dərslərinin açılması əsl vətənpərvərliyə xidmət edir. Görən kimi çox şad oldum. Dilimiz bizim qürur mənbəyimizdir. Dilimiz zəngin və qüdrətlidir. Bu dildə dahilər danışıb,yaradıb və əsərlər ortaya qoyublar. Sabir, Şirvani,Müsviq, Vahabzadə. Hazırda Prezident İlham Əliyev səviyyəsində dilimizin qorunmasına diqqət göstərilir.

Sahib Alıyev-millət vəkili

Vətən məncə, həm də dildən və daha çox dildən başlayır. Bu baxımdan götürdükdə bizim xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dilini öyrənmələri, onları öz ata-baba yurdlarına daha da bağlayacaq. Ona görə də mən bu təşəbbüsü təkcə dəstəkləmir, həm də alqışlayıram.

Sevinc Budaqova- Bakı şəhəri, 46 saylı tam orta məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru, əməkdar müəllim

Məktəbimiz respublikada yeganə beynəlmiləl məktəbdir. Burada azərbaycan, rus və yəhudi dillərində dərslər keçirilir. Bu gün yəhudi uşaqları azərbaycan dili dərslərinə böyük maraq göstərirlər. Siz təsəvvür edə bilməzsiniz ki, onlar azərbaycan dilində necə səlis danışırlar. Məktəbimizdə əfqan, çeçen, tatar və digər millətlərin uşaqları da var. Azərbaycan dilinə böyük maraq göstərir, sevə-sevə dilimizi öyrənirlər. Bunları gördükdə sual yaranır ki, necə olur başqa millətlər bizim dilimizə belə maraq göstərdikləri halda, biz öz dilimizi zəif bilək və ya heç bilməyək? Hər şey ailədən gəlir. Mən dilçi alim, akademik Zərifə Budaqovanın ailəsində böyümüşəm. Məsələn, mənim anam heç vaxt deməzdi ki, gəzməyə gedirik. Deyirdi ki, başmaq seyrinə çıxırıq. Deyərdi ki, bacanı bağlayın. Demirdi ki, fortoçkanı bağlayın. İndi baxın, nə qədər zəngin dilimiz var. Hər bir valideyn uşaqlarına ana dilini mütləq öyrətməlidir. Bu onların vacib borclarından biri olmalıdır. Bu baxımdan yanaşanda Diasporla İş üzrə Dövlət Komitəsi və İctimai Televiziya çox mühüm bir addım atıb.

Fatma Abbasquliyeva- "Olaylar" İnformasiya Agentliyinin baş redaktor müavini

DİL BİLMƏK TƏKCƏ ANAYA, VƏTƏNƏ olan sevgi demək deyil. Ana dilini bilmək vacibdir. Harda yaşamasından asılı olmayaraq hər bir kəs öz dilini bilməli və unutmamalıdır. Təəssüflər ki, bəziləri xarici ölkələrə getdikdə ya dilimizi unudur, ya da öz dilində danışmaq istəmir. Nə baş verir? Axı bizim dilimiz gözəl və zəngindir. Bu dili necə unutmaq olar? Mənim tanıdığım azərbaycanli xanımı var. Amerikada yaşayır. İngilislə ailə qurub. Bir qızı var. Bu uşağın əhatəsində ata, baba, nənə və digər qohumlar ingiliscə danışırlar. Buna baxmayaraq, ana qızına azərbaycan dilini öyrədib. Onlar Bakıya gələndə qız dahi Şəhriyarın "Heydər babaya salam" poemasını əzbərdən söylədi. Heyrət və qürur hissləri məni bürüdü. Bəlkə də bu poemanı burada böyüyən uşaqlar belə əzbər bilmirlər. Belə faktlar çoxdur. Fikrimcə, hər bir azərbaycanlı öz dilini mükəmməl bilməlidir.

Hikmət İbrahimoğlu - Avstriyada yaşayan azərbaycanlı

Olduqca müsbət bir qərardır. Ölkədən xaricdə yaşayan həmvətənlərimiz üçün həm öz ana dili tədrisi və eləcə də milli verilişləri izləmək şansı əldə etmiş olarıq. Alqışalayiq bir addımdır.

Kamilla Ali -Norveçdə yaşayan azərbaycanlı

İllər öncə mən azərbaycan dili ilə bağlı layihə hazırladım. Norveçdə yaşayan azərbaycanlılar üçün məktəb yaratmaq istədim. Burada bizim Azərbaycandan cəmi 5-6 ailə olsa da, Güney Azərbaycandan minlərlə ailə yaşayır. Onlar dili zəif bildikləri üçün və ya heç bilməyib fars dilində danışdıqları üçün mən onlara təmənnasız dərs keçmək istədiyimi dedim. Bununla bağlı Diaspor Komitəsinin keçmiş rəhbərliyinə müraciət də etdim. Onların dəstəyi ilə məktəb üçün bina ayrılmasını xahiş etsəm də, müraciətimə məhəl qoyulmadı. Söylədim ki, bina olarsa, qalan xərcləri özümüz həll edərik. Özüm isə maaş almadan, təmənnasız müəllimlik edəcəyimi dedim. Lakin olmadı. Təsəvvür edin ki, burada əfqanların, pakistanlıların, hindlilərin və başqa millətlərin məktəbləri olduğu halda biz yerimizdə sayırıq. Burada doğulan azərbaycanlı uşaqların ana dilini bilməsi üçün məktəbin olması vacibdir. Məncə bu özü bir vətənpərvərlikdir. Vətənpərvərlik təkcə xüsusi günlərdə bayraq qaldırıb, Novruz bayramında əcnəbilərə şəkərbura, paxlava yedizdirməklə bitmir. Ana dilini bilmək, bilməyənlərə öyrətmək vacib şərtlərdən olmalıdır. Bakıya gəldiyimdə Norveçə əlifba və ana dili kitabları da apardım. Lakin dəstək olmadığı üçün layihəni gerçəkləşdirə bilmədim. Norveç hökümətinin dillə bağlı qanunu var. Hər bir kəs öz ana dilini bilməli, öz ana dilində yazıb oxumağı bilməlidir. Burada Azərbaycanla bağlı müəyyən tədbirlər keçirilir. Lakin bu heç nədir. Tədbirə ayrılan paralar xərclənir gedir vəssalam. Bu Azərbaycanı tanıtmaq deyil. Azərbaycanı tanıtmaq üçün xaricdə yaşayanlar dili bilməli və bu yolla tarixini, ədəbiyyatını, milli mədəniyyətini öyrənib onu xaricilərə göstərməlidir ki, baxın biz belə millətik. Bizim mədəniyyətimiz var, tariximiz var, ədəbiyyatımız var, görkəmli şəxsiyyətlərimiz var. Mən məktəblə bağlı problemi yenə qaldırmaq niyyətindəyəm. Diasporla İş üzrə Dövlət  Komitəsinin yeni sədrinin gördüyü işləri izləyirəm. Yorulmadan çalışır, görüşlər keçirir. Xaricdə yaşayan azərbaycanlılarla əlaqələri bərpa edir. "Vətən uzaqda deyil" verilişinə baxmışam və düşünürəm ki, belə bir proqramın yayımı böyük uğurlara yol açacaq. Bu verilişlərin "Diaspor TV"də yayımlanmasından xəbərim var.

Ramiz Məlik- xalq artisti, teatr və kino aktyoru, rejissor

Televiziyada belə dərslərin açılması alqışlanmalıdır, harda yaşamasından asılı olmayaraq hər kəs ana dilini bilməlidi!!!



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ