şənbə günü, 14 noyabr 2026
     

Əsgər şücaəti, zabit qeyrəti, vətəndaş məhəbbəti...

Image


Tovuz rayonunun “N” saylı ön xəttində xidmət edən oğlumun yanına yola düşəndə çox pəjmurdə idim. Harda qalacağım, harda gecələyəcəyim məni olduqca narahat edirdi. Elə ona görə də yola düşməzdən əvvəl feysbuk səhifəmdə belə bir paylaşım etdim: “Mən elə bilirdim hər rayonumuzda, hər bölgəmizdə heç olmasa bir dostum, bir tanışım var. Ancaq nə qədər fikirləşirəm, Tovuzdan bir nəfər də yadıma düşmür”.

Bu sətirləri ona görə yazmışdım ki, yadıma düşməyən kimsə varsa, üzə çıxsın. Tovuza çatanda isə tamam başqa mənzərə ilə qarşılaşdım. Açığı, bu yerlərə gəlişim də birinci səfər idi. Tovuzda yaşayan yazıçı- şair dostumuz Vaqif İsaqoğlunun mənə çox köməyi dəydi. “Tovuz” rayon qəzetinin baş redaktoru Çingiz Qəribli bizi qarşıladı. Onun xarakterik keyfiyyəti, işıqlı düşüncəsi, yumorlu təbiəti və digər gözəl xüsusiyyətlərilə Tovuz eli, Tovuz camaatı haqqında bizdə ilkin təssürat yarandı.
Tovuzda qaldığım bir neçə gün ərzində şahidi oldum ki, bu dağlar diyarında yaşayan insanların hər biri, sən demə, insana bir dost, bir qardaş, bir doğma imiş. Bilmirəm təbiətindəndi, suyundan, torpağındandır, hər nədəndirsə, bu el, bu oba mənə çox doğma, çox məhrəm gəldi. Uzaqdan gələn qonaqlara, rayon ərazisində xidmət edən əsgərlərin valideynlərinə xüsusi bir diqqət, qayğı gördüm. Hər kəs biləndə ki, uzaq yoldan gəlmisən və burda xidmətdə olan əsgər oğluna baş çəkəcəksən, kimliyindən asılı olmayaraq səni evinə qonaq dəvət edir.
Biz də bir kişinin evində gecələdik. Ev sahibi Qəfər adlı fiziki-mənəvi sağlamlığı ilə seçilən zəhmətkeş bir oğlan idi. Onlardan ayrılıb gedəndə, həyətlərindəki payız barından alma, qoz, fındıq və s. meyvələrdən bizə pay da qoyub- əsgərlərə verərsiniz,- dedilər. Biz də elə o payı əsgərin özünə və alaydakı dostlarına çatdırdıq.
...Nəhayət, Tovuz rayonundakı N saylı ön xəttə yerləşən yüksəkliyə qalxırıq. Dağlar o qədər hündürdür ki, başını qaldırıb yuxarı baxdıqca adamın alnı, sifəti qırışır. Dağların başında da soyuq rüzgar daşlara, qayalara çırpılır və insan sifətində əks-səda verir. Çox zəngin meşələr, addımbaşı çağlayan soyuq bulaqlar bu yerlərin görkəminə və ruhuna hüdudsuz bir gözəllik qatır. Bu dağların, bu yerlərin əşrəfi isə elə o dağların zirvəsində düşmənlə üz-üzə dayanmış, barmağı tətikdə olan əsgərlərimiz, zabitlərimizdir.
...Əsgərlərlə görüşürəm. Olduqca şən əhval-ruhiyyədədirlər. Amma mən çox üşüyürəm. Bilmirəm, canımda gəzən üşütmə, titrəyiş bu zirvədəki soyuğa görədir, yoxsa bu zirvədən görünən - düşmən tapdağında qalmış Vətənin paramparça yerlərinə görə. Hər halda, bu ağrını içdən yaşayıram. Və sən demə bu, kənardan da açıq-aydın sezilirmiş. Məni dərhal aşağı endirdilər. Düşmənin sığındığı səngərlərə, mövqelərə isə baxmağa belə imkan vermədilər. Yəni təhlükəsizliyimi təmin etdilər. Hərbi qayda-qanunlara, nizamnaməyə, hər bir əsgər kimi, o yüksəkliyə qalxan əsgər ata-anaları da əməl etməlidirlər və edirlər də.
Tovuzu əhatəyə almış uca dağların zirvələri boyu əsgərlərimiz keşikdədir. Həftənin şənbə-bazar günləri valideynləri ilə əsgərlərin görüş imkanı var. Əsgərlərimiz kimi, valideynlərin də ruhunda bir döyüş əzmi, bir mübarizə ovqatı olduğunu görməmək mümkün deyil. Orda olduğum qısa müddətdə mənə “ad” da vermişdilər- gürcü filmi “Əsgər atası”ndakı Maxaraşvili obrazına oxşayırmışam.
Demək istəyirəm ki, ordumuzda da, vətəndaşlarımızda da torpaqlarımızı azad etmək, düşməndən intiqam almaq, qələbə qazanmaq istəyi gördüm.       
Fürsətdən istifadə edib oğlumun da tabe olduğu ön xətdəki mövqelərin birinin tabor komandiri ilə görüşə bildim. Ayaqüstü üç-beş dəqiqəlik söhbətimiz əsnasında onun nə qədər cəsur bir zabit olduğunun da fərqinə vardım. Piriyev Rəşad Piri oğlu – gənc zabitin keçdiyi uğurlu döyüş yolu Azərbaycan tarixinin artıq geridə qalmış şanlı səhifələrindən birinə çevrilib. Gələcək nəsillər bu səhifələri qürurla oxuyacaqlar.
Gənc yaşında mayor rütbəsinə sahib olmaq xırda məsələ deyil və zabitimiz Azərbaycan silahlı qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi fərmanı ilə təltif olunub. Lələtəpə döyüşlərinin kapitanı bu uğurlu əməliyyatdan sonra vaxtından əvvəl mayor rütbəsinə yüksəlib. Elə həmin döyüşlərdə Rəşad general Səməd bəy Mehmandarov adına medala da layiq görülüb. Bu gün də gənc zabitimiz aldığı medalı və çiyinlərində gəzdirdiyi hərbi nişanı fəxarətlə daşıyır. Onun dağların zirvəsindən düşmən tərəfə boylanan qırğı gözlərindən heç nə yayına bilməz. İti və çevik addımlarla yeriyən, hərəkətlərilə şimşək işığını yada salan Azərbaycan zabiti həm də olduqca sadə və mehribandı. Əsgərlər komandirlərinin diqqət və qayğısından, nəvazişindən, həmçinin onun hərbi nizamnaməyə uyğun sərt davranışlarından olduqca razıdırlar.
Rəşad Piriyev gözümdə təkcə özünün fərdi xüsusiyyətlərilə ucalmadı. Həm də məndə Azərbaycan zabitinin ümumiləşmiş bir obrazını yaratmış oldu. Mənəvi-əxlaqi dürüstlüyü, fiziki-psixoloji hazırlığı məndə həm bir əsgər atası, həm də bir yaradıcı insan kimi yadımdan çıxmayacaq xoş təəssürat yaratdı.
...Dağlardan üzüaşağı enəndə, artıq addımlarımı arxayın atırdım. Kürəyimə söykənən dağlar gülləkeçirməz idi. Öz kökü ilə qayalarda lağım atan min illərin qocaman ağacları öz mərdanə duruşları ilə hərəsi bir əsgərə bənzəyirdi. Elə həm də əksinə demək olar. Əsgərlərimizin, zabitlərimizin hər biri gözümdə dağların sinəsində fəsillərin sərt üzünə duruş gətirən o şahanə ağaclar qədər qüdrətli idi. Oğlumun komandiri mayor Rəşad Piriyev isə valideynlərə həm də sözləri ilə böyük təskinlik verməyi az qala bir pedaqoq, psixoloq kimi məharətlə bacarır: “Ordumuz  peşəkar bir səviyyədədir, artıq 90-cı illərin ordusu deyil. Daha Vətənimizin, torpağımızın vahid komandanlıq altında birləşən, müasir silahlarla təmin olunmuş nizami bir ordusu var. Və bu nizami ordunun arxasında ona öz misilsiz məhəbbətilə dəstək olan xalqımız dayanır. Hökumət, xalq, dövlət birliyi - bax, bu gördüyünüz yüksəkliklərdə keşik çəkən əsgər və zabit heyətinə, o cümlədən bütövlükdə ordumuza daim qol-qanad verir. Biz güclüyük. Təkcə silah-sursatımızla, hərbi texnikamızla, mənəvi-psixoloji hazırlığımızla deyil, həm də haqqımızı tələb etməkdə, ədalətimizə güvənməkdə güclü, qüdrətliyik. Biz işğalçı, qəsbkar deyilik. Biz qansız, cəllad ermənilər kimi zalım bir ordunun əsgər və zabitləri deyilik. Biz humanizm prinsiplərilə hərəkət edirik, dinc insanlarla heç bir işimiz yoxdur. Hətta təsadüfən bir silahsız erməni, bir kənd sakini əlimizə keçsə, onu düşmən tərəfə təhvil verərik”.
... Telefonun çağırış səsindən Azərbaycan himni və Ulu öndərin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” məşhur fikri eşidilən zabit, Lələtəpə fatehi Rəşad Piriyev bütün hallarda haqlıdır.  Ordumuz tezliklə qarşıdakı dağları aşaraq düşmənin doğma torpaqlarımızdakı yuvalarını, mövqelərini dağıdaraq, onları Azərbaycan ərazisindən çıxarmağa müvəffəq olacaq. 
Lələtəpə uğrunda onlarla dostunu, doğmasını şəhid vermiş, intiqam hissilə yaşayan cəsur komandirin özü də belə dedi. Ali Baş Komandanın bircə əmri yetər ki, düşmən bütün istiqamətlərdə külli-kuf olsun.
...Əsgər şücaəti, zabit qeyrəti, vətəndaş məhəbbəti- bunlar ayrı-ayrılıqda bəlkə də hərəsi bir bulaq, dağ çeşməsidir. Amma birləşəndə kükrəyən sel olur- el gücünə bərabər sel...
Fariz ÇOBANOĞLU
yazıçı-publisist, Prezident təqaüdçüsü



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ