şənbə günü, 14 noyabr 2026
     

Halal zəhmətə tapınan ömür salnaməsi

Image


Akif Xalıqov  vətəni  üçün çalışan, xalqla  birlikdə nəfəs alan əsl ziyalı, xoşbəxt şəxsiyyətdir. O, 43 ildir gənc nəslin təlim-tərbiyəsi ilə məşğuldur.  Millətin  zəngin mənəviyyatını, saf əxlaqını öz xarakterində cəm etməklə böyük inam və ehtiram sahibidir. Sadəliyi, təvazökarlığı, insanpərvərliyi, xeyirxahlığı yaşadığı Lənkəran torpağında hamı üçün həyat məktəbidir. Məhz   bəşər övladına xas olan  bu nəcib keyfiyyətlərinə görə onunla qürur duymaq, onu millətin milli-mənəvi sərvəti, dayağı saymaq olar.

1955-ci ildə odlar yurdumuzun cənub mirvarisi sayılan Lənkəran rayonunun  mərd, yurd qədri bilən övladları  sayəsində  tanınan  Əşlə kəndində bir oğlan  uşağı dünyaya  göz açır.  Qohum-qonşu yığışıb ona Akif adını verirlər. El-obanın qeyrətli, çörəkli  kişisi, atası Sahib  yaxşı əməl sahibi olaraq  həyatda insanları sədaqətə, müqəddəsliyə çağırmaqla  zaman-zaman görünən yaxşı ad qoymuşdu. Belə halal ocaqda milli ruhda tərbiyə alan,  saf  arzularla boy atan  Akif  yetkin yaşa çatdıqda  xalqına xidmət etməklə  insanlar arasında layiqli mövqe tutmağı qarşısına məqsəd qoyur.

Orta məktəbdə oxuyan vaxt biliyinə, daxili zənginliyinə görə   sevilir. Fitri  istedadı onun parlaq gələcəyindən, doğma elinə layiqli oğul olacağından xəbər verir. Respublika üzrə  fizika olimpiadasında qalib  gəlməsi  bu bilikli  şagirdin nələrə qadir olduğunu göstərir.  Böyüklərə xas işgüzarlığı, özünə qarşı tələbkarlığı  da öz yerində. Orta məktəbi  bitirəndə Akifin intellektual səviyyəsi, mənəvi mədəniyyəti  onu cəmiyyətin gözündə bir pillə də ucaldır.

Məktəbdə oxuya-oxuya Akifin uşaq qəlbində qərar tutan  müəllim olmaq istəyi də  elə  vətən, millət sevgisindən yaranır. Sevda yolçusuna  dönən  çiçək ətirli  arzusu  onu 1971-ci  ildə   Azərbaycan Pedaqoji İnstitutuna gətirib çıxarır. İmtahan verib institutun fizika fakültəsinə daxil olur.  Ali məktəbdə  oxuduğu ilk günlərdən  bacarıqlı, savadlı tələbə kimi ona dərs deyən  müəllimlərin, alimlərin diqqətində qalır. Qətiyyətlə oxuyur, öyrənir. Sevdiyi müəllimlik peşəsinin   sirlərinə  bələd olmaqla  hörmət, rəğbət qazanır, adı sevimli tələbələr sırasına düşür. Bununla bərabər, həm də  tez-tez imzası  mətbuat səhifələrində görünür. Necə deyərlər, fizika elmində yüksək pillələr qət etmək  arzusu  onu daim arayıb-axtarmağa çəkir və institut alimlərin mütərəqqi  təcrübələrdən  ürəyincə bəhrələnir. Mükəmməl fizika elminə bələd müəllim kimi  doğma  Lənkərana qayıdır. Ümidlə yolunu gözləyən xalq onu  böyük məhəbbətlə qarşılayır. Elə bu isti münasibətlə də  bir vətən övladının  səadətə doğru gedən günlərinin  təməli qoyulur.

Akif  Xalıqov 1975-ci ildə Lənkəran rayonunun Kərgəlan kənd orta məktəbində fizika müəllimi işləməyə başlayır. Qısa müddətdə  dövrün sayılıb-seçilən, cəmiyyətdə müəllim peşəsinə şərəf gətirən insanlardan biri kimi özünü göstərir. Bütün fəaliyyətini  pak, təmiz amallara kökləməklə   sevib-seçdiyi fizika fənninin incəliyini şagirdlərinə  həvəslə öyrədir. Dərsləri o qədər maraqlı keçir ki, onlar sənət əsərinə dönüb qəlblərə hopur.  7 il bu bilik ocağında fizika dərslərini tədris edir. Elmin işığında keçən ömründən şagirdlərinə  nurlu pay verə-verə ucalır, məktəbin ən öncül  müəllimi olur. Bacarığı, eləcə də  başqa nəcib insani keyfiyyətləri  onu cəmiyyətin gərəkli oğlu edir. Akif  müəllim  öz zəngin, hərtərəfli  biliyini dövri mətbuatda da sınayır. Fizika elmi ilə bağlı diqqətçəkən yazılar qələmə alır.

Pedaqoji işin incəliyinə  tam bələd olan, bu sahəni mükəmməl bilən, yeniliklərə meylli, qurucu, təşəbbüskar  ziyalı tək  Akif müəllim rayonda  yaxşı tanınır. Rəhbərlik də öz növbəsində  müdrik seçim edir,  onu rayonda  böyük  təhsil ocaqlardan  biri olan  Hafthoni qəsəbə orta məktəbinə direktor seçir. Bu seçim  yaradıcı müəllimin qarşısında fəaliyyəti üçün  daha geniş meydan açır. Birinci  xidməti vəzifəsinə vicdanla yanaşır. Xeyirxahlıq, müdriklik göstərməklə  xalqına, millətinə  sədaqətli xidməti kollektivin  qarşısında  əsas məqsəd qoyur. Özü nümunə olmaqla başına yüksək elmi biliyə malik, sənətinə qəlbən bağlı, işinə məsuliyyətlə yanaşan  müəllim heyəti toplayır. Tükənməz həyat eşqi ilə çalışır, məktəbdə şagirdlərin  milli zəmin əsasında  vətənpərvərlik ruhunda tərbiyəsini öndə saxlayır. Müəllimlərə həssaslıq, qayğıkeşlik göstərməklə bərabər, eyni zamanda  işində son dərəcədə tələbkar olur. Haqqın, düzlüyün, mənəvi idealların carçısı olmaqla yaratdığı sağlam mühit müəllimlərin təfəkkürünə təsir etməklə məktəbdə yaxşılığa doğru çox şey dəyişir. Başlıcası, kollektivdə hamı  işinin məsuliyyətini bilir, onu ləyaqətlə görür, millətin sağlam, firavan gələcəyi naminə  səylə çalışır. Nəticədə  məktəbin ürəkaçan uğurları ilbəil artır, hətta respublikanın ən qabaqcıl  tədris ocaqları kimi  özünəməxsus yer tutur. Sözün qısası, Akif müəllimin  məktəbə rəhbərlik etdiyi 30 ildə  yüksək şəxsi mənəvi-əxlaqi keyfiyyətləri, nümunəvi, vicdanlı əməyi Azərbaycanda təhsilin inkişafına  böyük fayda verir.

Onu da deyimi ki, görkəmli pedaqoq, nəcib insan  Akif müəllim təcrübi fəaliyyətini də  elmi yaradıcılıqla  əlaqəli qura bilir. Yəni  mühazirə mətnləri, metodik dərs vasitələri hazırlayır,  pedaqoji mətbuatda məqalələr dərc etdirir. Azərbaycandan kənarda - Rusiyada, İsraildə, İranda  keçirilən bir sıra beynəlxalq  elmi konfransların iştirakçısı olmaqla, “ Təhsilin keyfiyyətinin  müəyyənləşdirilməsi  və demokratik idarə  olunması “ mövzusunda çıxışı  müxtəlif dünya alimləri tərəfindən rəğbətlə qarşılanır.

Akif müəllim dərin biliyi, gərgin əməyi, zəhmətsevərliyi sayəsində  çox uğurlara imza atıb. 2000-ci ildə Lənkəran Universitetin  fizika-riyaziyyat kafedrasının dissertantı olur. “ Orta ümumtəhsil  məktəblərində  fizikanın tədrisi prosesində  şagirdlərdə  marağın artırılması yolları”  mövzusunda  namizədlik dissertasiyası müdafiə edərək  alimlik  dərəcəsi alır.  Bu dövrdə  onun elmi məqalələri,  kitabları, metodik tövsiyələri  işıq üzü görür və  onların təhsildə  tətbiqi üçün  təkliflər verilir. Elmi-pedaqoji fəaliyyətinin ən kamil, səmərəli  dövrü başlanır.

2003-cü  ildə  pedaqoji mühazirələrin respublika və  “ Qəlbimi uşaqlara verirəm”  nümunəvi tərbiyə proqramı müsabiqələrin  birinci dərəcəli diplomuna layiq görülür. Ayrı-ayrı vaxtlarda  müxtəlif seminar, böyük əhəmiyyətli  layihələrdə  öz zəngin yaradıcılıq imkanlarını üzə çıxarır. İsrail dövlətinin  Qaliley  kollecində  “ Cəmiyyətinin demokratikləşdirilməsi  şəraitində məktəbin idarə olmasının  müasir  metodlarına dair”, Açıq Cəmiyyət İnstitutu yardım fondunun “Demokratiyanın  məktəbdə tədrisinə giriş”, “ Fəal təlim və məktəb rəhbərliyi üzrə tədris çərçivəsində”  Təhsil Nazirliyinin, eləcə də UNİSEF tərəfindən  keçirilən seminarlarda   fərqlənir. “ Addım-addım proqramı” üzrə  tədris kursunu uğurla  bitirir.

Böyük yaradıcılıq  təfəkkürə malik Akif  müəllim tələsmədən, təmkinlə, ləyaqətlə  dəyərli işlər görür, fəaliyyətinə yeniliklər gətirir, ilhamla arayıb-axtarmaq həvəsi qaynar bulaq tək çağlayır.  Bilik, ziya ocağı olaraq rayonda təhsillə  bağlı bütün tədbirlərdə seçilir. Respublikanın ayrı-ayrı regionlarda   ilk dəfə  keçirdiyi  təlim kursları  sanbalı ilə yaddaşlara yazılır. Tövsiyələri  bir qayda olaraq  sağlam, savadlı, vətənpərvər gənclər yetişdirmək  məramı daşıyır. Lənkəran Dövlət Universitetində  apardığı on beş günlük inandırıcı dəlil və sübutlara əsaslanan seminarlar Akif müəllimin  özünəməxsus biliyini, illərlə topladığı zəngin təcrübəsini  aydın şəkildə göstərdi.

Akif müəllim  fizika elminin inkişafına  sanballı töhfələr verməklə yüksək pillələr qət edir. Tanınmış  pedaqoqun yaradıcılığı  özünün  ictimai dəyəri, aktuallığı  ilə  diqqət çəkir. O, 100-dək  elmi məqalənin  müəllifidir. 4 kitab yazıb, onun üçü elm aləmində yüksək səviyyədə qarşılanan, Təhsil Nazirliyinin  elmi-metodik şurasının fizika bölməsi tərəfindən  qəbul olunmuş  metodik vəsaitdir. “Fizikanın tədris prosesində  şagirdlərdə  təlimə  marağın və yaradıcı təfəkkürün formalaşması”  (Bakı, 2001), Ⅷ-Ⅷ  siniflər üçün nəzərdə tutulmuş, T. Əzizovla birgə yazdığı “Fəal təlim metodları və onların fizikanın  tədrisi prosesındə tətbiqi” ( Bakı, 2002), “Fizikanın  tədrisində fəal və interaktiv təlim metodların tətbiqi “( Ⅶ sinif, Bakı, 2007), A. Mehrabovla  birgə  qələmə alınmış, Bakıda nəşr olunmuş  “Azərbaycan Memarlıq  Akademiyasının inkişafı” kitabları  gərgin əməyin məhsuludur.  Akif müəllimin  maraqlı tədqiqatlara əsaslanan çoxsaylı  yazılarına “Azərbaycan məktəbi”, “Fizika, Riyaziyyat və İnformatika” jurnalları, respublikanın digər mətbu orqanları öz səhifələrində geniş yer verir. “Fizikanın tədrisi zamanı şagirdlərdə təlimə marağın artmasında fənlərarası əlaqənin rolu”, “Elektrik sahəsinin kənd təsərrüfatı və təbiətlə  əlaqəli tədrisinə dair”, “Fizikanın tədris prosesində fəal təlim metodlardan istifadə təcrübəsindən”, “Elektroliz qanunlarının doğruluğunun nümayişi”, “Fizikanın tədrisində folklor  nümunələrdən  istifadə təcrübəsindən”,  “Kompton effekti mövzusunun  tədris metodikası”, “Nəsirəddin Tusinin  həyatı və elmi fəaliyyəti  haqqında”, “Təlimə marağın artmasında fəal  təlim metodlardan istifadə”, “Təhsil və mədəni strukturun inkişafı dinamikası”, “Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsi və demokratik  idarə olunması” elmi, metodik  məqalələri  Akif müəllimin yüksək erudisiyasını, dərin analitik qabiliyyətini göstərməklə  fizika elminin mükəmməl öyrənilməsində, ən yeni qabaqcıl texnologiyalara yiyələnməkdə, təhsil sahəsində bir çox  vacib addımlar  atmaqda  müstəsna rol oynayar. Onun qələmindən çıxanlar gənc tədqiqatçılar tərəfindən genış istifadə olunur.

Akif müəllim yaxşı başa düşür ki,  millətin gələcək taleyi  ilk növbədə  məktəbdən asılıdır. Bu saf amalla həyatının mənasını  gənc nəslin təlim-tərbiyəsində görür, ürəyinin hərarətini  onlardan əsirgəmir. Ömrünü kitabların işığında, günlərini şagirdlərin arasında keçirməklə  özünü dünyanın ən xoşbəxt adamı  bilir. Hazırda Lənkəran şəhər 6 saylı  orta məktəb-liseyinin direktorudur. Müəllim peşəsinə halal sevgisi, mənəvi mənəvi saflığı, ədəb-ərkanı  onu insanlığın ən uca zirvəsinə qaldırıb.  Məktəbə daxil olmaqla  xoş təəssürat yaradır,  peşəkarlığı  bütün müəllim kollektivinə qol-qanad verir. Hər kəslə öz dilində danışır,  ilk baxışdan ürəklərə nüfuz etməyi bacarır. Yüksək nizam-intizamı, bacarıqlı bir təşkilatçı kimi tədris metodları  rayonun təhsil işçilərinə örnəkdir. Rayonun başqa təhsil ocaqlardan  onun təcrübəsini öyrənməyə gəlirlər. Məsləhətindən faydalanan yalnız uğur qazanır. Bunlara görə Akif müəllim bir daha sevilir.

Liman 1saylı tam orta məktəbinin direktoru Əlövsət Qurbanov həmkarı haqqında  belə deyir:-  Akif müəllim seçdiyi yolunu şərəflə, ləyaqətlə gedir. O, əsl yaradıcı pedaqoqdur. Onu xalq tərəfindən  böyük hörmətlə qarşılamağın səbəbi özünü elmə, sənətə həsr etməsidir. Vətənə, millətə sədaqəti,  məhəbbəti ondan öyrənməyə dəyər. Elm sahəsində yaradıcılığı, direktorluq işi  el-obanın inkişafında əvəzsizdir. Həmkarım təhsildə qazandığı uğurlara görə  dəfələrlə Respublika Müəllimlər Qurultayına  nümayəndə seçilib.  Bu il Respublika üzrə keçirilən  pedaqoji mühazirələrində  qalib  olmaqla  Respublika Təhsil Nazirliyinin fəxri fərmanına  və qiymətli hədiyyələrə layiq görüldü.  Aldığı “ Əməkdar müəllim” fəxri adını   da əməli fəaliyyətində doğruldur...

Akif müəllim kimi şəxsiyyətləri olan yerdə odlar yurdu Azərbaycanımız   heç vaxt öz qürurunu itirməz. Yaxşı insanların yaratdıqları əbədidir.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ