Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və şəhər, rayon polis orqanları qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.
Sentyabrın 24-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin Biləsuvar Rayon Polis Şöbəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları ilə birgə keçirdiyi tədbirlər nəticəsində qanunsuz ovla məşğul olan Cəlilabad rayon sakinləri Səfər Əhmədov və Çingiz Əliyev saxlanıb.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının kobud şəkildə pozulması) maddəsinə əsasən protokollar tərtib olunub və hər biri 500 manat məbləğində cərimə edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı