şənbə günü, 14 noyabr 2026
     

70 yaş - qocalığımın gəncliyi, xoş gördük!

Image


Sənin olmayan ayın günlərini sayma
Atalar sözü

 

Gənclik illərindən fərqli olaraq, qocalıq dövrünün başqa cür zövqü-səfası varıymış. Bu illərdə fərdiyyətçiliyin təzahür formalarından olan, əxlaqi keyfiyyət kimi diqqət çəkən eqoist davranışlara xitam verilir, qəlb sakit, necə deyərlər - “öz hayında” çarpışır.

“Qocalıq şənlik deyil” zərb-məsəlinə rəğmən deyə bilərəm ki, ləyaqətini və şəxsiyyətini ləkələmədən, məhkum olacağın qocalığa zərər vurmadan yaşamaq mümkündür...

70 il ərzində daha çox keçmişdə buraxdığım səhvlərimi saf-çürük edirəm, haya-                   -küyə getdiyim anlara görə heyifsilənirəm, özümü cəmiyyətdə tapa bilməyəndə günahı özümdə, bir az da elə bu cəmiyyətdə axtarıram. Həmişə məsuliyyətsiz və mənasız həyat sürməkdən qaçmaq istəsəm də bacarmamışam. Gənclik illərində belə düşünməmişəm. “Mən azad cəmiyyətin azad vətəndaşıyam” düşünüb hanki səmtə, hanki yana üz tutdumsa, maneələri görmədim. İxtisasıma, bacarıq və qabiliyyətimə, bilik səviyyəmə uyğun iş tələb etdilər. Bacardım və irəlilədim. Sonra? Sonrasını soruşma, dəyərli oxucu! Sonra başım üstə, üzü aşağı yuvarlandım... Niyəsini də soruşma. Bir günah məndə oldu, bir günah da əhatəsində formalaşdığım cəmiyyətdə... Bəzən güləndə də ürəyim ağrıyardı, sevincdən kədərlənərdim.

Nələrin şahidi olmadım?! İtirdiyim qazandığımdan çox oldu... Bunları da qocalıq illərində təhlil etdim... İndi də bilməyim gec imiş...

Dünyanın zəmisi heç imiş demə,

Dünyanın gəmisi köç imiş demə,

Heçimi, köçümü indi bilmişəm

İndi də bilməyim gec imiş demə...

Atam 75 yaşında çatanda deyərdi ki, qocalığa dözməyə tab gərək. Yorğun addımların sayı artdıqca həyat gözdən düşür. Özünə qəsd günah sayılmasaydı və buna görə o dünyada hesab sorulmasaydı çox adam qocalıqdan bezikib intihara əl atardı. Bunun bir həddi olmalıdır? “Ata, yəqin ki,var...”

Gənclik illərindəki həyatım sanki itkin düşdü... 70 ilimin 30 ili polis orqanlarında şərəfli xidmətə peyvənd olundu. O illərin müəyyən vaxtını vətən savaşında keçirdim... Kaş, müharibəni başa vuraydıq, indiki və gələcək nəsillərə  vətən uğrunda döyüş bir də nəsib olmayaydı... Kaş... kaş... Bu döyüş hələ çox can aparacaq...

Amma bu ixtiyar çağımdakı hər kiçik hisslər, giley-güzarla keçən vaxtlarım yaddaşıma elə bil  mismarla bərkidilib və bir sıra suallar yaradır. Cavabını tapa bilməyəndə üzülürəm.

Bütün bunlara baxmayaraq, qocalığın özünə xas gözəlliyi varmış. Gözəllikləri, cəmiyyətin dinamik inkişafını, ətrafın qayğısını və gücünü dərk edə bilmək qabiliyyətini saxlaya bilənlər qocalığı hiss etmir. Bu mənada, xoşbəxt yaşamaq, səadət dolu günlərin sakini olmaq qocalığı niyyətindən kənara çəkir.

Bəzən sifətdəki təbəssümün yerini də təbii qırışlar zəbt edir. Bu qırışlar kosmetoloji müdaxilə nəticəsində zahirən aradan qalxsa da, batində onu ərsəyə gətirən kök var. Bu qırışlar müdriklik əlaməti, gənclik illərinin canlı təzahürü və canlı şahididir. Məsəl var, deyərlər: “Qocalmaq böyük incəsənətdir”. Gəncliyi qoruya bilmək isə başqa bir incəsənətdir. Həyatın faciəsi ondadır ki,insan tez qocalsa da gec müdrikləşir. Təəssüf...

Tarix boyu müdrik insanların sayı çox olub, lap çox. Haqqında yazılan və yazılmalı olan müdriklərin sayı isə azdır, lap az.

Anladım ki, itirdiklərimi geri qaytarmaq mümkün deyilmiş. Bu illər ərzində məni istəyən dost və tanışların, qohumların da sayı azaldı. Məni incidən başqa hallar da varıydı. Gənclik illərində “Qazandıqlarımı” xeyriyyəçiyə xas tərzdə paylamışam. Qocalığa məruz qaldığım illərdə sələmsiz “verdiklərimi” heç kimdən ala bilməyəndə ürəyim rahat durmurdu. Lazım olduğum anlarda yanıma tələsənlər çox olurdu. Ehtiyac duyduğum vaxtlarda isə hamı “məşğul” oldu, mənə vaxt ayıra bilmədilər...

Anladım ki, cəmiyyətdə xeyirxahlıq ərşə çəkilibmiş. Xeyirxahlıq da qocalarmış?

Ömrümün bu ixtiyar çağında oğlum və nəvələrimlə bir tavanın altında, mehriban yaşayırıq. Xoş gecələr mənə rahatlıq, açılan xoş səhərlər isə övladlarıma yaşayıram deyə ümid bəxş edir. İndi onlar üçün yaşayıram...

Bir şeyi də anladım. Gənclik illərimi elə yaşamalıydım ki, qocalıqda ötən günləri xatırlayanda ah çəkməyim. Mahiyyətcə belədir. İnsan ümumi maraq üçün bir işə yaramırsa, deməli yaşamır.

Bəzən gənclik illərində oxuduqlarımı uzun illər ötəndən sonra anlamağa başlamışam.

Qocalıq və qocalar müxtəlif olurmuş. Alman filosofu Fridrix Nitsşe nə vaxtsa deyib: “İnsanlar müxtəlif xasiyyətdə və səviyyədə olurlar. Birində ürək tez qocalır, başqasında ağıl. Kimin gəncliyi gec başlayıbsa, o, ağlına görə qocalır.”

Fransız xalqının böyük yazıçısı və filosofu, Nobel mükafatı laureatı Kamyu Alber kimi mən də ətrafımdan və umduğum insanlardan verə biləcəklərindən çox şeyi: dostluqda səmimiliyi və əvəzi ödənilməyən münasibəti, heç nə ummadan verilən vədlərə sədaqəti və ciddiliyi istəmişəm. İndi isə zaman dəyişib. Onlardan imkanlarının həddindən az tələb etməyi öyrənsəm də, susub yanlarında durmağı xoşlayıram. Qarşılıqlı münasibətə xələl gəlməsin deyə, ehtiyac duyduqlarım barədə onlara bir söz demirəm... Onların mənə qarşı hisslərinə və dostluq xətalarına da Xalıqin neməti kimi baxıram. Möcüzədir, elə deyilmi?!

70 yaşım qocalığımın gəncliyi və gəncliyimin varisidir. Onun pişvazına on bir aydır ki, çıxmışam. Xoş gördük səni, cavanlığımın varisi! Xoş gəldin. 80-cı illərimlə qərəzin yoxdursa, tut əlimdən, birlikdə gedək səksənə sarı. Səninlə ürəkli olaram... Birdən 8-ci onluq məni qəbul etmədi?.. 70 il ərzində bircə an da olsa gəncliyimi unutmadım. Onunla yaşadım... Onun sorağındayam... Qocaldıqca tez-tez gəncliyimi düşünürəm. Geriyə dönməyə şans yox. Qocalıq “ov”unu  hələ heç kimə güzəştə getməyib. Bu da Anakondanın başqa növüdür-deyərdim.

Bəzən saçın da ağarması yalançı olur. Zahiri görünüş qocalığa dəlalət etməz. Ruhun cavandırsa, mənən də cavansan.

Qədim Yunan filosofu Siseron yazır ki, işsizlik və tənbəllik qədər qocalığı sürətləndirən zəruri amillər yoxdur. Doğrudan da belədir. Qocalığı doğuran amillərin hər biri işsizlikdən və tənbəllikdən başlayır. Həzər o gündən.

Nə vaxtsa Leonardo da Vinçidən oxumuşdum: “Gəncliyində elə davran və elə hərəkət et ki, qocalığın azuqəsiz qalmasın. Başa düşməlisən ki, qocalığın azuqəsi müdriklikdir. Bunu isə gənclik illərində qazanmaq mümkündür. Əks təqdirdə bihudə keçirtdiyin gənclik illəri qocalığına ciddi ziyan vura bilər. Ziyanı ödəməksə çox çətindir”.

Necə deyərlər, gənclikdə nə əkəcəksənsə, onu da qocalıqda biçməli olacaqsan. Hikmətə baxın. Gəncliyində səpilən  toxum qocalıqda bitərmiş. Nə bitəcəyini də Allah bilir.

Sonda: Bədənin zamanın zərbələrindən zəifləyən, əllərin və ayaqların taqətdən düşdüyü bir vaxtda ağıl və yaddaş da korşalır, dil tutulur. Nə dediyin anlaşılmır... Keçmişinə qənim kəsilən qocalıq belə gəlir... Sərəncamında olmayan ayın günlərini saymağın nə mənası? Geriyə baxanda illər üstümə qar kimi tökülür. Yaddaşım köməyimə gəlir, o xoşbəxt anları yaşamalı oluram...

Uşaqlıqdan yorulub böyüməyə tələsdim. Böyüyüb uşaqlıq-şıltaqlıq illərimə qayıtmaq istədim. Güzəranım yaxşı keçsin deyə çox çalışdım, sağlamlığımı və vaxtımı itirdim. Sonra qazandıqlarım sağlamlığımı bərpa etməyə və ötən günlərimi qaytarmağa yaramadı. Həyacanla gələcəyim haqda düşünməyə başladım. Ayılanda çox şeyin arxada qaldığını görəndə  “Ah”-dedim. Elə bilirdim ki, hər şey ötdüyü kimi, qocalıq da keçib gedəcək...

Allahdan səksənə möhlət almaq arzusu ilə...

Şəmsəddin ƏLİYEV
Hüquqşünas-publisist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ