şənbə günü, 14 noyabr 2026
     

Borçalıda tarixi qəhrəman Xudu Borçalının heykəlini qoymağa pul tapılmır

Image


Eyvaz Borçalı: “Borçalı əsilli iş adamlarına səslənirəm ki, X.Borçalıya abidə ucaldılması üçün maliyyə dəstəyi göstərsinlər”
Kamran Ramazanlı: “Ümid edirəm ki, X.Borçalının heykəlinin qoyulması üçün tez bir zamanda lazım olan vəsait tapılacaq”

 

Borçalı türkləri, Qarapapaq igidləri hər zaman öz comərdliyi, igidliyi ilə tarixdə öz sözünü deyib, izlərini qoyublar. Gürcüstanda aborigen xalq olan Azərbaycan türkləri zaman-zaman bu dövlətin həyatında, onun yadellilərdən qorunmasında mühüm rol oynayıblar. Gürcüstanda azərbaycanlı xalq qəhrəmanları öz fəaliyyəti, şücaəti ilə dillərdə dastana çevriliblər. O igidlərdən biri də Gürcüstanın azərbaycanlı xalq qəhrəmanı, sərkərdə Xudu Borçalıdır.

Uzun illərdir Gürcüstanda Xudu Borçalıya abidə ucaldılması aktual olaraq qalır. Nəinki azərbaycanlılar, eləcə də gürcülər belə, bu xalq qəhrəmanına adına layiq heykəl qoyulmasına tərəfdardırlar. Gürcüstan hökuməti özü də Xudu Borçalıya heykəl qoyulmasını istəyir.

Məlumatlara görə, Xudu Borçalıya abidə qoyulmasının reallaşdırılmasına maliyyə problemi əngəl olur. Hazırda xalq qəhrəmanının xatirəsinə həsr olunmuş abidənin ucaldılması üçün maliyyə vəsaiti axtarılır.

Mətbuatın yazdığına görə, Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müşaviri Giorgi Gegeçkori bildirib ki, hazırda abidənin harada qoyulması və bunun üçün tələb olunan maliyyə vəsaiti ilə bağlı müzakirələr aparılır: “Abidə layihəsi hazırdır. Layihənin maliyyə hesabatı da hazırlanıb və məbləğ elə də böyük deyil. Abidənin ucaldılmasını maliyyələşdirəcək sponsor tapmaq istəyirik. Çalışacağıq ki, Xudu Borçalıya həsr olunmuş abidənin ucaldılması məsələsi tezliklə həllini tapsın”.

Tarixi mənbələrdən məlumdur ki, Xudu Borçalı gürcü çarı II İraklinin yaxın dostu və silahdaşı olub və o, Gürcüstanın yadellilərdən azad olunmasında böyük xidmətlər göstərib.

Onu da vurğulayaq ki, Xudu Borçalıya həsr olunmuş abidənin müəllifi tanınmış gürcü heykəltəraş Giorgi Jqentidir. Abidənin Tiflis və ya Marneulidə qoyulması nəzərdə tutulub. Layihəyə əsasən, xalq qəhrəmanının heykəlinin arxa hissəsində Gürcüstan uğrunda canlarından keçmiş azərbaycanlıların soyadlarının əks olunduğu lövhə yerləşdiriləcək. Tiflisin Qldani rayonunda və azərbaycanlıların sıx yaşadığı Marneulidə Xudu Borçalının adını daşıyan küçə var.

Yazıçı-rejissor, əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu Xudu Borçalının qəhrəmanlığı, onun Gürcüstanın dövlətçilik tarixində oynadığı rol barədə danışarkən qeyd edir: “...Bax belə əfsanəvi qəhrəmanlardan, böyük şəxsiyyətlərdən, xalqın igid oğullarından, haqqında çoxlu maraqlı faktlar, fikirlər danışılan və XVIII əsrdə Borçalı çökəyində yaşamış 2 dəfə xalq qəhrəmanı Xudu kişi Borçalıdır. Gürcülər ona Xudu Borçalinski, azərbaycanlılar Xudu Xuduoğlu, çar II İrakli isə ona Xudiya deyiblər. Hətta gürcülər öz xalqlarının tarixi haqqında çəkdikləri 5 seriyalı “And kitabı” adlı kinofilmdə Xudu Borçalı haqqında maraqlı epizodlar çəkib, onu gürcülərə çar II İraklinin dostu və gürcü xalqının bu gün yaşamasında əvəzsiz xidməti olan böyük səbəbkarlardan biri kimi təqdim ediblər. Amma əfsus ki, çar II İrakli tərəfindən general rütbəsi alan, gürcülərin 2 dəfə xalq qəhrəmanı kimi tanınan, gürcü ordusunda əsas vəzifələrdən birini tutan, süvari diviziyaya rəhbərlik edən, xalqımızın belə igid sərkərdəsi, əfsanəvi qəhrəmənı, böyük şəxsiyyəti haqqında, demək olar ki, biz heç nə bilmirik”.

Bu gün X.Borçalıya uğrunda şücaət, qəhrəmanlıq göstərdiyi Gürcüstanda heykəl qoyulması məsələsi gündəmdədir. Bilirik ki, artıq heykəlin müəllifi də var, onun layihəsi də hazırdır, lakin maliyyənin yoxluğu bu məsələnin həyata keçməsini ləngidir.

Tanınmış şair-tərcüməçi, Borçalı əsilli görkəmli ziyalı Eyvaz Borçalı “Bakı-Xəbər”ə bildirdi ki, Gürcüstanın dövlətçilik tarixində əhəmiyyətli rol oynayan xalq qəhrəmanı Xudu Borçalı irsinə hər zaman yüksək dəyər vermək borcumuzdur. O, həmçinin, qeyd etdi ki, X.Borçalı kimi şöhrətli xalq qəhrəmanının heykəlinin ucaldılması bir ziyalı kimi onun arzusudur. E.Borçalının sözlərinə görə, X.Borçalıya heykəlin qoyulması təşəbbüsü Gürcüstan dövlətinin azərbaycanlı qəhrəmanın ruhuna ən böyük hörmətinin ifadəsi sayılır: “Gürcüstan müstəqillik əldə etdikdən sonra bu dövlətin tarixində mühüm rolu olmuş insanlar da yada salınmağa başlandı. Arxivlər açıldı, insanların xatirələrində yaşayan şəxsiyyətlər haqqında məlumatlar üzə çıxarıldı. Xudu Borçalı da bu gün ən çox xatırlanan xalq qəhrəmanıdır ki, onun bu dövlətin yadellilərdən qorunması uğrunda apardığı mübarizə dillərdə dastandır. Sevindirici haldır ki, Gürcüstan dövləti Xudu Borçalını unutmur və onun xatirəsinə heykəl ucaltmağı planlaşdırır. Bilirsiniz ki, Gürcüstanda Xudu Borçalının adına küçə var, onun xatirəsi əbədiləşdirilib. İndi ona heykəl qoyularsa, bu daha müsbət bir iş olar. Hesab edirəm ki, heykəlin ərsəyə gəlməsi, ucaldılması üçün gərək olan maliyyənin tapılması istiqamətində işlər aparılmalıdır. Mən bir ağsaqqal kimi, ziyalı kimi Borçalı əsilli iş adamlarına səslənirəm ki, Xudu Borçalıya abidə ucaldılması üçün maliyyə dəstəyi göstərsinlər. Bu bizim xalqımızın tarixində çox mühüm bir hadisə olar. Tiflisdə, yaxud Marneulidə Xudu Borçalıya heykəl qoyularsa, bu, Borçalı qəhrəmanlarının gənc nəslə tanıdılması üçün çox mühüm addımlardan biri olar. Gürcüstan hökuməti heykəl qoymaq istəyir, lakin ona maliyyə dəstəyi göstərilməlidir”.    

Qafqazşünas Kamran Ramazanlı bizimlə söhbətində bildirdi ki, Gürcüstan dövlətinin tarixində əhəmiyyətli dərəcədə rol oynayan və bu ölkənin xalq qəhrəmanı statusu daşıyan X.Borçalının heykəlinin qoyulması üçün Gürcüstan əsilli imkanlı şəxslər, eləcə də SOCAR və digər qurumlar Gürcüstan hökumətinə dəstək verərsə, işin nəticəsi çox müsbət olar. O hesab edir ki, Borçalı türkləri tarixən Gürcüstan dövlətinin çiçəklənməsinə, onun rifahına böyük töhfələr veriblər: “Xudu Borçalı həm Azərbaycan, həm də gürcü xalqının fəxr etdiyi, tanıdığı xalq qəhrəmanıdır. Bu gün Gürcüstan hökumətinin X.Borçalıya heykəl qoyması təşəbbüsü müsbət qarşılanmalıdır. Bu o deməkdir ki, Vətən uğrunda mücadilələr verən azərbaycanlı qəhrəman unudulmur, yaddan çıxmır. Düşünürəm ki, X.Borçalıya heykəl qoyulması üçün Borçalı əsilli iş adamları öz dəstəyini əsirgəməməlidir. Bu abidənin mümkün qədər tez qoyulması üçün Azərbaycan tərəfi də, SOCAR və digər əlaqədar qurumlar da Gürcüstana dəstək göstərməlidirlər. Çünki bu gün X.Borçalı kimi xalq qəhrəmanının heykəlinin ucaldılmasını bütün xalq gözləyir. Ümid edirəm ki, tez bir zamanda X.Borçalının heykəlinin qoyulması üçün lazım olan vəsait tapılacaq və bu heykəl Azərbaycan qəhrəmanlarının simvolu kimi əbədi şöhrət tapacaq”.  

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ