şənbə günü, 14 noyabr 2026
     

Qız və oğlan uşaqlarının cins nisbətində Azərbaycan üçün qeyri-məqbul “ikinci” yer...

Image


Əhməd Qəşəmoğlu: “Demoqrafik nöqteyi-nəzərdən Azərbaycanda oğlan və qızlar arasında cinsi nisbətin pozulması ciddi bir problemdir”
Təranə Bayramova: “Bu məsələdə balansın pozulması davam edərsə...”

 

Azərbaycanda son illər meydana çıxan sosioloji, demoqrafik problemlərdən biri kimi oğlan və qızlar arasında cinsi balansın pozulması göstərilir. Bunun zərərli tendensiya olduğu məlumdur. “Trend”in apardığı sosioloji sorğuya görə, Azərbaycanın kənd yerlərində hər 100 yeni doğulan qıza düşən oğlanların sayı azalıb, şəhər yerlərində isə artıb.

Təhlillərə əsasən, bioloji normaya görə, hər 100 doğulan qıza 105-107 oğlan düşməli olsa da, 2011-2014-cü illərdə Azərbaycanda bu göstərici 116, 2015-2017-ci illərdə isə 114 olub.

Keçən il şəhər yerlərində hər 100 yeni doğulan qıza 113 (2016-cı ildə 112), kənd yerlərində isə 114 (2016-cı ildə 116) oğlan düşüb.

Son 27 il ərzində Azərbaycanda oğlan və qız nisbətinin bioloji normaya uyğun olan ən aşağı göstəricisi 1991-cı ildə müşahidə edilib. Həmin ildə şəhər yerlərində hər 100 doğulan qıza 107, kənd yerlərində 105, ümumilikdə ölkə üzrə isə 106 oğlan düşüb.

Ölkə üzrə oğlan-qız nisbətinin ən yüksək göstəricisi 2003 və 2009-cu illərdə qeydə alınıb. Həmin illərdə Azərbaycanda hər 100 yeni doğulan qıza 118 oğlan düşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri də yeni doğulanlar arasında cins nisbətinin pozulmasından narahatlıqlarını bildiriblər. Onlar hesab edirlər ki, Azərbaycanda doğulanlar arasında oğlan uşaqlarına üstünlük verilməsinin növbəti illərdə də davametmə ehtimalı nəzərə alınsa, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın çatışmazlığı təhlükəsi yarana bilər.

BMT Əhali Fondunun dəvət edilmiş eksperti, ABŞ-ın Meriland Universitetinin professoru, demoqrafiya sahəsi üzrə tədqiqatçı Monika Das Gupta bir müddət əvvəl bildirmişdi ki, Azərbaycanda indiki nəsil ailə qurmaq yaşına gəlib çatdıqda hər 8 kişidən biri evlənmək üçün qız çatışmazlığı problemi ilə üzləşə bilər. Onun sözlərinə görə, Azərbaycan dünyada uşaqların cins nisbətinin pozulmasına görə Çindən sonra ən yüksək göstəriciyə malikdir.

Məlumatdan da göründüyü kimi, bu olduqca zərərli bir haldır və oğlan uşaqlarının artması, qızların sayının azalması bizə gələcəkdə problemlər yarada bilər.

Tanınmış sosioloq, professor Əhməd Qəşəmoğlunun sözlərinə görə, cinsi nisbətdən söhbət gedəndə  oğlanların sayı qızların sayından 5 faiz çoxdursa, burada heç bir təhlükədən söhbət gedə bilməz. O hesab edir ki, bu nisbət 5 faizi aşarsa, burada məsələnin təhlükəli tərəfləri özünü göstərə bilər: “Demoqrafik nöqteyi-nəzərdən Azərbaycanda oğlan və qızlar arasında cinsi nisbətin pozulması ciddi bir problemdir. Ancaq yeni doğulan uşaqların arasında oğlan uşaqlarının müəyyən həddə qədər sayca üstün olması yaxşı haldır. Oğlanların da sayının həmin həddən üstün olması təbii ki, böyük təhlükə yaradır. Əgər aparılan təhlillər, statistikalar həqiqəti əks etdirirsə, ölkədə yeni doğulan oğlanların sayı 5 faiz artıqdırsa, bu müsbət haldır. Bu məsələ 5 faizi keçdikdən sonra artıq həyəcan təbili çalmaq olar və bu sahədə ciddi tədbirlər görülməsinə ehtiyac yaranar. Oğlanların qızlara nisbətən 5 faiz çox olmasının müsbət tərəfi var. Bu nədən ibarətdir? Statistikaya baxanda görürük ki, oğlanlar qızlarla müqayisədə böyüdükdən sonra ölkədən daha çox çıxıb gedirlər. Bundan başqa, oğlanlar daha erkən vəfat edirlər. Müharibədə, əsgərlikdə və s. ölən oğlanların sayı çox olur. Ona görə də oğlanlar evlənmə yaşına gəlib çatanda həmin o 5 faiz vəfat etmiş oğlanların yerini doldurur və bu məsələni balanslaşdırır. Digər tərəfdən, əsas problemlərdən biri ana bətnindən dölün cinsinə görə xaric edilməsi ilə bağlıdır. Bizdə əsasən qız uşaqlarına qarşı belə münasibət var. Bu isə böyük mənəvi günahdır, çox dəhşətli hadisədir. Təsəvvür edin ki, ata və ana razılığa gəlib ana bətnindəki uşağı cinsinə görə məhv edirlər. Qız uşaqlarının az doğulmasında bu mənəvi problem var”.

Azərbaycanda bu sahədə sosioloji, demoqrafik tədqiqatların, sorğuların ciddi şəkildə keçirilməməsinə, bizim əsasən xarici mənbələrə istinad etməyimizə şərh verən Ə.Qəşəmoğlu bildirdi ki, Azərbaycanda demoqrafik və sosioloji problemlərin öyrənilməsi üçün mərkəzlərin yaradılmasına ciddi ehtiyac var. Xarici demoqrafik və sosioloji mərkəzlərin ictimaiyyətə təqdim etdiyi statistikanın çox zaman həqiqəti əks etdirmədiyini, müəyyən xarici qüvvələrin maraqlarına xidmət etdiyini deyən Ə.Qəşəmoğlunun sözlərinə görə, bu cür sorğular ölkəmizin mütəxəssisləri tərəfindən aparılarsa, daha yaxşı olar. İndiyə qədər 4 ciddi sosioloji mərkəz yaratdığını və lakin müəyyən adamların törətdiyi maneçilik nəticəsində o mərkəzlərin fəaliyyətini dayandırdığını deyən Ə.Qəşəmoğlu hesab edir ki, ölkədə sosioloqların, demoqrafların fəaliyyətinə ciddi ehtiyac var. Sosioloqların cəmiyyətin mənəvi həkimi olduğunu vurğulayan Ə.Qəşəmoğlu hesab edir ki, bu sahədə yeni nəsil mütəxəssislər yetişməsə, bu, gələcəkdə ciddi problemlərə səbəb olacaq.     

Sosioloq Təranə Bayramova bizimlə söhbətində bildirdi ki, bu olduqca qorxulu bir haldır və bunun gələcəkdə təkrarlanmaması üçün tədbirlər görülməlidir. Şəhər yerlərində qızların, kənd yerlərində oğlanların sayının artmasını təhlil edən mütəxəssis bildirdi ki, ümumiyyətlə, bu problemin yaranmasında valideynlər məsuliyyət daşıyırlar. 

Azərbaycanda demoqrafik problemlərin öyrənilməsi istiqamətində aidiyyəti elmi-tədqiqat institutlarının, demək olar ki, ciddi araşdırmalar, sorğular, təhlillər aparmadığını deyən T.Bayramovanın qənaətinə görə, gələcəkdə oğlanların evlənməsində ciddi problemlər yarana bilər: “Əvvəllər bu kimi hallar təbii şəkildə tənzimlənirdi. Heç bir döl cinsinə görə məhv edilmirdi. Bəlkə o vaxt müasir ultrasəs müayinələri yox idi deyə, döl cinsinə görə tələf edilmirdi. Bu gün isə USM var və insanlar cinsinə görə dölü saxlamaq və saxlamamaq barədə qərar verə bilirlər. Təəssüf ki,  son illər Azərbaycanda oğlan və qızlar arasındakı cinsi nisbətin pozulması kimi ciddi problemlə üzləşmişik. Bu məsələdə balansın pozulması davam edərsə, biz ciddi problemlə üzləşə bilərik. Həmişə şikayət edirik ki, oğlanlarımız gedib başqa xalqların qızları ilə evlənir, öz qızlarımız evdə qalırlar. Amma gələcəkdə biz oğlanlarımızın başqa xalqların qızları ilə evlənməsinə indidən münbit şərait yaradırıq. Hesab edirəm ki, Azərbaycanda fəaliyyət göstərən elmi-tədqiqat institutları bu sosial, demoqrafik problemlə bağlı həyəcan təbili çalmalı, maarifləndirici tədbirlərə başlamalıdırlar. Sanki bilərəkdən gələcəyimizi təhlükəyə sürükləyirik. Kənd yerlərində hər yeni doğulan qızlara düşən oğlanların sayı azalıb, şəhərdə isə çoxalıb. Bu həqiqətən də cinslər arasında nisbətin ciddi pozulması deməkdir. Ölkədə demoqrafik sahəni öyrənən tədqiqatçılar bu məsələyə ciddi yanaşmalıdırlar. Bu məsələdə Azərbaycanın Çindən sonra ikinci yer tutması həqiqətən də ciddi təhlükədir”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ