şənbə günü, 14 noyabr 2026
     

Azərbaycandilli ilk orta məktəbimizin 100 illik yubileyi… - MÜSAHİBƏ

Image


”... milli təhsil məsələsi öz həllini Azərbaycanda Xalq Cümhuriyyəti qurulduqdan sonra tapdı”
“Yubileyin keçirilməsi həm də milli təhsil quruculuğunda mühüm səhifə olan məktəbin tarixini pedaqoji ictimaiyyət, gənc nəslin öyrənməsi baxımından vacibdir”

 

Milli maarifçilik, təhsil, tədris irsimiz hər zaman diqqət mərkəzində saxlanmalı və təhsil tariximizə lazımi səviyyədə qiymət verməliyik. Çoxlarımız belə düşünür ki, Azərbaycanda milli təhsilin tarixi ölkəmizdə qurulan rus-tatar məktəblərinin yaranması ilə bağlıdır. Əslində isə bu belə deyil. Azərbaycanda ilk milli məktəb Azərbaycan Xalq Cümhuriyyəti dövründə açılıb. Ana dilində ilk milli məktəbimiz Cümhuriyyətimizin yaşıdıdır. Bu il həm ana dilində ilk milli məktəbin yaradılmasının, həm də Qori Seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçürülməsinin 100 illiyidir.

Tanınmış təhsil mütəxəssisi Məlahət Mürşidli ilə ana dilində ilk milli məktəbimizin tarixi, o dövrkü cəmiyyətdəki rolu və s. barədə söhbət etdik.

- Məlahət xanım, Azərbaycanda ana dilində ilk milli məktəb yaranmamışdan əvvəl təhsil sahəsində hansı proseslər gedirdi?

- XX əsrin əvvəllərində baş verən 1905-ci il inqilabı Azərbaycan ictimai-siyası həyatında böyük bir canlanma əmələ gətirmişdi. Bu canlanma ölkənin bütün sahələrində olduğu kimi, maarif sahəsində də hiss olunurdu. Həsən bəy Zərdabi, Məhəmməd Tağı Sidqi, Mahmud bəy Mahmudbəyov, Firudin bəy Köçərli, Rəşid Əfəndiyev, Sultan Məcid Qənizadə, Üzeyir bəy Hacıbəyov, Fərhad Ağazadə, Süleyman Sani Axundov, Abdulla Şaiq və digərlərinin timsalında böyük maarifçilik hərəkatı meydana gəldi. O dövrdə mövcud olan rus-tatar məktəblərində oxuyanların 31%-i azərbaycanlı idi. Bu məktəblərdə isə təlim-tərbiyənin məqsədi birbaşa olmasa da, dolayısı ilə gənc nəsli şovinizm ruhunda tərbiyələndirməyə xidmət edirdi. Məhəmməd Əmin Rəsulzadə bu dövrü xarakterizə edərək yazırdı: “Çarizm Azərbaycanda ruslaşdırma siyasətini iki istiqamətdə həyata keçirməyə başladı: birinci, üləmaları, mollaları və əfəndiləri idarələrdə məmur vəzifəsinə təyin edərək öz xidməti qulluqçularına çevirirdi; ikincisi isə azərbaycanlı uşaqları rus məktəblərində oxudub, onlardan rus təbiətli “uçitellər” hazırlayırdı. Beləliklə, doğma klassiklərimiz əvəzinə, Güney Azərbaycandakı “mirzələr” Firdovsini, Sədini, Şimali Azərbaycandakı “uçitellər” isə Puşkini, Lermantovu, Tolstoyu və başqalarını təbliğ etməyi aşılayırdılar. Nə farslaşmış “mirzələr”, nə də ruslaşmış “uçitellər” xalqın istək və arzularını başa düşürdülər. Lakin tədricən “uçitellər” anladılar ki, xalqımızın övladlarına Tolstoy, Puşkin, Lermantovla yanaşı, Füzulini, Sabiri, Şirvanini, Cavidi, Əhməd Cavadı öyrətmək lazımdır”.

Xalqın savadsızlığının aradan qaldırılması, ana dilində məktəblərin açılması, proqram və dərsliklərin yaradılması, müəllim kadrlarının hazırlanması dövrün maarifçilərini düşündürən başlıca məsələlər idi.

- Ana dilimizdə milli məktəbin əsası hansı şəraitdə qoyuldu?

- O dövrdə ana dilində milli məktəb açmaq olduqca çətin idi. Dövrün maarifçi ziyalılarının səylərinə baxmayaraq, çarizm dövründə bu məktəbin yaradılması mümkün olmadı. Lakın zamanın diktə etdiyi ana dilində milli təhsil məsələsi öz həllini Azərbaycanda Xalq Cümhuriyyəti qurulduqdan sonra tapdı. ADR hökumətinin Gəncə şəhərində verdiyi 28 avqust 1918-ci il tarixli ilk dekreti məhz məktəblərin milliləşdirilməsi haqqında idi. Birinci dəfə olaraq ana dili bərabərhüquqlu dil kimi elan edildi və azərbaycanlılar öz ana dilində oxumağın nəinki mümkün olduğunu, hətta zəruri olduğunu başa düşdülər. Arxiv materialları göstərir ki, bu tədbirlər çox çətin və mürəkkəb şəraitdə həyata keçirilirdi. Uşaqları anadilli, yeni məzmunlu proqram və dərsliklərlə fəaliyyət göstərən məktəblərə cəlb etmək çox çətin idi. Dekretin mahiyyətinin valideynlər tərəfindən dərk edilməsi üçün mütərəqqi fikirli müəllimlər mütəmadi olaraq valideynlərlə görüşür və həmkarlarını da buna səsləyirdilər. Bu müəllimlər sırasında biz bir tərəfdən çox tanınmış, uşaqlara həqiqi elmi biliklər verməyə səy edən və Azərbaycan dilini zənginləşdirməyə çalışan Abbas Səhhəti, digər tərəfdən ilk milli məktəbin – “Nümunə məktəbi”nin yaradıcısı Abdulla Şaiqi görürük.

- Demək, Azərbaycanda təhsilin ilkin milliləşmə dövrü 1918-ci ildə baş verib. Milli məktəb cəmiyyətdə nə kimi əks-səda doğurdu?  

- Professor Fərrux Rüstəmov özünün “Milli maarifimizin qaranquşları” adlı məqaləsində məktəbin yaranmasının böyük əhəmiyyət kəsb etdiyini göstərərək yazır: “İlk dəfə orta təhsilin milliləşdirilməsi ADR dövründə həyata keçirilmişdir ki, bu da qüdrətli sənətkarımız Abdulla Şaiqin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə bütün dərslər rus dilində keçirilən Bakı I Realnı məktəbinin nəzdində Azərbaycan dili üzrə üçaylıq kurs açıldı. Bu kursu qurtaran şagirdlər üçün 49 rus sinfi olan Bakı I Realnı məktəbində bütün dərslər Azərbaycan dilində keçirilən bir sinif (üçüncü sinif) açıldı. Bu sinifdə 25 şagird oxuyurdu. Onlar 1924-cü ildə ana dilində orta məktəbi bitirən ilk məzunlar oldular. Məktəbdə Abdulla Şaiqlə birlikdə Camo Cəbrayılbəyli, Qafur Rəşad, Xudaverdi Kələntərli kimi görkəmli pedaqoqlar da dərs deyirdilər.

Azərbaycanda milli kadrların yetişdirilməsində sonralar “Abdulla Şaiq adına nümunə məktəbi” kimi şöhrət qazanmış həmin milliləşdirilmiş məktəbin böyük əhəmiyyəti olmuşdur”. Bu milliləşdirilmiş siniflər sonralar ilk anadilli məktəbin təməli oldu. Bununla da məktəb tarixində dünyəvi proqramları, təlim-tərbiyə üsullarını özündə ehtiva edən milli təhsilin əsası qoyuldu. Məktəb tariximizə “Şaiq Nümunə məktəbi” adı ilə daxil olmuş bu təhsil ocağı çox çətinliklə qurulurdu.

- O dövrdə ölkəmizdə milli təhsilin inkişafına çalışan kifayət qədər ziyalı vardı. Bu halda o məktəb nə üçün çətinliklə quruldu?

- Bilirsiniz, bu, üç başlıca amillə bağlı idi. Birinci, mürtəce fikirli müəllimlər ana dilində yeni siniflərin açılması əleyhinə çıxır, azərbaycanlıları rus məktəblərinə cəlb etməyə çalışırdılar. İkinci, çoxları öz doğma dilini bilmirdi. Maarif Nazirliyi məktəbə şagirdlərin qəbuluna ciddi yanaşır, bu prosesdə dil bilməni vacib şərtlərdən biri hesab edirdi. Şagirdlər müsahibədən keçdikdən sonra milli məktəbə qəbul olunurdular. Dili bilməyənlər üçün əlavə kurslar təşkil edilirdi, dili mənimsəməyənlər isə rus bölməsinə göndərilirdi. Ücüncü səbəb isə ana dilində tədris plan və proqramının, dərsliklərin olmaması, müəllim kadrlarının çatışmaması, sinif otaqlarının azlıq təşkil etməsi, maddi-texniki təminatın aşağı səviyyədə olması idi. C.Cəbrayılbəyli, Ağaəli

Qasımzadə, Qafur Əfəndizadə, Realnı məktəbinin məzunu Sadıq Quluzadə, Qurbanəli Həsənzadə və Abdulla Abasidze kimi dövrün bacarıqlı müəllimləri Abdulla Şaiqin rəhbərliyi ilə bu problemləri aradan qaldırmağa başladılar. Qısa bir zamanda hazırlıq və digər siniflərin tədris planları məktəbin pedaqoji şurasında müzakirə olunaraq təsdiq edildi. Artıq 1918-1919-cu dərs ilində məktəb yeni tədris planları ilə fəaliyyətə başladı. Məktəbin tədris planlarının müasir tələblər baxımından təhlili göstərir ki, bu planlar bugünkü tələblərə cavab verməsə də, bir sıra mütərəqqi fikirləri özündə əks etdirir. Belə ki, tədris planlarında fənlər arasında əlaqələrin zəruriliyi və onların məzmununun təlim və tərbiyənin məqsədləri ilə üzvi surətdə bağlılığı nəzərə alınmışdır. Planda öyrədilən fənlərin siyahısı, tərkibi, keçirilmə ardıcıllığı, siniflər üzrə hər fənnə verilən saatların miqdarı didaktik nöqteyi-nəzərdən əsaslandırılaraq şərhlərlə verilmişdir. Tədris planlarının “Qeyd” hissəsində ana dili və hesab fənnindən əlavə dərs saatına ehtiyac olduqda rəsm və əl əməyinə verilən saatlardan istifadə edilməsinə icazə verilirdi. Daha sonra hüsnxətin türk əlifbasının yazı qaydalarını qavramaqda mühüm rol oynadığı ilə əsaslandırılmış, xarici dil (alman, fransız, rus) fənlərinə ayrılmış dərs

saatlarının çoxluğuna isə izahat verilərək göstərilir ki, mövcud şəraitə görə məktəbi bitirib öz təhsillərini gimnaziya və başqa ali məktəblərdə davam etdirənlərin bu dilləri bilməsi vacibdir.

- Milli məktəbin dərslik problemi necə həll olunurdu?

- Dərsliklərlə bağlı məktəb rəhbərliyi 26-27.01.20-ci il və 17.02.20-ci il tarixli məktublarla Xalq Maarif Nazirliyinin orta məktəblər şöbəsinə müraciət edərək nağd pulla hazırlıq və birinci, ikinci, üçüncü siniflər üçün “Müntəxəbat”, “Ədəbiyyat dərsləri”, “Türk çələngi”, tarix, təbiət, cəbr, coğrafiya dərsliklərinin alınmasına imkan yaradılmasını xahiş etmişdi. Məktublara müsbət cavab alındıqdan sonra dərsliklərin alınması uyğun olaraq fənn müəllimlərinə – A.Talıbzadəyə, A.Aslanova, A.Zeynalova, S.Aşurbəyova, M.Mirzəyevə tapşırılır. Şagirdlər bu dərsliklərlə

pulsuz təmin edilirdi. Eyni zamanda, məktəbdə Abdulla Şaiqin “Türk ədəbiyyatı” və “Milli qiraət” kimi dərsliklərindən də istifadə edilirdi. 1918-ci il iyun ayının 22-də hökumət xüsusi qərar qəbul etdi. Qərarda deyilirdi: “Azərbaycanın milliləşdirilmiş məktəbləri üçün Türkiyədən tədris kitablarının gətirilməsini və müəyyən sayda müəllimlər çağırılmasını zəruri hesab edərək bu məqsədlə İstanbula məlumatı olan bir şəxs ezam edilsin” . “Nümunə məktəbi”nin məzunu olmuş, EA-nın müxbir üzvü mərhum Məhəmmədəmin Salehli söyləyirdi ki, Türkiyədən müəllimlər gələnə qədər məktəbdə bir müəllim bir neçə fəndən dərs deməyə məcbur idi.

- Demək, o dövrdə Türkiyədən dəvət edilən pedaqoqlar da milli təhsilimizin qurulmasında iştirak ediblər?

- Bəli. Türkiyədən müəllimlər gəldikdən sonra bir çox fənlərdən dərsləri bizə onlar deyirdi. Süleyman Hikmət tarixi, İsmayıl Həqiqi fizikanı, Durmuş Əfəndi riyaziyyatı, Hikməti təbiəti, Xəlil Fikrət psixologiyanı, Müzəffər bəy ibtidai sinifdə tədris edirdi. Yerdə qalan fənləri isə yerli müəllimlər tədris edirdilər. Mirzə Abdulla Şaiq, Feyzulla Qasımzadə ədəbiyyatı, Kərim Qazıyev riyaziyyatı, Qafur Rəşad Mirzəzadə, C.Cəbrayılbəyli coğrafiyanı tədris edirdi. Sovet hökuməti qurulduqdan sonra bu müəllimlərin hamısı geri göndərildi. Xalq Maarif Nazirliyi milli məktəblərdə əsaslı kitabxananın açılmasını zəruri hesab edirdi. Bütün çətinliklərə baxmayaraq, hökumət ana dilində kitablar və digər vəsaitlər almaq üçün 4018 manat pul ayırmışdı .

“Nümunə məktəbi”ndə kitabxananın yaradılması üçün hazırlıq işləri Abdulla Şaiqə tapşırılmışdı. Kitabxanada Azərbaycan ədəbiyyatının ən qiymətli nümunələri - “Molla Nəsrəddin” jurnalının külliyyatı, Nəriman Nərimanovun dram əsərləri və s. ədəbiyyatlar toplanmışdı. Məktəb şagirdlərinin xüsusi geyimləri, döş nişanları, çiyinlərinə taxılmış paqonları vardı. Məktəbi bitirəndə şagirdlərə şəhadətnamə verilirdi. Sadalanan bütün bu əşya və sənədlər hazırda Abdulla Şaiqin mənzil-muzeyində saxlanır.

- Azərbaycan Xalq Cümhuriyyəti ilk milli məktəbimizə nə kimi qayğılar göstərirdi?

- ADR zamanı fəaliyyətə başlamış məktəbdə tədrisin keyfiyyəti, müəllimlərin elmi-pedaqoji, metodiki hazırlığı, onların maddi vəziyyətlərinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi hökumətin daim diqqətində olmuşdur. Ölkədə iqtisadi cəhətdən vəziyyətin ağır olmasına baxmayaraq, o biri məktəblərdən fərqli olaraq, “Şaiq Nümunə məktəbi”nin büdcəsi vaxtlı-vaxtında təsdiq edilir, ayrılmış maliyyə gecikdirilmədən ödənilirdi. Məktəb öz fəaliyyətini ADR hökuməti süqut etdikdən sonra da müəyyən müddətə davam etdirdi. 1924-cü ildə məktəbin ilk buraxılışı oldu. Mərhum akademik Məhəmmədəmin Salehli həmin tədbirin çox

təmtəraqlı keçdiyini söyləyirdi: “Mən birinci il idi ki, məktəbdə oxuyurdum. Yadımdadır ki, böyük müsamirə təşkil olunmuşdu. Həmin gecəyə Nəriman Nərimanov da gəlmişdi. O, məzunlara “Ay mənim saqqallı cocuqlarım” - deyərək müraciət etdi. O öz nitqində Azərbaycanın gələcəyindən, məktəb məzunlarının qarşısında duran vəzifələrdən danışdı”.

- Ana dilində ilk milli məktəbin sonrakı taleyi necə oldu?

- O məktəbdə milli və bəşəri səciyyə daşıyan prinsiplərə əsaslanaraq gənc nəslə əxlaqi-mənəvi dəyərlər aşılayan məzmun ortaya qoyulmuşdu. Təlimin məhz bu məzmunda aparılması, milli qürur və düşüncəyə malik müəllimlərin çalışması sözsüz ki, sovet ideologiyasına zidd idi. Rejim öz ideologiyasına uyğun nəsil yetişdirməli idi. Sovet rejiminin yeni yaradılmış Xalq Maarif Komissarlığı elə ilk gündən ana dilində yeni sovet məktəbləri açmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirməyə başladı. Hər şeydən əvvəl açılacaq yeni və mövcud məktəblərin strukturu, təlimin məzmunu və təşkili qaydaları ümumi şəkildə də olsa, müəyyənləşdirildi. Mövcud məktəblərdə bir sıra islahatların aparılması qərara alındı. “Nümunə məktəbi” də bu “islahatlardan” kənarda qalmadı. Elə sovet hakimiyyətinin ilk illərində məktəbdə təlim-tərbiyə işinin məzmunu dəyişməyə başladı, ilahiyyatın tədrisi ləğv edildi. Tarix dərsliklərində hadisələr dövrün tələblərinə uyğun işıqlandırıldı, ədəbiyyat dərslərinin məfkurə istiqaməti başqa səmt aldı. Məktəb iki yerə ayrıldı: aşağı şöbələr və aşağı siniflər birinci dərəcəli doqquzuncu məktəb, üçüncü sinifdən etibarən isə ikinci dərəcəli on ikinci məktəb adlandırıldı. On ikinci məktəb o zaman Fətulla Rzabəyli tərəfindən təməli qoyulmuş Ali Pedaqoji İnstitutun binasına köçürülərək, institutun “Nümunə məktəbi”nə çevrildi (İndiki İstiqlal küçəsi, İqtisad Universitetinin binası - qeyd M.M.). “Nümunə məktəbi”nin axırıncı sinif şagirdləri Pedaqoji Texnikumun əsas siniflərinə keçirildi. Lakin sovet hakimiyyəti illərində də məktəbin üzləşdiyi problemlər öz həllini tapa bilmədi. Türkiyədən gəlmiş müəllimlər öz vətənlərinə döndülər, müəllim kadrlar, dərsliklər, metodiki vəsaitlər çatışmırdı. Hətta vəziyyət o yerə gəlib çatdı ki, Maarif Komissarlığı özünün 48 saylı, 15.12.1923 tarixli qərarı ilə türk pedaqoji kadrların çatışmaması ucbatından uyezdlərdə və rayonlarda “Nümunə məktəbi”nin təşkilinin dayandırılmasını məqsədəuyğun hesab etdi. 16 iyun 1926-cı ildə Nazirlər Kabinetinin iclasında 1926-27-ci dərs ilindən “Nümunə məktəbi”nə şagird qəbulunun dayandırılması haqqında qərar qəbul edildi. Xalq Maarif Komissarlığı Kollegiya iclasında Nazirlər Kabinetinin qərarını yekdilliklə təsdiq etdi. Beləliklə, 760 nəfər şagirdin təhsil aldığı “Şaiq Nümunə məktəbi”nin fəaliyyətinə son qoyuldu.

- Məlahət xanım, söhbətimiz öncəsi dediniz ki, bu il ana dilində ilk milli məktəbin də yaranmasının 100 illiyidir. Cümhuriyyətimizin yaşıdı olan bu məktəbin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi arzunuzdur. Bu barədə aidiyyəti qurumlara müraciət etmisinizmi?

- Bu il 100 yaşı tamam olan “Şaiq Nümunə məktəbi” Azərbaycan məktəb tarixində yeni bir mərhələnin əsasını qoyaraq, fəaliyyət göstərdiyi qısa müddət ərzində milli maarifin inkişafına təsir etdi. İllərdən bəri mövcud olan, köhnə üsulla işləyən rus-tatar (Azərbaycan məktəbi - M.M.) məktəbləri yenidən quruldu, yalnız şəhərlərdə deyil, hətta kənd rayonlarında da (Şəkidə, Salyanda, Şuşada) anadilli, yeni üsulla işləyən məktəblər yaradıldı. Ana dilində plan, proqram, dərslik və dərs vəsaitlərinin yaradılması, təlim-tərbiyə işinin təşkilində demokratik və humanist dəyərlərin öyrədilməsi, ailə və məktəbin əlbir işi istiqamətində müəyyən baza formalaşdı. Ən vacibi isə, elmi-pedaqoji, metodiki biliklərə malik müəllimlər yetişdirildi. Məktəbdə təhsil alanların əksəriyyəti sonralar sovet elminin inkişafında əvəzsiz xidmətlər göstərmişlər.

Fürsətdən istifadə edərək ana dilində ilk milli məktəbin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi üçün Prezident cənab İlham Əliyevə müraciət edirəm. Düşünürəm ki, həm ana dilində ilk milli məktəbin, həmçinin də Qori Müəllimlər Seminariyasının Azərbaycana köçürülməsinin 100 illiyini dövlət səviyyəsində qeyd edilməsi çox mühümdür. Yubileyin keçirilməsi həm də milli təhsil quruculuğunda mühüm səhifə olan məktəbin tarixini pedaqoji ictimaiyyət, gənc nəslin öyrənməsi baxımından vacibdir. Pedaqoji institutlarda, kadrların təkmilləşdirilməsi kurslarında məktəb və maarifimizin tarixini dərindən öyrənmək məqsədilə pedaqogika tarixi kursu proqramına “Şaiq Nümunə məktəbi”nin yaranması və fəaliyyəti ilə bağlı mühazirə, seminar məşğələləri daxil etmək zəruridir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ