şənbə günü, 14 noyabr 2026
     

Polis veteranı 85-i haqladı... - FOTO

Image


İdarədə bayram əhvali-ruhyyəsi vardı. Düz beş il öncə də burada belə bir təmtərağın şahidi olmuşdum. Rəisin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Vəli Abbasov: “RPİ-nin Veteranlar Şurasının sədri, polis veteranı Paşa Kərimovun 85 illik yubilieyidir”,- deyəndə bir anlıq xəyalən 5 il öncəyə qayıtmışdım. İllərin belə tez keçdiyinə ürəyimdə heyfslənmişdim, axı mənim də yaşımın üstünə beş il gəlmişdi. Amma illər keçsə də xatirələr hər zaman diri qalır, yaddaşa hopur, xatırlanır. Hətta bir şəkil belə könlümüzdə xoş xatirələr oyadır.

Belədir insan ömrü, su kimi gözlərimizin önündən axıb gedir...

Hamı sevinirdi. Tort gətirən kim, gül gətirən kim. Mənə elə gəldi ki, bu gənclər yaşı əsri haqlayan, qocaman həmkarımızın bu gün də onlarla birlikdə xidmət etməsinin sevincini yaşayırlar. Axı, bu insanlar xəzinədir, həm də insan sərrafıdırlar.  Və barmaqla sayılacaq qədərdirlər...

Tədbir rəisin kabinetində baş tutdu. Məlum oldu ki, bu gözəl gündə Nərimanov Rayon İcra Hakimiyyətinin də nümayəndəsi iştirak edəcək.

“Bu gün təkcə Nərimanov Rayon Polis İdarəsinin yox, rayonumuzun, eləcə də daxili işlər orqanlarının həyatında əlamətdar günlərdən biridir. Ömrünün uzun illərini daxili işlər orqanlarına həsr etmiş, üzərinə düşən vəzifələrin öhdəsindən həm bir polis əməkdaşı, həm də vətəndaş kimi layiqincə gəlməyə çalışmış Paşa müəllimin 85 yaşı tamam olur. Yüzü haqlamağa sayılı illər qalır. Bu ötən illəri mənalı yaşamaq hər kəsə nəsib olmur. Paşa müəllim sanki heç yorulmayıb. O, səhər tezdən işə gəlir, bir də axşam düşəndə gedir. Bu yaşda  böyük bir sevgi ilə işə gəlməsi və yorulmadan çalışması onu deyir ki, qəlbində həyat sevgisi hələ qaynayır. Mən onu bizim gənclərimizə misal çəkirəm, ondan öyrənməyi, nizam-intizama məhz onun kimi riayət etməyi tövsiyə edirəm”,-deyərək tədbiri bu sözlərlə açan idarə rəisi, polis polkovniki Nəriman İmanov yeri gəlmişkən, ötən dövr ərzində cinayətkarlıqla mübarizədə, gənclərin vətənpərvərlik hisslərinin aşılanmasında, zərərli vərdişlərə, erkən nikahlara və dini radikalizmlə mübarizəyə qarşı məktəblərdə, müxtəlif əmək kollektivlərində keçirilən görüşlərdə veteranların dəstəyini, onların rolunu xüsusi vurğuladı.

Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyərtinin nümayəndəsi Hüsü Nuriyev xüsusilə də polis veteranlarının ictimaiyyət arasında böyük nüfuz sahibi olduqlarını dedi. Bildirdi ki, polis veteranlarının yaşadıqları ərazidə xoşagəlməz hallara az rast gəlinir. Rayonda keçirilən tədbirlərdə onların öndə olması da diqqətdən yayınmır. Odur ki, Nərimanov rayonunun ictimai-siyasi həyatında fəal iştirakına, gənc polis əməkdaşlarına peşə sirlərinin aşılanmasına kömək göstərdiyinə, yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın qarşısının alınması ilə yanaşı, onların zərərli vərdişlərdən yayındırılması yönündə səmərəli fəaliyyətinə görə və anadan olmasının 85 illik yubileyi münasibətilə  hörmətli veteranımız Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən Fəxri fərmanla təltif edilib.

Sonra Fəxri fərman yubilyara təqdim olundu.

Yubilyara söz veriləndə isə o, böyük Məmməd Arazın bu sözləri ilə çıxışına başladı.

Hələ ömürümüzün nə yazı olub,
Hələ bu dünyada nə yaşamışıq.
Bizim payımıza çatası olub,
Təsəlli bir qaşıq, ümid bir qaşıq.

Demə ki, ömürümüz keçdi yarıdan,
Biz yenə ümidli günlər yarıyıq.
Biz ki, gələcəyə inam sarıdan,
Dünyanın ən varlı adamlarıyıq...

Hamı bu misralardan, dediyi: “Nizamlı-intizamlı gənclər, evdə də nəvələrim mənim “validol”umdurlar”,-sözlərindən sonra əl çaldı.

Tədbirə yekun vuran rəis, polis polkovniki Nəriman İmanov  daxili işlər orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində, hüquqi biliklərin təbliğində, cinayətlərin açılmasında, profilaktikasında, təhlükəsizliyin təminində veteranların təcrübəsindən, ictimai nüfuzundan, bilik və bacarıqlarından bundan sonra da yararlanacaqlarına inamını ifadə etdi. 

O, həmkarlarının aldığı qiymətli hədiyyəni və gül dəstəsini yubilyara verərək ona ürəyi istədiyi qədər sağlam ömür arzuladı.

Sonda xatirə şəkli çəkdirildi.

Və bir də bilməyənlər üçün: Paşa Kərimov 1933-cü ildə Bakıda doğulub. Orta məktəbi qızıl medalla bitirdikdən sonra Politexnik Texnikumuna qəbul olunub. 1957-ci ildə daxili işlər orqanlarında xidmətə başlayıb. 1964-cü ildə Politexnik İnstitunu fərqlənmə diplomu ilə bitirib. İşlədiyi müddət ərzində 20 DYP postunun, 16  rayonda uşaq şəhərciyinin, BDYPİ-nin inzibati binasının tikintisinin həyata keçirilməsində zəhmət çəkib. 1995-ci ildə polis polkovniki kimi təqaüdə çıxıb. Dörd övladı, altı nəvəsi, bir nəticəsi var…

Hafiz Təmirov,
polis mayoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ