şənbə günü, 14 noyabr 2026
     

Gəlin, Parisdənsə Bakıya gedək…

Image


Rusiyanın dövri nəşri olan "Literaturnaya qazeta”nın 3 oktyabr 2018-ci il tarixli sayında ölkəmizdə səfərdə olmuş Rusiya Yazıçılar Birliyinin Volqaqrad şöbəsinin rəhbəri, tanınmış yazıçı Aleksandr Tsukanovun Azərbaycanın zəngin mədəniyyətindən, Bakıda və regionlarda rastlaşdığı tarixi arxitektur abidələrindən, sosial-iqtisadi inkişafından bəhs edən maraqlı məqaləsi dərc olunub.

Baki-xeber.com “Eurasia Diary” istinadən həmin məqalənin azərbaycan dilində  tərcüməsini təqdim edir:

Ötən həftə Bakıda Rusiya-Azərbaycan regionlararası 9-cu Forumu keçirilib. Bu görüşdə prezidentlər Vladimir Putin və İlham Əliyev iştirak edib. Bu gün Azərbaycanın və Rusiyanın 700-dən çox şirkəti birgə fəaliyyət göstərir. Biz Azərbaycana kənd təsərrüfatı məhsulları, metal avadanlıqlar, ağac emalı avadanlığı, kimya sənayesi məhsulları göndəririk; bizə isə ərzaq məhsulları, metallar, tekstil məhsulları gətirilir. Azərbaycanda 341 rus dili tədris olunan məktəb fəaliyyət göstərir. Ancaq necə olubsa biz Nyu-York və ya Paris haqqında daha çox bilirik, Bakını isə yalnız yetişmiş pomidor, paxlava və ya təzə kartof alanda yada salırıq. Bəs, bizim qonşularımız əslində necə yaşayırlar?

Neft buruqları və qalalar şəhəri

Xəzər dənizi boyunca yol gedirik. Pəncərədən  Qafqaz dağlarının yarğanları ilə əhatə olunmuş bozumtul qəhvəyi landşaft görünür. Zavoljskaya çölündə olduğu kimi burada da hər şey günəşin istisindən quruyur və ölür. Solda böyük daşlar arasında Qobustana gedən yolu göstərən nişan var. Paleolit ​​dövrünə aid olan insan rəsmləri təsvir edildiyi bu qoruq haqqında bir çox elmi məqalələr yazılıb. Qədim əcdadların mesajları olan petroqliflər uşaq təsvirlərinə bənzəyir. Maraqlı mənzərədir, xüsusilə bu, Karelyada qayaüstü yazıları olan nəhəng qoruğu görməyənlər üçün belədir.

Avtobus böyük daş yığınına tərəf qalxır. Buradan asanlıqla kilometrlərlə uzanan çınqıl, qısa kollar, neft qazma qurğuları, mazutlu qurğular və qızmar günəşin göründüyü Xəzəryanı ovalığa baxa bilərsiniz.

- Bakı belə bir yerdə yaranıb, - bələdçi aydınlıq gətirir.

Buna inanmaq çətindir. Bakıda çoxlu yaşıllıqlar, parklar, fəvvarələr və böyük botanika bağı var. Hətta Müslüm Maqomayev, bir çox musiqiçilər, yazıçı və siyasətçilərin dəfn olunduğu qəbiristanlıq da diqqət və səliqə ilə salınmış cığırları olan nadir parka daha çox bənzəyir. Lakin şəhərin memarlıq simasının əsas incisi Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin ultramüasir binası hesab olunur. Bu İraq mənşəli Böyük Britaniyalı memar Zaha Hadidin yaratdığı dalğavari dairələri ilə balıqqulağını xatırladan əsrarəngiz və qeyri-adi bir sənət əsəridir. İkinci yerdə hündürlükləri 120 -160 metrə çatan Alov Qüllələridir. Bu üç alov dillərini xatırladan bina təkcə öz hündürlüyü ilə deyil, həmçinin, alov hərəkətlərini əks edən LED ekrana malik üzlüyü ilə də orijinaldır. Şəhərsalma üzrə bir çox mütəxəssislərin fikrincə, Alov Qüllələrinin işıqlandırılması dünya praktikasında ən yaxşı görüntü effekti sayılır.

İçində həm gənclər, həm də onlarla ölkəyə səyahət etmiş şəxslərdən ibarət olan Volqoqrad memarları ətrafa dağılıb kameraların köməyi ilə öz heyranlıqlarını yaddaşa köçürürlər. Aşağıda müxtəlif atraksionları, kafe və restoranları olan müasir və səliqəli dənizkənarı bulvar görünür.

İtaliyadan gətirilən qondolaları olan "Kiçik Venesiya", xalça mərkəzinin unikal binası, uzaqda suyun içində ağ su zanbağı üslubunda tikilmiş elit restoran və əlbəttə ki, neft buruqları... Mazutun qoxusu qədər bunları da şəhərin simvollarına aid etmək olar.

Köhnə şəhərin ərazisi UNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısına daxil edilmiş İçəri Şəhərdir. Bu köhnə şəhərin dar küçələrində bir çox sovet filminin ssenariləri ərsəyə gəlib.  

Təkcə nefti ilə deyil…

Şəhərlərin memarlıq görkəmi və yolların keyfiyyəti çoxsaylı kanalizasiya xətləri kimi mədəniyyət elementinin daşıyıcısıdır. Küçələrdə təmizlikdir. Bakıda bu sarıdan hər şey qaydasındadır. Hətta hasarları belə valehedicidir.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevlə birlikdə Qəbələ rayonuna  gedirik. Yolun sağı və solunda çoxsaylı evlərdən ibarət kiçik qəsəbələr var. Evlərin hasarları daşdan və ya metaldandır. Bilmirəm, bəlkə də onların sahiblərini silah qorxusu ilə və yaxud pul verib, belə bir səliqə-səhman yaratmağa məcbur ediblər. Bəlkə bu rifahı bələdiyyə yaradıb? Azərbaycanda yeddi yüz kilometrə yaxın yol getməyimizə baxmayaraq, bir dənə də olsun zibilxana və tör-töküntüyə rast gəlmədik.

Qəbələ dağ kurortu quş uçuşundan gözəl görünüşlü, əla yol və şəlaləsi olan bulvardan başlayır. Müşahidə meydançalarından ibarət üç hissəli kanat yolları, beş ulduzlu otelləri, dağ kəndləri görünür. 10 manat və sən zirvədəsən. İrad tutulası heç nə yoxdur, hər şey qüsursuzdur. Başımı geri çevirəndə, sevinc qışqırtıları ətrafa yayılan paraplançıların dərənin üzərində necə fırlandığının şahidi oluram. Onların cəsarətinə yalnız həsəd aparmaq olar.

İsmayıllıda İvanovka kəndinə aparan bir yol işarəsi var. Təqdirəlayiq haldır ki, malakanlardan ibarət icma burada yerli sakinlərlə 200 ildir ki, sülh və əminamanlıq şəraitində yaşayır. Çünki oğurluq etmirlər, donuz əti və kolbasa yemirlər və qəribə də olsa öz kolxoz, klub və məktəblərini qoruyub saxlayıblar. Malakanların mənəvi xristianlığının fərqliliyi onların digər protestantlar kimi dini ayinləri və kilsə qayda-qanunlarını inkar etməsidir. İbadət və digər dini ayinlərin yerinə yetirilməsi zamanı onlar xarici atributlardan, müqəddəs yerlərdən və kilsə iyerarxiyasından istifadə etmirlər. Hətta qarşısına şam qoya biləcəkləri ikonaları da yoxdur. Onların ibadət yerləri bəzəksiz və kilsə zəngləri olmayan sadə evlərdir. İvan Qroznının dövründə belə dinindən uzaqlaşmış insanlar edam olunurdular, hər vəchlə sıxışdırılırdılar və buna görə də onlar müxtəlif yerlərə pərən-pərən düşmüşdülər.

Üç min nəfərdən ibarət, dilini və etiqadını qoruyan dünyanın ən böyük icması. İcmanın gürcü şərabı ilə rəqabət apara biləcək öz brend məhsulu - "İvanovka"sı var. Belə gözəl və ekskluziv şərabın bir şüşəsinin qiyməti cəmi altı manat və ya 220 rubldur. Bu rus kəndinə Azərbaycan Respublikasının prezidenti dəfələrlə səfər edib və yerli sakinlərin həyat səviyyəsini qaldıracaq bir çox mühüm layihələrin həyata keçirilməsinə dəstək verib. Bütün kənd camaatı kimi onlar üçün də asan deyil: onlardan südü beş rubla alırlar, bir butulka qazlı su isə 10 rubldur, eləcə də digər malların qiymətləri kənd təsərrüfatı mallarının qiymətlərilə uzlaşmır. Lap Rusiyadakı kimi. Ancaq nədənsə, Azərbaycanda yanacaq "Lukoyl"dakından iki dəfə ucuzdur.

Bakıda Su İdmanı Sarayının qarşısındakı meydanda açıq səma altında yerləşən XIX əsrin “Nou Xau”su sayılan ilk neft buruğunu xatırladan neft mədəni muzeyi var. Burada bu işə əmək vermiş rus mühəndislərinin xatirəsi ehtiramla yad olunur. Xam neftdən yanacaq alınması üsulunu təklif etmiş akademik Mendeleyev də burada hörmətlə anılır.

Səliqəli parkda Puşkinə aid abidə və onun heykəli önündə təzə-tər qərənfillər, Lermontov küçəsi, bələdçinin Yesenini əbədiləşdirən təkrar-təkrar maraqlı söhbətləri. Dahi Nizaminin məzarının yerini dəyişərək abadlaşdıran Qriboyedovu burada çox gözəl xatırlayırlar. 

Mən Nizami türbəsi yaxınlığında bir neçə çay qızılgülü kolunun ətrafını qazdım, Ulyanovskda beş il yaşamış, avtomobil zavodunda işləyən bağbanla söhbət etdim və görünür o da söhbətimizə səmimi qəlbdən sevindi və məni öz evinə qonaq çağırdı. Amma Umud Mirzəyevlə yolumuz əvvəlki adı Kirovabad olan Gəncədən keçirdi. Burada bir zamanlar etnik zəmində münaqişə baş verib. Şəhərin girişində Dağlıq Qarabağdan olan məcburi köçkünlər üçün çoxmərtəbəli binalar tikilib. Otuz ildir ki, iki qonşu xalq arasında münaqişə zaman-zaman sönüb yenidən alovlanmaqda davam edir.

Bu gün Gəncə - "xəzinələr şəhəri" - öz adını tam doğruldur. Ağır beton və şüşədən ibarət yorucu binaların əvəzinə möhtəşəm Xan Bağı, əsası XVIII əsrdə qoyulmuş Şeyx Bəhaəddinin tikililər kompleksi, rus qoşunlarının hücumunu dəf edərkən həlak olmuş Cavad xanın və onun oğlunun məqbərəsi olan abidələr bu rahat və gözəl şəhərdə yerləşir. Təkraredilməz Şərqi Asiya motivləri əsasında dekorasiyalarla bəzədilmiş Aleksandr Nevski məbədi də buradadır. Məni xüsusilə Gəncədəki hamısı rus dilində olan jurnalların olduğu qəzet köşkü təəccübləndirdi... Gəncənin yaxınlığında məşhur Naftalan sanatoriyası və müalicədən sonra lazımsız olan əlil arabası və əsaların muzeyi var.

"Azərbaycanda yüz mindən çox rus yaşayır. Ermənistanda isə onların sayı heç on nəfər də eləmir. Belə olan halda bəs nədən Rusiya Azərbaycandan üz döndərsin? - Umud Mirzəyev səmimi bir çaşqınlıqla soruşur. O əslən Dağlıq Qarabağdandır, bu məsələ onun üçün çox ağrılı bir mövzudur.

Mənim isə dostuma veriləsi bir cavabım yoxdur... Tatarların arasında böyümüş birisi kimi, burada danışıqlar zamanı tez-tez istifadə olunan "yakşi, saol, salam..." kəlmələrini eşitmək məndə  xoş təəssürat yaradır. Unutduğum türk sözləri yadıma düşürdü. Mənə qalsa, hətta çukça ilə, bədəvi ilə də dil taparam, ancaq başa düşə bilmirəm ki, nədən siyasətçilər bizi "təmizlərə” və “natəmizlərə" ayırır, bizi bir-birimizə qarşı qoyurlar?  

Buna baxmayaraq, biz uzun yarpaqlı, ləzzətli Lənkəran çayını hədiyyə edilmiş büllur armudu stəkanlara süzərkən Azərbaycana qeyri-adi səfərimizin təəssüratlarını bölüşəcək və dostlarımıza görə sevinəcəyik. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ