şənbə günü, 14 noyabr 2026
     

Cənubi Qafqazda ilk yəhudi muzeyi Azərbaycanda – yəhudi icmasına dövlət dəstəyinin növbəti nümunəsi...

Image


Vaqif Abışov: “Ölkəmizdə yəhudi muzeyinin yaradılması təsadüfi deyil, bunun əsası var”
Həyat Məhərrəmova: “Bu muzey yəhudi mədəniyyətini əks etdirməklə yanaşı, Azərbaycan və yəhudi xalqlarının dostluğunu, bu dostluqdan yaranan dəyərləri də özündə ehtiva edəcək”

 

Azərbaycan elə bir ölkədir ki, burada bütün xalqların əminamanlıq və sülh içində yaşaması üçün münbit şərait mövcuddur. Ölkəmiz tarixən multikultural, tolerant bir cəmiyyətə sahib olub.

Azərbaycanda uzun əsrlərdən bəri yaşayan xalqlardan biri də yəhudilərdir. Ölkəmizdə yəhudilər də daxil olmaqla, bütün xalqların dini ayinlər icra etməsinə, eləcə də öz dillərini, mədəniyyətlərini, folklorlarını yaşatmalarına böyük şərait yaradılıb.

Sözün həqiqi mənasında, Azərbaycanda yaşayan yəhudilər ölkəmizi öz doğma vətənləri hesab edir və harada yaşamalarından asılı olmayaraq, ürəkləri Azərbaycan sevgisi ilə döyünür, ölkəmizin haqq işini müdafiə edirlər.

Bu gün Azərbaycanda yəhidi sinaqoqları, Yəhudi Təhsil Mərkəzi fəaliyyət göstərir. 

Məlumatlara görə, Azərbaycanda yəhudi muzeyi yaradılacaq və bu, Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq. Bu fikri İsrailin Cənubi Qafqaz Araşdırmaları Assosiasiyasının sədri, Hayfa Universitetinin doktorantı, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut səsləndirib.

Qeyd edək ki, Cənubi Qafqazda lider dövlət olan Azərbaycanda yəhudi muzeyinin yaradılması olduqca dəyərli hadisədir.

Ekspertlər bildirirlər ki, yəhudilər Azərbaycana köç edəndən bəri indiyə qədər Azərbaycan xalqı ilə qardaşlıq şəraitində yaşayıblar. Ekspertlərin bildirdiyinə görə, dövlətimiz yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və səmimi münasibət göstərib, bu gün də o xətti nümayiş etdirir. Tolerantlıq və multikulturalizm kimi ali ictimai-siyasi, mədəni dəyərlərin Azərbaycan cəmiyyətində əsas olduğunu deyən ekspertlərin fikrincə, Cənubi Qafqazda ilk dəfə Azərbaycanda yəhudi muzeyinin yaradılmasının həm tarixi əsası var, həm də bu hadisənin siyasi, mədəni, ictimai əhəmiyyəti böyükdür.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanda yəhudi muzeyinin yaradılmasının planlaşdırılması təbii görünməlidir. O hesab edir ki, uzun əsrlərdir Azərbaycanda məskunlaşan və xalqımızla qaynayıb-qarışan yəhudi xalqının tarixini, mədəniyyətini, yaşam tərzini özündə ehtiva edən muzey iki xalq arasındakı dostluq əlaqələrini, qardaşlıq münasibətlərini daha da istiləşdirəcək. Azərbaycanda digər xalqların, dinlərin nümayəndələrinə tolerant münasibət olduğunu deyən V.Abışovun sözlərinə görə, multikulturalizmin və tolerantlığın Azərbaycan modeli bütün dünya üçün örnəkdir. “Azərbaycanda yəhudi muzeyinin yaradılmasının planlaşdırılmasını həm təbii, həm də müsbət qarşılayıram. Bilirsiniz ki, Azərbaycan Cənubi Qafqazda lider dövlətdir, eyni zamanda da ölkəmizdə multikultural, tolerant bir mühit formalaşdırılıb. Yəhudilər Azərbaycanda uzun əsrlərdir yaşayır və onlar burada öz mədəniyyətlərini formalaşdırmağa nail olublar. Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, burada yəhudilərin kompakt halda yaşadığı qəsəbə, yaşayış məntəqəsi var. Bu gün Qırmızı qəsəbəyə baxmaq kifayətdir ki, biz yəhudilərin Azərbaycanda necə yaşadığının şahidi olaq. Tarixən Gürcüstanda yaşayan yəhudilərin sayı elə də çox olmayıb, monoetnik dövlət olan Ermənistanda isə nə dünən yəhudi yaşayıb, nə də bu gün orada yəhudi var. Ancaq Azərbaycanda isə tarixən yəhudilər məskən salıblar, burada öz dinlərini, mədəniyyətlərini yaşadıblar. Bu gün Azərbaycanda yəhudilərin yaşaması, öz mədəniyyətlərini yaşatması, tanıtması üçün hər cür şərait var. Bu baxımdan, Cənubi Qafqazda ilk dəfə Azərbaycanda yəhudi muzeyi yaradılması planlaşdırılıb. Ölkəmizdə yəhudi muzeyinin yaradılması təsadüfi deyil, bunun əsası var. Tolerantlıq kimi əvəzsiz örnəyə sahib olan Azərbaycan dövləti yəhudi xalqının dəyərlərinə hər zaman sayğı və qayğı ilə yanaşıb. Ümumiyyətlə, nəinki yəhudilərin, eləcə də başqa xalqların burada muzey açması, mədəniyyət mərkəzləri yaratması çox təbiidir. Çünki sülhə, barışa, mədəniyyətlərarası dialoqa xidmət edən hər bir dəyər, ideya bizim üçün qiymətlidir. Bir alim, bir ziyalı kimi Azərbaycanda yəhudi muzeyinin açılmasının planlaşdırılmasına müsbət yanaşıram. Bu muzey nə qədər tez yaradılarsa, bir o qədər yaxşı olar. Bu gün Azərbaycan dünyanın diqqət mərkəzində olan ölkədir və xarici ölkələrdən respublikamıza tez-tez qonaqlar, turistlər gəlir. Onlar gəlib buradakı mühiti görəndə həqiqətən də heyrətlənirlər ki, bu birliyə, həmrəyliyə necə nail olunub” - deyə bildirən V.Abışov, həmçinin, qeyd edir ki, Azərbaycanda yəhudi muzeyinin yaradılması həm də İsrail və Azərbaycan arasındakı münasibətlərin daha da möhkəmlənməsinə səbəb olacaq.

V.Abışov dedi ki, yəhudilər Azərbaycanı çox sevirlər və onlar harada yaşasalar da, Azərbaycan mədəniyyətini, mətbəxini, adət-ənənələrini də təbliğ edirlər. Yəhudilərlə azərbaycanlılar arasındakı münasibətlərin qırılmaz olduğunu deyən V.Abışovun sözlərinə görə, yəhudi muzeyinin yaradılması dünya üçün bir örnək olacaq.       

Məlumatlara görə, Azərbaycan ərazisində üç yəhudi icması – dağ yəhudiləri, Avropa yəhudiləri-əşkinazi yəhudilər və gürcü yəhudiləri icmaları var. Ekspertlərin bildirdiyinə görə, bütövlükdə ölkədə yəhudilərin sayı 16.000-dir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır. Gürcü yəhudiləri təxminən 700 nəfərdir. Bilgilərə görə, dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi diasporu arasında çoxluq təşkil edir. Onların dili tat dilidir, lakin nitqlərində çoxlu türk, fars və rus sözləri var.

Dağ yəhudiləri icması Azərbaycanda ən qədim yəhudi icmasıdır.

Tarixçi Həyat Məhərrəmova bizimlə söhbətində Azərbaycanda yəhudi muzeyinin açılmasının planlaşdırılmasını müsbət qarşıladığını bildirdi. O hesab edir ki, Azərbaycan dövlətinə və xalqına daim öz sədaqəti ilə seçilən yəhudi xalqının tarixinin, mədəniyyətinin, folklorunun, ənənələrinin, dininin təbliği üçün belə bir muzeyin yaradılmasına gerçəkdən də ehtiyac var: “Azərbaycanda yəhudi muzeyi yaradılarsa, bunun həm siyasi, həm mədəni, həm də ictimai əhəmiyyəti böyük olar. Elə xalqlar var ki, onlar həmişə ölkəmizin maraqlarını müdafiə ediblər. Yəhudi xalqı belə xalqlardandır. Bu muzey yaradılarsa, bu, Cənubi Qafqazda ilk belə muzey olacaq və özü də örnək rolunu oynayacaq. Mənə belə gəlir ki, bu muzey yəhudi mədəniyyətini əks etdirməklə yanaşı, Azərbaycan və yəhudi xalqlarının dostluğunu, bu dostluqdan yaranan dəyərləri də özündə ehtiva edəcək”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ