şənbə günü, 14 noyabr 2026
     

Cəmiyyətdə getdikcə artan psixoloji problemlər ekspert dəyərləndirməsində…

Image


Nərgiz Allahverdiyeva: “Çox qəribədir ki, xəbərlərin də böyük hissəsi neqativ olduğu üçün, mənfi emosiyalar yaradır, barəsində danışılan hadisələr insanın psixikasına mənfi təsir göstərir”

 

Əvvəlki dönəmlərdə, daha dəqiq desək, 25-30 il bundan öncə çox nadir hallarda psixoloji problemlə üzləşən insanlar haqqında eşidərdik. Ümumiyyətlə, son bir neçə ilə qədər bu hal bizim cəmiyyətimizdə o qədər də geniş yayılmamışdı. Lakin son dövrlər, demək olar ki, hər gün psixoloji problemi olan insanlarla rastlaşırıq. İnsanlarda depressiya, özünəqapanma və digər psixoloji problemlərin mövcud olması ciddi narahatlıq doğurur. Ümumiyyətlə, statistik hesablamalara görə, son dövrlər cəmiyyətimizdə psixoloji problemləri olan insanların sayında artım var. Sözsüz ki, bu da yalnız onların ailəsini deyil, həm də ətrafı narahat edir.  

İnsanlarda psixoloji problemlərin yaranma səbəblərini informasiya çoxluğu ilə əlaqələndirən Azərbaycan Tibb Universitetinin rektoru, professor, psixiatr Gəray Gəraybəyli “Trend”ə bildirib ki, bu gün uşaqlar arasında psixi və davranış pozuntularının artımına səbəb informasiya bolluğudur.

Onun sözlərinə görə, uşaqlar arasında psixi və davranış pozuntularının yaranmasına səbəb olan bir çox faktor var. Lakin onların arasında hiperinformasiyanı, informasiya çoxluğu faktorunu ilkin səbəb hesab etmək olar: “Bu gün 5-ci sinfin riyaziyyat proqramı mənim oxuduğum dövrün proqramından tam fərqlidir. Bu, təbiidir. Çünki bu gün 21-ci əsrdir, tədris sistemi inkişaf edib. Lakin uşaqlar arasında psixi və davranış pozuntularının yaranmasına səbəb olan ən əsas amil hiperinformasiya axınıdır. Hiperinformasiyaya internet oyunları da aiddir”.

İnternet oyunlarının psixikaya olan mənfi təsirindən danışan G.Gəraybəyli qeyd edib ki, kortəbii, saatlarla kompyuter oyunları ilə məşğul olmaq psixikaya bilavasitə mənfi təsir edir.

Mütəxəssis deyib ki, özünəqapanma, sosial əlaqələrin pozulması, audistik təfəkkürə meyllilik, əhval-ruhiyyənin qeyri-sabit olması, tez özündənçıxma, əsəbi gərginlik, yuxu pozuntusu - bunlar hamısı həmin vəziyyətdən irəli gəlir.

İnsanlarda psixoloji problemlərin yaranmasına informasiya bolluğunun təsir göstərməsi fikrini təsdiqləyən sosioloq və psixoloqlar hesab edirlər ki, həqiqətən də müasir insan informasiya ilə idarə olunur. Psixoloqların fikrincə, hazırda insanlar psixoloji xidmətdən daha intensiv istifadə etməyə başlayıblar.

Psixoloq Nərgiz Allahverdiyeva bizimlə söhbətində bildirdi ki, insanların çox informasiya alması və bu informasiyaların da böyük bir hissəsinin mənfi emosiyalar aşılaması onlara mənfi təsir göstərir. Cəmiyyətimizdə informasiya texnologiyaları bərqərar olduqdan sonra insanlarda psixoloji problemlərin artan xətt üzrə olduğunu deyən mütəxəssisin fikrincə, insanlar özlərini zərərli informasiyadan qorumalıdırlar. “Bu gün çoxumuz informasiya texnologiyalarından istifadə edirik. Nəinki böyüklər, eləcə də uşaqlar kompyuter, internet, xəbər saytları vasitəsilə çoxlu xəbər alırlar. Çevik, dinamik verilən xəbərləri insan beyni çatdırıb qavraya bilmir. Çox qəribədir ki, xəbərlərin də böyük hissəsi neqativ olduğu üçün, mənfi emosiyalar yaradır, barəsində danışılan hadisələr insanın psixikasına mənfi təsir göstərir. Gündəlik cəmiyyətdə çox hadisələr baş verə bilər, lakin heç də onların hamısı xəbərə çevrilməməlidir. Bizim bəzi media orqanları, sosial şəbəkələr zorlama, qətl və sair neqativ xəbərləri yaymaqdan sanki zövq alırlar. Uşaq oğurluğu məsələsini də gündəmdə saxlayırlar. Bu xəbərlərin kateqoriyası elədir ki, insanlarda, istər-istəməz, psixoloji gərginlik yaradır. Xəbər yayarkən diqqətli olmaq lazımdır. İnsanlar özləri də bir qədər belə xəbərlərə həssaslıq göstərməsinlər. Bəzən elə xəbər olur ki, insanın bütün həyatını məhv edir. Bilirsiniz, virtual aləm insanları, qeyri-ixtiyari olaraq, canlı ünsiyyətdən uzaqlaşdırır. Bəzən bizə elə gəlir ki, kiminləsə canlı söhbətdənsə virtual aləmdə münasibət qurmaq, hansısa xəbərləri oxumaq daha rahatdır. Halbuki, insanın canlı ünsiyyətə daha çox ehtiyacı var. Mütəxəssislər də qeyd edirlər ki, internet, informasiya texnologiyaları qohumları, hətta bir evin içində yaşayanları da bir-birinə yadlaşdırır. Bu böyük problemdir. İnsanlar zərərli informasiyalarla o qədər yüklənirlər ki, onların fikri hər an o xəbərdə qalır. Çoxumuz sosial şəbəkə istifadəçisiyik. Səhər tezdən səhifəmizi açırıq və orada hansısa bir dostumuzun paylaşdığı mənfi, neqativ xəbəri oxumalı oluruq, bu da bütün günümüzü  psixoloji problemlə keçirməyimizə səbəb olur”.

Mütəxəssis hesab edir ki, bu gün heç bir qanun, heç bir normative-hüquqi sənəd informasiya texnologiyalarının insana ötürdüyü mənfi təsirin qarşısını ala bilməz. O hesab edir ki, insanlar özlərində neqativ xəbərlərə qarşı bir qəbuletməmə prinsipi formalaşdırmalıdırlar.

N.Allahverdiyevanın dediyinə görə, insanlar özlərində, psixikalarında yaranan dəyişikliklərlə bağlı psixoloqlara müraciət etməlidirlər. Ekspert hesab edir ki, müxtəlif QHT-lərin dəstəyi ilə ödənişsiz psixoloji yardım aksiyaları da keçirilməlidir. “İnsanlar var ki, onlar psixoloji problemdən əziyyət çəkirlər. Ancaq pulu olmadığı üçün psixoloji mərkəzlərə müraciət edə bilmirlər. O insanlara mütləq dəstək verilməlidir. Yerli qeyri-hökumət təşkilatlarının köməkliyi ilə psixoloji yardım aksiyaları keçirilməlidir ki, aztəminatlı ailələr bu xidmətlərdən istifadə edə bilsinlər” - deyə mütəxəssis bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ