Ədliyyə naziri Fikrət Məmmədov noyabrın 8-də Balakən rayonunda vətəndaşların qəbulunu keçirəcək.
Nazirliyin Mətbuat xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, Balakən rayonu Mədəniyyət Mərkəzində (ünvan: Balakən şəhəri, Heydər Əliyev prospekti, 42) keçiriləcək qəbulda Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbula Şəki regional ədliyyə idarəsi (ünvan: Şəki şəhəri, 20 yanvar küçəsi 94; əlaqə telefonları: (02424) 4-32-18, 055-634-85-15), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı vasitəsilə, habelə Balakən rayonu Mədəniyyət Mərkəzində yazıla bilər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.