şənbə günü, 14 noyabr 2026
     

Beynəlxalq Təhsil Sərgisində Azərbaycan universitetlərinin rəqabət imkanları...

Image


İlqar Orucov: “Azərbaycanın ali təhsil müəssisələrini xarici təhsil müəssisələri ilə müqayisə etsək görərik ki...”

 

 Son illər Azərbaycanda beynəlxalq səviyyəli müxtəlif tədbirlərin, sərgilərin keçirilməsi ənənə halını alıb. Uzun illərdir respublikamızda ənənəvi keçirilən tədbirlərdən biri də Beynəlxalq Təhsil Sərgisidir. Artıq XII Beynəlxalq Təhsil Sərgisi öz işinə başlayıb. 12 xarici dövlətin adlı-sanlı ali məktəblərinin və ölkəmizin universitetlərinin təmsil olunduğu sərgi diqqəti cəlb etməkdədir.

Onu da bildirək ki, bu sərgilərdə iştirak edən ali məktəblər öz üstünlüklərinin mümkün qədər daha artıq olduğunu qeyd edirlər. Bu gün sərgidə iştirak edən ölkələrin ali məktəbləri öz proqramlarını, eləcə də tədris planlarını, bu ali məktəblərdə dərs deyən görkəmli müəllimlərin adlarını qeyd edir və universitetlərinin əldə etdiyi uğurları reklam edirlər. Bu da faktdır ki, xarici ölkələrdə təhsil almaq istəyən gənclərin sırası günü-gündən genişlənir və gənclərimiz müxtəlif nüfuzlu ali məktəblərdə təhsil alıb, beynəlxalq əmək bazarında özlərinə iş tapmağı arzu edirlər.

Məlum olduğu kimi, Beynəlxalq Təhsil Sərgisində Azərbaycan universitetləri də iştirak edirlər. Azərbaycan universitetləri də abituriyent cəlb etmək istiqamətində işlər görür və öz xidmət göstəricilərini sərgidə təqdim edirlər.

Azərbaycanın ali məktəbləri xarici ali məktəblərlə rəqabətə davam gətirə bilirmi?

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov “Bakı-Xəbər”ə bildirdi ki, bütövlükdə, Azərbaycanda Beynəlxalq Təhsil Sərgisinin keçirilməsi çox müsbət haldır. O hesab edir ki, bu sərgilərdə xarici ölkələrin nüfuzlu ali məktəbləri ilə paralel olaraq Azərbaycan universitetlərinin də iştirakı təqdirəlayiqdir. İ.Orucovun sözlərinə görə, bu gün Azərbaycan ali məktəbləri təəssüf ki, xarici ali məktəblərlə heç bir baxımdan rəqabət apara bilməz. Ölkəmizdə ali təhsil sahəsində ciddi islahatlara ehtiyac olduğunu deyən İ.Orucovun fikrincə, universitetlərdə islahatlar həyata keçirilməsə və təhsilin səviyyəsi düzəlməsə, bizim ali məktəblər heç bir xarici ali məktəblə rəqabət apara bilməyəcək. “Bütövlükdə, Beynəlxalq Təhsil Sərgisinin ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada tanıdılması üçün çox müsbət haldır. Diqqətçəkən məsələlərdən biri odur ki, bu sərgidə iştirak edən xarici ölkə universitetlərinin sayı ilbəil artır. Bu da həm abituriyentlər, həm də onların valideynləri üçün xeyli yeni imkanlar açır. Azərbaycanın ali təhsil müəssisələrini xarici təhsil müəssisələri ilə müqayisə etsək görərik ki, bizim universitetlər onlardan xeyli zəifdir və geridə qalırlar. Son illər bu sahədə müəyyən irəliləyişlər olsa da, Azərbaycan ali təhsil müəssisələrinin dünya reytinqində yeri kifayət qədər aşağıdır. Hətta bizim universitetlər ilk minliyə belə düşə bilmirlər. Bu da narahatlıq doğuran bir məqamdır. Belə vəziyyət onu göstərir ki, elə bu sərgidə iştirak edən xarici ölkələrin universitetləri ilə müqayisədə ölkəmizin ali təhsili dünya təhsilindən xeyli geridə qalır. Əlbəttə, buna adekvat olaraq Azərbaycan insanı gələcəkdə dünyanın əmək bazarında özünə iş tapmaq üçün normal təhsil verən ali məktəbləri axtarır. Diqqətçəkən məqamlardan biri də odur ki, son dövrlər Azərbaycandan xaricə təhsil almaq üçün  gedən gənclərin sayı kifayıt qədər artıb və bu da artan templə davam edir. Nə qədər ki, Azərbaycanda ali təhsil sistemində mövcud problemlər var, bizim ali məktəblər xarici ali məktəblərlə rəqabət apara bilməyəcəklər. Bu gün bizim savadlı gənclərimiz var ki, onlar Avropanın ən populyar, yüksək səviyyədə təhsil verən ali məktəblərində təhsil alırlar. Azərbaycan universitetlərinin əksəriyyəti yüksək təhsil verə bilmir. Xarici ali məktəblərin qatıldığı Beynəlxalq Təhsil Sərgisində ölkəmizin də ali məktəbləri iştirak edirlər. Ancaq açığı, düşünürəm ki, bizim ali məktəblər o sərgidə nə ilə təmsil olunurlar? Onlar 30-40 il bundan əvvəlki proqramlarınmı, təhsilinmi təqdimatını edəcəklər? O sərgiyə gələnlərin 90 faizi xarici ali məktəblərlə maraqlanırlar. Bizim ali təhsil müəssisələrinin vəziyyəti göz önündədir. Bir neçə ilə qədər Azərbaycanda ali məktəblərdə islahatlar keçirilməsə, nəticələr pis olacaq. Ali məktəblərin idarə olunmasından yeni sistemlərin oturuşmasına qədər xeyli iş görülməlidir. Heç olmasa xarici təcrübənin öyrənilməsi həyata keçirilməlidir ki, onlar dünya reytinqinə hansı yollarla çıxa bilirlər. Bizim ali məktəblər isə çıxa bilmirlər. Bu gün dünyada inkişaf o səviyyədədir ki, dəyişikliklər dinamik sürətlə baş verir”-deyə bildirən İ.Orucovun sözlərinə görə, dövlətin təhsil siyasəti kifayət qədər müsbətdir və mütərəqqidir. Onun bildirdiyinə görə, dövlətdən fərqli olaraq, ali məktəblərin bir çoxu özləri ortaya konkret iradə qoymurlar. Ali məktəblərimizin öz üzərilərində çalışmalı olduğunu və xaricdə təhsil alımış gəncləri müəllim kimi cəlb etməsinin vacibliyini deyən İ.Orucovun qeyd etdiyinə görə, 2007-2015-ci illərdə dövlət hesabına xaricdə təhsil alan gənclərlə bağlı proqram həyata keçirilib. “Azərbaycanda elə bir ali təhsil müəssisəsi yoxdur ki, o, yüksək səviyyədə təhsil verə bilsin. Sözsüz ki, burada Azərbaycan Diplomatik Akademiyası istisnadır. Orada həm xaricdə təhsil almış gənc azərbaycanlı mütəxəssislər dərs deyir, həm də ki, ADA-da təhsilin keyfiyyəti yüksəkdir. Bilirsiniz, Azərbaycanda təhsil almağa gələn ölkələrin vətəndaşlarına nəzər salsaq görərik ki, bura təhsil almağa gələnlər öz ölkəsində təhsilin səviyyəsi həddən artıq aşağı olanlardır. Nə üçün hansısa bir ingilis bizim ölkədə təhsil almaq istəməsin? Təbii ki, bunun da səbəbləri var. Təəssüflər olsun ki, Azərbaycanda ali təhsil müəssisələri yüksək standartlara cavab vermir. Bizim ali məktəblərin maddi-texniki bazası, bütövlükdə, sistem dəyişməlidir” - deyə bildirən İ.Orucovun sözlərinə görə, Azərbaycanda təhsil haqqı həddən artıq baha olsa da, bu qiymətə uyğun ali təhsil verilmir. O hesab edir ki, yüksək təhsil haqqı tələb edən ali məktəblər tələbələrə yüksək təhsil verməli və onları müasir əmək bazarının tələblərinə cavab verən mütəxəssis kimi yetişdirməlidirlər.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ