şənbə günü, 14 noyabr 2026
     

Çempion Fərid, polis Fərid, ata Fərid... - FOTO

Image


İdman deyiləndə ilk yada düşən güc olur, güclü idmançı ifadəsini isə tez-tez eşidirik.  Əslində, bütün güclü idmançıların həyat yolunu incələsək, onların uğurlarının bönövrəsində intellektin, əzmkarlığın izini görərik. Gücünü bacarıqla və ağılla vəhdət şəkildə istifadə edib daha böyük uğur qazananlara biz istedadlı idmançı deyirik. İstedadlı idmançı olmaq alın yazısıdır və bu kimin bəxtində varsa, deməli, o xoşbəxtdir.

Azərbaycan istedadlı idmançıların vətənidir. Bu bizim sözümüz deyil. Dünyanın ən böyük idman biliciləri ötən illər ərzində bunu dəfələrlə vurğulayıblar. Güclü xalq kimi tarixə düşmək yaradanın bizə bir lütfüdür. Bu dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaq. Bəlkə də tarixi həqiqətlərimizi dünyaya bəyan etmək, bu adda, bu ünvanda bir ölkə var şüarını yaymaq üçün idman ən gözəl tanıtımdır. “Bir idmançı bir bayrağı, bir bayraq isə bir dövləti təmsil edir” fikri əbəs yerə deyilməyib.

Bayrağımız kimi daim ucalarda olan oğul və qızlarımızı görəndə, onların qalibiyyət xəbərini, xoş sədalarını eşidəndə qürurdan sinəmiz qabarır. İllərin zəhməti və alın təri ilə qazanılan qələbə təkcə bir nəfərin, bir komandanın deyil, ölkənin adına yazılır, əbədiyaşarlıq qazanır.

Hər bir müqayisə qüsurludur. Ancaq bir xalqın taleyində yaşam nöqtəsinə çevrilən, onu ölümün pəncəsindən alan illəri yada salmaq, xatırlamaq tarixə bir sayğıdır. Hələ müstəqilliyimizin ilk illərində, həyatın bütün sahələrində olduğu kimi, idmanımız da ağır sınaqlarla üzbəüz qalmışdı.  Bir tərəfdən müharibə, müstəqilliyin itirilməsi təhlükəsi “can üstə” olan idmanımızın son nəfəsini verməsini tezləşdirirdi…

Ancaq…

“Biz idmanı ümumxalq hərəkətinə çevrirməliyik”,-deyən ümummilli liderin uğurlu siyasəti həm Azərbaycan idmanını, həm də Azərbaycan gəncliyini məhv olmaq təhlükəsindən qurtardı. Müstəqil ölkənin bayrağı altında ilk uğurlarına imza atan idmançılarımızın qələbələrinin üfüqləri ildən-ilə genişləndi və himnimizin sədaları dünyanın hər yerinə yayıldı. Bu gün isə “Azərbaycan” deyiləndə Avropa, dünya və Olimpiya çempionlarının Vətəni gəlir göz önünə…

Bəlkə indi onun adını yazanda sizin də gözləriniz önünə Olimpiya çempionumuz gələcək. İdman tariximizdə idmanın ayrı-ayrı növləri ilə məşğul olan və eyni ad daşıyan idmançılarımız çox azdır. Onu fərqləndirən daha bir nüans var: Azərbaycanın polis idmançısıdır. Olimpiya çempionu Fərid Mansurov və yeddiqat dünya çempionu, polis kapitanı Fərid Mayılov. Hər ikisi güclü və istedadlı idmançılardır…

Barəsində xəbər saytlarından çox oxumuşdum və hər dəfə də qələbə ilə Vətənə dönəndə mətbuat üçün verdiyi açıqlamalarda: “Bir qələbəmiz də bu gün tarixə qovuşdu. Gələcək qələbələrə hazır olmalıyıq” deməsi bu titullu idmançımızın özünə tələbkarlığının göstəricisi idi. Akademiyada işlədiyim dövrdə onun şəklini Akademiyanın idmançı dinləyiciləri arasında görmüşdüm:sinəsində medallar və başının üstündə üçrəngli bayrağımız.

Çexiyada keçirilən Kombat Ciu-citsu üzrə dünya çempionatında milli komandamızı təmsil edənlərin  DİN-in İdman Cəmiyyətinin yetirmələri olması da qürurverici idi. Bu yarışda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları-polis kapitanı Fərid Mayılov və Süleyman Əliyev "Police self defense" növündə birinci yeri tutaraq daha güclü olduqlarını sübut ediblər.

İdman tariximizə düşən bu xəbəri oxuyandan sonra həmkarım, polis kapitanı Fərid Mayılovla görüşmək qərarına gəldim. Onun idman uğurları, uşaqlığı, bir sözlə, həyatı ilə sizləri də tanış etmək məqsədilə yolumu Baş Dövlət Yol Polisi İdarəsindən saldım. 

Onu tapmaq çətin olmadı. Kimdən soruşdumsa “Bizim fəxrimizdir”,- dedilər. Tanıyanlar bilir, tanımayanlara demək istəyirəm ki, uzaqdan baxanlar onun idmançı olduğunun fərqinə varmazlar. Sakit görünüşlü, həlim danışığı  olan həmkarımızın sinəsinin altında döyüşlərdə heç nədən, hətta mənəm-mənəm deyən rəqiblərindən belə qorxmayan bir ürəyin döyündüyünü görmək üçün günün müəyyən saatlarında onun məşqlərini izləmək yetərlidir.

Telefonda vədələşsək də, düzü, belə tez gəlişimi gözləmirdi. “Bayraq oğulları biz tanıyaq ki, bizdən sonrakılar da tanısınlar” fikrimə cavabı belə oldu: “Bizi həm də ona görə tanıyırlar ki, arxamızda böyük Azərbaycan dövləti var. Onun üçrəngli bayrağını ucaltmaq isə “Mən azərbaycanlıyam” deyənlərin vəfa borcudur”.

Bütün hədəfləri gələcəyə yönəlik olsa da, keçmişi unutmur, xatırlayır, həm ibrət götürür, həm də kövrəlir…

Polis kapitanı Fərid Mayılov 1983-cü ildə ədəbiyyatımızın paytaxtı Şamaxıda doğulub. Özünün dediyi kimi, arıq və çəlimsiz uşağın idmana olan həvəsinin qarşısını almağa valideynləri çox çalışıblar. Onu nə yolla olursa-olsun idmandan uzaqlaşdırmaq istəyiblər. Zədə almağından, əlini, ayağını sındırmasından qorxublar. Ancaq Fəridin ən böyük arzusu  əmiləri, dayıları kimi barmaqla göstəriləcək idmançı olmaq idi.

Öyrəndiklərini hər axşam evin altını-üstünə çevirib təkrarladıqca anasının dilindən nisgilqarışıq: “Bu saat bir yerin sınacaq” sözü düşməyib. O isə daha inadla, daha əzmlə məşqlərinə davam edib.

Böyük idmanın qapıları Bakıda üzünə açılıb. Sıxıntıları da az olmayıb. Bəzən bir qarnı ac, bir qarnı tox məşqə getmək üçün iki-üç avtobus dəyişib. Şamaxıdan çıxanda “Mən ata yurduma çempion kimi qayıdacağam” vədinə əməl etmək üçün bezməyib, usanmayıb. Məşqçisi Babək Əliyev ona böyük şəhərin böyük qayğılarını yüngülləşdirməkdə kömək edib. Çünki yetirməsinin gələcəyinə inanırdı. Məhz buna görə də onu öz məşqçisi Vüsal Tağıyevin yanına aparıb. İdmanın hər addımda belə sınaqlarla dolu olmasını təsəvvür etməsə də artıq bu yolun dönüşü yox idi. Dönüş isə daha möhtəşəm olacaqdı…

Bakıdakı 18 nömrəli məktəbi bitirib və təhsilini Bakı Texniki Kollecində davam etdirib. 2003-cü ildə hərbi xidmətdən təxris olunub, elə həmin il də  daxili işlər orqanlarına qəbul olunub. İlk xidmət yeri Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsi olub. Sonralar bir çox xidmətlərdə çalışıb. 2006-cı ildə DİN-in Polis Akademiyasına daxil olub və 2011-ci ildən polis zabiti kimi Baş Dövlət Yol Polisi İdarəsində xidmətdədir. İlk beynəlxalq uğurunu Brzaliyanın San-Paulo şəhərində qazanaraq 70 kiloqram çəki dərəcəsində konfu-sandadan dünya çempionu olub. Çevikliyini, gücünü görən məşqçilər beynəlxalq idman arenalarını silkələyən daha bir idmançının yetişdiyinə şahidlik etmək üçün onu diqqət mərkəzində saxlayıblar və növbəti il yenə də konfu-sandadan Portuqaliyada keçirilən dünya çempionatında qızıl medalı əldən verməyib. 2009, 2010, 2011 və 2014-cü illərdə də dünya çempionu titulunu qoruyub-saxlayıb. 2013-cü ildə isə Honkonqda dünya kuboku uğrunda keçirdiyi döyüşlərdə iştirakçı dövlətlərin idmançıları ilə yanaşı, tamaşaçıları da heyrətə gətirərək məğlubolunmazlığını sübut edib. 2015-ci ildə “dünya kəməri” uğrundakı yarışda Azərbaycanın himni səslənəndə həm özü, həm də  azarkeşlik edən həmvətənlərimiz göz yaşlarını saxlaya bilməyiblər.

Polis kapitanı Fərid Maylovun idman sahəsindəki nailiyyətləri və xidmətləri ölkə başçısının da diqqətindən kənarda qalmayıb. 2010-cu ildə Prezident bir çox idmançı kimi ona da mənzil hədiyyə edib. Fərid 2011-ci ildə Avropa çempionluğunu qazananda isə “Prezidentin Fəxri Fərmanı” ilə mükafatlandırılıb.

Fərid Mayılov yarışlarda iştirak etməsi üçün yaratdığı şəraitə görə Daxili  İşlər Nazirliyinin, baş idarənin, DİN-in İdman Cəmiyyətinin sədri, polis pokovniki Zemfira Meftixetddinovaya, həmçinin ona hər zaman mənəvi dəstəkçisi olan məşqçisi, əməkdar məşqçi Rəsul Məmmədova təşəkkürünü bildirir.

Həm məşqçi, həm də idmançı kimi fəaliyyət göstərməyin uğur qazanmaqda çətinlik yaratmadığını da diqqətə çatdıran həmkarımız deyir ki, insan öz işini sevərsə,  o, bütün çətinliklərə sinə gərə bilər. 

O, öz uğurları ilə yanaşı yetirmələrinin də uğurlarını təqdir edir, buna sevinir. “Yetirmələrim hər il Avropa və dünya çempionatlarında, irimiqyaslı turnirlərdə uğurlu nəticələr əldə edirlər. Elçin Eminov “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının uşu-sanda yarışlarında gümüş medal qazanıb. Yelena Vıstropova ikiqat Avropa çempionu tituluna sahib olub. Əli Zamanov Avropa çempionudur. Boksçu Elmir Novruzovun da parlaq gələcəyi var”,-deyir.

Yeddiqat dünya çempionu, polis kapitanı Fərid Mayılovun idman uğurlarına beləcə nəzər saldıq, onun çətin, lakin hər birimizin qürur hissi yaşadan ömür yolu ilə tanış olduq.

Yeri gəlmişkən, həmkarımızın ailəsində gələcək uğurlarının davamçısı olacaq üç övlad böyüyür…

Çempion Fərid, polis Fərid, ata Fərid, uğur olsun!

Hafiz TƏMİROV
polis mayoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ