"Azərbaycanda 31 qeyri-islam dini icmanın fəaliyyət göstərdiyi açıqlanıb. Təqdim edilən rəqəm kifayət qədər çoxdur. Hər şeydən əvvəl, bütün dini icmaların bir araya gəlməsi vacibdir. Azərbaycanda qeyri-islami dini icmaların və təşkilatların fəaliyyətinə yaradılan şərait ölkəmizdə mövcud olan tolerantllıqla, dini dözümlülüklə bağlıdır. Bunu gerçək bir tolerantlıq nümunəsi kimi qiymətləndirmək olar”.
Bu sözləri “Bakı –Xəbər”ə ölkəmizdə fəaliyyət göstərən qeyri-islami dini icmaların fəaliyyətinə dövlət tərəfindən yaradılan münbit şəraiti şərh edərkən ilahiyyatçı İsmayıl Əhməd bildirib.
Qeyd edək ki, Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə fəaliyyət göstərən dini icmaların sayını açıqlayıb. Komitə sədrinin bildirdiyinə görə, Azərbaycanda 861 dini icma fəaliyyət göstərir, onlardan 830 islam, 31-isə qeyri-islam icmalardır. Komitə sədri, həmçinin, fəaliyyət göstərmələri üçün bütün icmalara bərabər şərait yaradıldığını da vurğulayıb.
İradə SARIYEVA