65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov Parlamentdə vətəndaşları növbəti dəfə qəbul edib.
Milli Məclisdən “Bakı-Xəbər”ə verilən məlumata görə, qəbulda həm səhhətində müxtəlif problemləri olan vətəndaşlar, həm də Əhliman Əmiraslanovun təmsil etdiyi 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan və əsasən sosial problemlərinin həlli üçün müraciət edən seçicilər iştirak edib. Müraciət edən vətəndaşları ayrı-ayrılıqda qəbul edən Əhliman Əmiraslanov onları narahat edən məsələləri, onların problem və təkliflərini dinləyərək bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib.
Baki-xeber.com