şənbə günü, 14 noyabr 2026
     

Çoxuşaqlı ailələrimizin azalması – milli genofondumuza təhlükə, ya...

Image


Əhməd Qəşəmoğlu: “Azərbaycanda 5 və daha artıq uşaqlı ailələrin azalmasının ölkəmiz üçün heç bir demoqrafik təhlükəsi yoxdur”
Nərgiz Allahverdiyeva: “Bu, böyük demoqrafik təhlükə yaratmasa da...”

 

Çoxuşaqlı ailələrdə böyüyən uşaqlar cəmiyyət üçün nümunə rolunu oynayıb desək yanılmarıq. Sosioloqların da qənaətinə görə, bu qəbildən olan ailələrdə doğulan, tərbiyə alan uşaqlar ətraf üçün daha yararlı olurlar. Onlarda humanizm, bölüşmək, qayğıkeşlik kimi hisslərin daha mütəşəkkil olduğu bildirilir. O da deyilir ki, bu cür uşaqlar nizam-intizam qaydalarına daha çox riayət edir və əməksevərlikləri ilə başqalarından seçilirlər.

Sirr deyil ki, son 20-25 ildə bütün dünyada çoxuşaqlı ailələrin sayı ilbəil azalır. Valideynlər 1, 2, uzaqbaşı 3 uşağa üstünlük verirlər. Dünyanı saran bu problem Azərbaycandan da yan ötməyib. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, son 17 il ərzində Azərbaycan ailələrində beşinci və daha çox uşağın doğulması halları 3 dəfəyədək azalıb.

Bu məsələ artıq Milli Məclisin də müzakirə predmetinə çevrilib. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli təklif edib ki, Azərbaycanda çoxuşaqlı ailə anlayışı dəyişdirilsin və əvvəllər ölkəmizdə çoxuşaqlı ailələrdə 5 uşaq olurdusa, indi 3 uşaq var. O hesab edir ki, çoxuşaqlı ailə məfhumunda 3 uşağa enmək daha düzgün olardı.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova isə “Trend”ə bildirib ki, Azərbaycanda çoxuşaqlı ailələrə dövlət dəstəyi bu və ya digər normativ-hüquqi aktlarda nəzərdə tutulur. O vurğulayıb ki, dövlətin inkişafı onun vətəndaşlarının inkişafı və rifahı ilə bağlıdır. “Məhz buna görə də dövlət çoxuşaqlı ailələrə sosial dəstək üçün bir sıra monetar və qeyri-monetar imtiyazlar ayırmalıdır. Bu siyasət bazar iqtisadiyyatına uyğun olaraq tənzimlənə bilir. Ailənin möhkəmləndirilməsi, sağlam uşaqların yetişdirilməsi, onların psixi və mənəvi tərbiyəsinin inkişaf etdirilməsi, ailələrin sosial-iqtisadi ehtiyaclarının ödənilməsi - bütün bunlar bütövlükdə Azərbaycanın inkişafı deməkdir” - deyə qurum təmsilçisi bildirib.

17 il ərzində Azərbaycan ailələrində beşinci və daha çox uşağın doğulması hallarının 3 dəfəyədək azaldılması gələcəkdə ölkəmizdə nə kimi demoqrafik problemlərin yaranmasına səbəb ola bilər?

Tanınmış sosioloq-alim, professor Əhməd Qəşəmoğlu mövzu ilə bağlı “Bakı-Xəbər”ə bildirdi ki, bu tendensiya artıq bütün dünyada gedir. Ə.Qəşəmoğlu hesab etmir ki, 17 il ərzində Azərbaycan ailələrində beşinci və daha çox uşağın doğulması hallarının 3 dəfəyədək azalması gələcəkdə ölkəmizdə hansısa bir demoqrafik problem yarada bilər. Professorun fikrincə, bu gün cəmiyyət üçün gərəkli olan tendensiya 3 uşaqlılıqdır. Ə.Qəşəmoğlunun dediyinə görə, hazırda ailələrdə 1 və 2 uşağın doğulması gələcəkdə cəmiyyət üçün müəyyən sosial-psixoloji, demoqrafik problem yarada bilər. “Hazırkı yanaşmada çoxuşaqlı ailələrə daha optimal münasibət var. Bu gün daha çox uşaqların daha keyfiyyətli insan, vətəndaş kimi yetişdirilməsi əsas götürülür. Biz yaxşı övladlar yetişdirmək istəyiriksə, ailələrdə ən optimal variant üç uşağın olmasıdır. Ailədə 1 uşaq olarsa, o uşaq çox eqoist böyüyür. Çünki onun ailədə tay-tuşu, ünsiyyət qurduğu adamlar ata-anası olur. İki uşaq olarsa, onlar bir-birilə daim dalaşırlar və nəticədə ailələrdə konflikti sevən uşaqlar böyüyür. Ailədə 3 uşağın böyüməsi o deməkdir ki, bu uşaqlar artıq cəmiyyət üçün yetişir. Ailələrdə 3 uşağın olması ölkədə əhali artımını normal olaraq tənzimləyir. 3-dən artıq uşaq olanda isə bu, ölkədə xeyli əhali artımına səbəb olur və bu da bəzən problemlər yaradır, xaricdə olan müəyyən mərkəzləri xeyli qıcıqlandırır. Ona görə də ən yaxşı hal 3 uşağın olmasıdır. Azərbaycanda 5 və daha artıq uşaqlı ailələrin azalmasının ölkəmiz üçün heç bir demoqrafik təhlükəsi yoxdur. Ailədə 5 uşağı çətinliklə böyütməkdənsə, 3 uşağı cəmiyyət üçün yararlı yetişdirmək daha yaxşıdır. Ancaq heç kəsin də qarşısına “5, yaxud 7, daha artıq uşaq dünyaya gətirmək olmaz” tələbini də qoymaq olmaz. İmkanı varsa olsun. Ancaq burada ən əsas meyar o uşaqları mükəmməl şəkildə, əsl şəxsiyyət və vətəndaş kimi yetişdirməkdir” - deyə bildirən Ə.Qəşəmoğlunun sözlərinə görə, ölkəmizdə elə şərait olmalıdır ki, ailələrdə ən azı 3 uşaq dünyaya gəlsin.

Ə.Qəşəmooğlu bildirdi ki, insanlar daha çox təhsil aldıqca, mədəni aləmə yaxınlaşdıqca, onların çox uşağa meyli azalır. Bu gün Azərbaycanda çox az ailədə 5 və daha artıq uşağa meyl olduğunu deyən Ə.Qəşəmoğlu hesab edir ki, onların da qarşısında bu uşaqları daha faydalı şəkildə yetişdirmək durur.

Psixoloq Nərgiz Allahverdiyeva da hesab edir ki, Azərbaycanda çoxuşaqlı ailələrin azalması tendensiyası dövlət, cəmiyyət üçün təhlükəli olmasa da, ailələrin özünə müəyyən qədər zərər vurur. Bunun fərdiləşmə kimi mənfi xarakterlərin formalaşmasına səbəb olduğunu deyən mütəxəssis hesab edir ki, çoxuşaqlı ailələr cəmiyyətdə mehribanlıq, həmrəylik kimi gərəkli xüsusiyyətlər yaradır: “Bu gün Azərbaycanda 5 və ondan artıq uşaqlı ailələrin sayının azalması böyük demoqrafik problem yaratmasa da, ailələrin özü üçün zərərli tendensiyadır. Hazıtda ailələr əsasən 1 və 2 uşağa üstünlük verirlər. Bu da onların özləri üçün problem yaradır. Əvvəla uşaqların formalaşmasına mənfi təsir göstərir, digər tərəfdən, o uşaqlara bölüşmək, paylaşmaq kimi hisslər yad olur. Valideynlər düşünürlər ki, indi uşaq saxlamaq çətindir. Amma elə deyil, çoxuşaqlı ailələrə dövlət qayğısı var. Dövlətimiz çoxuşaqlı ailələrə müxtəlif istiqamətlərdə dəstək verir. Yaxşı olardı ki, çoxuşaqlı ailə dedikdə 3 deyil, daha artıq uşağı olan ailələr nəzərdə tutulsun. Sovet illərində çoxuşaqlı ailələrdə böyüyən uşaqlar öz tərbiyəsinə, humanizm xüsusiyyətlərinə, davranışlarına, əməksevərliyinə və nizam-intizamına görə cəmiyyətdə müsbət mənada seçilirdi. Çünki o uşaqlar bir-birindən nümunə götürərək böyüyürdülər. Bu gün isə ailələrdə uşaqlar azdır və onlar da bir-birilə düzgün ünsiyyət qura bilmirlər. Burada valideynin uşaqlar arasında ünsiyyətqurucu vasitə olması vacibdir”.    

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ