şənbə günü, 14 noyabr 2026
     

Ömründən pay verir… - FOTO

Image


Su misalıdır müəllimlər, hara getsələr, həyat bəxş edərlər...

 

ABŞ-da eyni  məktəbi bitirən və müxtəlif dövlət orqanlarında çalışanlar arasında keçirilən sorğunun ilk sualı belə olub: “Ən çox yadınızda qalan müəllim kimdir...”

Sorğuda iştirak edənlərin əksəriyyəti eyni müəllimin adını çəkib. Sonra sorğunu keçirən təşkilat həmin müəllimə “Siz necə etdiniz ki, illər sonra şagidləriniz yenə də sizi xatırlayırlar” sualını ünvanlayıb. O isə gülümsəyərək bunu deyib: “Mən heç nə etmədim, sadəcə, hər bir şagirdimi öz övladım kimi sevdim”...

Otto Bismark deyirdi ki, bugünkü Almaniya əldə etdiklərinə görə müəllimə borcludur.

Və Süleyman peyğəmbərin bu fikri, yəqin ki, təəccübünüzə səbəb olacaq: “Tərbiyə etmək istədiyinizdən bir soruşun, o tərbiyə olunmaq istəyirmi?...

Haqqında yazmaq üçün DİN-in Polis Akademiyasını bitirənlər arasında sorğu keçirmədim. Tanıdıqlarıma, bildiklərimə “Yadınızda qalan müəllimlərin adını çəkin” deyəndə, ilk olaraq onun adını çəkdilər. Məncə, bir müəllim ömrü haqqında kiçik bir söz demək üçün bu yetərli idi. Və mən illərlə müşahidə etdiklərimlə, gördüklərimlə kifayətlənmədim, onunla xatirimdə ömür boyu qalacaq könül söhbəti etdim...

O, ruh adamıdır. Həyatda qazandıqlarına görə müəllim ömrünün çətinliklərinə, əzablarına borcludur. Necə deyərlər, düzünəqulu olmağı bəlkə də kimlərinsə xoşuna gəlməyib, “Haqq nazilər, amma üzülməz”in ipindən möhkəm yapışmağı yetirmələrinə də öyrədib.

Gözlərinə baxanlar görər ki, o, öyrətmək yanğısından bezmir, usanmır. Bu yanğı ömrünün sonuna kimi onunladır. Neyləsin, Allah onu belə yaradıb, doğulduğu torpaqda, ailədə belə görüb, belə götürüb.

Ona “cənab polkovnik” deyəndə ilk sözü bu olur: “Mənə müəllim de”. Hər dəfə “müəllim” deyiləndə gözlərimin önünə 1994-cü ilin sentyabrında dərs dediyim kursantlar gəlir. O zamanlar “müəllim” sözündən barıt qoxusu gəlirdi. Çünki bütün müəllimlər cəbhədə, Vətənin müdafiəsində öz şagirdləri ilə çiyin-çiyinə yenidən imtahan verirdilər...

Bu imtahanı vermək, özü də ən ağırı onun qismətinə yazılmışdı.  Doğulduğu yurdun işğalından sonra “kəsiri”ni düzəltmək üçün bu gün də döyüşür, gözünü yollardan yığa bilmir. Bir şair dostunun dediyi bu fikirlər isə həm yol yoldaşıdır, həm ömür...

Daş olub, quş olub susur adamlar,
Yanır torpaq kimi susuz adamlar,
Baharı gözləmir yurdsuz adamlar.
Axı, bu baharda təzə nə var ki...

Yurdsuzluq onunçün dünyanın qara rəngidir. Yuxularında hər gecə minalanmış sahələrdən keçib doğulduğu Dağ Xələfliyə gedir. Yuxuda da səsini içinə çəkib ürəyinə axıdır göz yaşlarını...

“Mən sizi yaxşı tanıyıram, bəs, oxucularımız necə tanısın” sualıma cavab verməyə tələsmədi. Handan-hana: “Oxucularımızın hamısı akademiyanın yetirmələri deyillər ki? Məni öyrətdiklərim yaxşı tanıyır”,-dedi.

Polis polkovniki İmrəli Fətiyalı oğlu Məmmədli 1967-ci ildə Dirili Qurban nəfəsli Cəbrayılın Dağ Xələfli kəndində doğulub. Riyaziyyatçı olmaq istəyirmiş. Amma o kino...

“Qanun naminə” filmində Mehman obrazı bu kəndli balasının yaddaşına əbədi həkk olunub və içindən gələn səs onu prokuror olmaq üçün gecəsini-gündüzə qatmağa sövq edib. Quzu da otarıb, nobata da gedib, 7 uşaqlı ailənin ən çətin işlərinə qatlaşsa da kitab əlindən düşməyib. Bəzən bir parça yavan çörəklə aclığını yatırdıb, lilparlı bulaqların gözündən su içib. Yel atını minib günü-günə, ili-ilə calayıb. Səhər tezdən otların şehiylə yuyunub, şimkəşlərdən qaçıb qoca dağların sərt qayalarına sığınıb. Cəbrayıllı günlərin çətiri, bir də “Xan çinar”ların  altında uşaqlığının xoşbəxtliyini yaşayıb.

Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Universitetinin Hüquq fakultəsinə sənədlərini verib. Özünün təbiirincə desək, çoban kişinin övladının universitetə girməsi təkcə Dağ Xələfliyə yox, bütün Cəbrayıla yayılıb.

Tələbəliyi ən çətin dönəmlərə düşüb. Onda vətənimiz azad olmaq, zalımın  zülmündən yaxa qurtarmaq üçün ölüm-dirim mücadiləsindəydi. Xalqın azadlıq istəyi meydanlara sığmırdı. Erməni işğalçılarının torpaqlarımıza təcavüzü onun tələbəlik həyatından qara bir xətlə keçir.

Bütün çətinliklərə baxmayaraq, kitabı səadəti, ən əziz kimsənəsi bilib, qiymətləri əla olub. Bu gün əlini çörəyə çatdıran müəllimlərini - Firudin Səməndərovu, Murtuz Ələsgərovu, Məmməd Xələfovu, Həmid İmanovu, Əli Əliyevi ehtiramla yad edir.

Daxili işlər orqanlarına gəlməyinin də maraqlı tarixçəsi var. Onlar univeriteti bitirənə yaxın təyinat ləğv olunur. Bunu görən dekan Məmmədhəsən Qasımov DİN rəhbərliyindən xahiş edir ki, məzunlardan bir neçəsinin daxili işlər orqanlarına qəbulu məsələsinə baxılsın. Beləcə, onun da taleyinə müəllim olmaq yazılır və 1994-cü ilin sentyabrında polis leytenantı rütbəsində DİN-in Polis Akademiyasında xidmətə başlayır. O gün, bu gün gələcəyin polislərinə gözünün nurunu, könlünü, Vətən sevdasını verir. “Cinayət hüququ” kafedrasının rəisidir. Hüquq üzrə fəlsəfə doktorudur.

O fikir adamıdır, çünki müəllimdir. Söhbət zamanı həm də müxtəlif məsələlərə filosof baxışını gördüm. Torpaqdan kitaba, kitabdan torpağa  gedən yolun fəlsəfəsini elə gözəl anlatdı ki, düzü, dərs dediyi kursantlara həsəd apardım. Dedi ki, əgər əsl vətəndaş yetişdirə bilsək, o həm də öz məsuliyyətini dərk edib əla da mütəxəssis olmağa can atacaq.

Söhbət zamanı xəyalını yenə yurda çəkirəm. Gözləri dolur, həyacandan danışa bilmir. “Sarı sim”inə toxunduğumu bilirəm. İkimiz də eyni dərdin adamıyıq-o da yurd itirib, mən də. Buna görə də söhbətimiz tutur.

“Aprel döyüşlərindən sonra düz dörd dəfə vaxt tapıb Lələtəpəyə, Cocuq Mərcanlıya getmişəm”,-deyir: “O böyük qələbənin sorağını eşidəndə az qaldı ürəyim dayana. Bakıda özümə yer tapa bilmədim. Qartal oğullar vüqarımızı, təpərimizi bizə geri qaytarmışdılar. Torpaq həsrəti ilə bu dünyadan gedənlərin nələr çəkdiyini bax o zaman bildim...”

Fürsətdən istifadə edib dərsində kursantlara qatılıb tələbəlik illərimi xatırladım.

Audotoriya müəllimin döyüş meydanıdır. O, döyüşdə təkbaşına deyil, bildiklərini verdiyi yetirmələri ilə birgə döyüşür. Və mən üzümü dərsdə səs salan, deyilənləri qulaqardına vuran gənc həmkarlarıma tuturam: “Bu insanlar xəzinədir və bu xəzinədən təmannasız inci götürmək sizlərin bəxtinə düşüb.  Əgər həqiqətən peşəmizin sirlərini öyrənmək istəyirsinizsə qulaq asın. Əgər gələcək xidmətinizdə bu kişilərin öyrətdikləri köməyinizə çatacaqsa, deməli, siz dünyanın xoşbəxtisiniz. Üzünüzə qapılar açılırsa, bu, əslində sənin, mənim, bizim hünərimiz deyil, bu onların hünəridir, onların zəhmətidir. Yuxusuz qalsa da, bəzən ehtiyac içində sıxılsa da yetirmələrinin önünə qayğısız çıxmaq üçün ürəyi ilə əlbəyaxa olur. Təki onu içindəki səssizliyə çəkilən, dərdə əyilən görməsinlər. Yetər ki, müəllim üçün dünyanın ən xoşbəxt sözü olan “Mən dərsimə hazıram”ı eşitsin...

Su misalıdır müəllimlər, hara getsələr həyat bəxş edərlər...

Evimizə əziz bir qonaq gələndə üzümüz gülür, isinişirik, ondan ayrılmaq istəmirik. O gedəndən sonra özümüzü sonu görünməyən boşluqda hiss edirik. Bax, müəllim də belədir. Hər gün üzünü gördüyü, adını söylədiyi, yaxşı və ya pis oxuyan, sakit və ya nadinc yetirməsindən vaxt, vədə tamam olanda  ayrılır. Bax, onda əsl müəllimin içində bir tel qırılır, bax, onda o elə bir sıxıntı yaşayır ki, onu nə yazmağa, nə də deməyə qadirik.

Belədir müəllim ömrü, öyrənməklə, öyrətməklə gəlib keçir. Nə gücü tükənir, nə də ziyası.

Müəllim də yaşlanır, yorulur, taqətdən düşür. Amma o ruhla, o sevgiylə hətta şagirdlərinin balalarına, hətta onların nəvələrinə də dərs keçir. Böyük bir nəsli işıqlı gələcəyinə aparır, beləcə...

Sonda yerinə düşərmi, düşməzmi bilmirəm, bir xatirəmi sizinlə bölüşmək istəyirəm. Bölüşürəm ki, sinəsinin altında həm də kövrək ata ürəyi gəzdirən müəllimimizi daha yaxından tanıyasınız.

Polis Akdemyasında işləyirdim. Ramazan bayramı idi. Necə oldusa, rastlaşdıq və mənə:  “Cavan oğlan, istəyirəm bu gün səninlə yol yoldaşı olam, etirazın yoxdur ki?”. “Mənə fəxrdir”,- dedim. Məni bayramla əlaqədar təşkil olunmuş yarmarkaya gətirdi. O, bayrama ailəsi üçün seçdiyi hər şeydən iki pay götürdü və məni məcburən evimizə ötürdü. Etiraz etsəm də, o deyən oldu. Mənzil başına çatanda “Bunlar sənindir”,-deyib boynumu qucaqladı”...

Hafiz TƏMİROV
polis mayoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ